Çavuşoğlu: "Bu, təhlükəsizliyinin təmin edilməsi üçün mühüm şərtdir"

"Effektiv regional əməkdaşlıq Əfqanıstanın təhlükəsizliyinin təmin edilməsi üçün mühüm şərtdir. Biz etimadın bərpası üçün tədbirlərin kifayət qədər olmadığını hesab edirik. Terrorizm, narkotiklər və ekstremizm hamımız üçün təhlükə olduğundan ümumi maraqlardan çıxış etməliyik. Bu, bizdən daha çox səy göstərməyi tələb edir. Regionun bütün ölkələri dayanıqlı dialoqda iştirak etməlidir".

Məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda "Asiyanın Qəlbi" - İstanbul Prosesi çərçivəsində "Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq" mövzusunda 7-ci nazirlər konfransının açılış mərasimində deyib.

Türkiyə XİN başçısı İstanbul prosesinin dərin köklərə, uzun tarixə malik olduğunu, lakin təəssüf ki, hələ Əfqanıstandakı böhranın həllində siyasi tərəqqi barədə danışmağın mümkün olmadığını qeyd edib. Olaylar.az Publika-ya istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31