Bakıda əl işlərindən ibarət sərgi keçiriləcək

7 dekabr 2017-ci il tarixində saat 11:00-dan etibarən Bakı Biznes Mərkəzində (Ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 44) İqtisadiyyat Nazirliyi və Sahibkar Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olanların əl işlərindən ibarət “Kiçik sahibkarların yaratdıqları” sərgisi keçiriləcək.

7 dekabr 2017-ci il tarixində saat 11:00-dan etibarən Bakı Biznes Mərkəzində (Ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 44) İqtisadiyyat Nazirliyi və Sahibkar Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olanların əl işlərindən ibarət "Kiçik sahibkarların yaratdıqları" sərgisi keçiriləcək. İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, sərgidə kiçik sahibkarların əl işləri - rəsmlər, suvenirlər, bijuteriyalar, oyuncaqlar, ağacdan oymalar və s. nümayiş olunacaq və satışı həyata keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31