Şahin Mustafayev Nihat Zeybekçi ilə görüşüb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VII görüşü çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybekçi ilə görüşüb. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında ticarət, investisiya qoyuluşu, birgə layihələrin icrasına dair fikir mübadiləsi aparılıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VII görüşü çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybekçi ilə görüşüb. İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında ticarət, investisiya qoyuluşu, birgə layihələrin icrasına dair fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, Cənub Qaz Dəhlizi kimi tanınan Transanadolu Boru Kəməri və Trans Adriatik Boru Kəməri layihələrinin həyata keçirilməsi ilə Xəzər dənizi və Aralıq dənizi arasında yeni enerji dəhlizi açılmış olacaq və bütün regionun enerji xəritəsi dəyişəcək. Qeyd edilib ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi 7% artıb. İqtisadi əlaqələrin daha da genişləndirilməsi perspektivlərinin müzakirə edildiyi görüşdə Preferensial Ticarət Sazişinə dair danışıqların ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsində əhəmiyyəti vurğulanıb. Görüşdə həmçinin, iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi, Azərbaycanda yaradılmaqda olan sənaye parklarına və aqroparklara türkiyəli investorların cəlb edilməsi, tranzit yükdaşımalarının, ticarət əlaqələrinin genişləndirilməsi və s. məsələlər müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31