Güclü külək 14 nəfərin həyatına son qoydu - FOTO/VİDEO
Hindistanın Tamil Nadu və Kerala əyalətlərinin cənub sahillərində başlayan güclü külək 14 nəfərin ölümü ilə nəticələnib. "Ockhi" siklonun səbəb olduğu şiddətli külək Tamil Nadu və Kerala əyalətində də 8 nəfərin həyatına son qoyub. Rəsmi məlumata görə, ölənlərin sayının daha da artacağı bildirilir. Əyalətin ətraf bölgələrində külək nəticəsində ağaclar aşıb, yüzlərlə yaşayış evinə ziyan dəyib. Yol kənarında aşan ağac daha 6 nəfərin ölümünə səbəb olub. Bir çox bölgədə rabitə şəbəkələrində fasilələr yaşanıb.
1 Dekabr 2017 11:36 DünyaHindistanın Tamil Nadu və Kerala əyalətlərinin cənub sahillərində başlayan güclü külək 14 nəfərin ölümü ilə nəticələnib. "Ockhi" siklonun səbəb olduğu şiddətli külək Tamil Nadu və Kerala əyalətində də 8 nəfərin həyatına son qoyub. Rəsmi məlumata görə, ölənlərin sayının daha da artacağı bildirilir. Əyalətin ətraf bölgələrində külək nəticəsində ağaclar aşıb, yüzlərlə yaşayış evinə ziyan dəyib. Yol kənarında aşan ağac daha 6 nəfərin ölümünə səbəb olub. Bir çox bölgədə rabitə şəbəkələrində fasilələr yaşanıb.
Kerala əyalətindən sahilə açılan, içərisində 12 nəfərin olduğu balıqçı gəmisi itkin düşüb. Əyalətin 3 regionunda məktəblər bağlanıb. İtkin düşən insanların axtarışları davam etdirilir. Əyalətlərdə fövqəladə vəziyyət elan edilib. Publika.az