Gündəm

Dünya ayağa kalktı! ABD'ye net uyarı...

5 Dekabr 2017 11:35

Beyaz Saray, ABD liderinin İsrail Büyükelçiliği'ni Tel Aviv'den Kudüs'e taşımayı şimdilik rafa kaldırdığını duyurdu. Ancak halen Trump tarafından Kudüs'ün İsrail'in başkenti ilan edilme riski devam ediyor. Filistinliler böyle bir kararın açık savaş ilanı olacağını söylerken, Türkiye'den Fransa'ya bütün dünya Trump'ı durdurmayı deniyor. Cumhurbaşkanlığı Sözcüsü Kalın, Washington'ın adımının endişe verici olduğunu belirterek "ABD'nin bu hatayı yapmayacağını umuyoruz" dedi. Tüm dünya ve Ortadoğu, ABD Başkanı Donald Trump'ın Kudüs kararını vermesini bekliyor.

Azərbaycan prezidenti Rusiya rabitə nazirini qəbul edib

5 Dekabr 2017 11:34

Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının rabitə və kütləvi informasiya naziri Nikolay Nikiforovu qəbul edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. 

Akademik Tofiq Hacıyevin  “Seçilmiş əsərləri” çap olunub

5 Dekabr 2017 11:28

Azərbaycanın görkəmli dilçi-alimi, Əməkdar elm xadimi, akademik Tofiq Hacıyevin ikicildlik “Seçilmiş əsərləri” çap olunub. Olaylar.az bildirir ki, “Elm” nəşriyyatında çap olunan kitabın redaktoru dosent Qızılgül Abdullayeva, rəyçiləri - professor Məhərrəm Məmmədli və Eldar Piriyev,  f.ü.e.d. Sərdar Zeynal, f.ü.f.d. Sevda Sadıqova və Afaq Məmmədovadır.

Gənclərə Göygöl milli parkında davranış qaydaları təbliğ edilib 

5 Dekabr 2017 11:28

"Bizim Gənclik” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Milli Parklarda davranış qaydaları” layihəsi çərçivəsində Göygöl rayonunda cari ilin 1 və 4 dekabr tarixlərində tədbirlər keçirilib.

Dini Komitə yanında İctimai Şura yaradılır

5 Dekabr 2017 11:25

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, Komitənin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə Dövlət Komitəsi yanında İctimai Şuranın yaradılması prosesinə başlanılıb.

Rusiya İstintaq Komitəsi Telman İsmayılovun “İnterpol” xətti ilə axtarışa verilməsi üçün Baş Prokurorluğa müraciət edib

5 Dekabr 2017 11:22

Rusiya İstintaq Komitəsi Çerkizov bazarının keçmiş sahibi, azərbaycanlı milyarder Telman İsmayılovun “İnterpol” xətti ilə axtarışa verilməsi üçün Baş Prokurorluğa müvafiq materiallar göndərib. Məlumata görə, bu barədə xəbər İstintaq Komitəsinin saytında yerləşdirilib.

Moskvada Xəzəryanı ölkələrin XİN rəhbərlərinin görüşü başlayıb

5 Dekabr 2017 11:20

Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü başlayıb. Məlumata görə, iclasda xarici işlər naziri Elmar Məmmədyarov də iştirak edir.

Türkiyə prezidentinin sözçüsü: "ABŞ-ın Qüdsü paytaxt kimi tanıması gərginliyə səbəb olacaq"

5 Dekabr 2017 11:19

“ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımaq istəməsi ciddi narahatlıq doğurur”.  Bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib. O bildirib ki, ABŞ-ın bu qərarı gərginlik və qarşıdurmalara səbəb olacaq.

İranlı investorlar Azərbaycana investisiya yatırmaqda maraqlıdır

5 Dekabr 2017 11:17

Dekabrın sonunda İranda (Astara) Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 12-ci iclası keçiriləcək. İqtsadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, bu barədə İqtisadiyyat naziri, Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşündə müzakirələr aparılıb.

Menecerlərin ixtisasının artırılması ilə bağlı tədbir keçirilib

5 Dekabr 2017 11:16

Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə “Menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramının kiçik və orta sahibkarlığın inkişafında rolu” mövzusunda tədbir keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan və Almaniya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumlarına uyğun olaraq, 2009-cu ildən başlayaraq Bakı Biznes Tədris Mərkəzi Almaniyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (GİZ) ilə birlikdə "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı"nı həyata keçirir.

İxrac missiyamız Dubay şəhərindədir

5 Dekabr 2017 11:13

Azərbaycanın növbəti ixrac missiyası Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindədir. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə təşkil olunmuş ixrac missiyasına meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, quru meyvə, konservləşdirilmiş məhsullar, bal, çay, süd və süd məhsullarının, ət və ət məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri daxildir.

Binəli Yldırım Cənubi Koreyada

5 Dekabr 2017 11:14

Türkiyənin Baş nazir Binali Yıldırım Cənubi Koreyada rəsmi səfərdədi. Olaylar.az bildirir ki, baş nazir  Busan şəhərindən sonra paytaxt Seula yola düşüb.

Polşada Azərbaycanla diplomatik əlaqələrin 545 illiyi qeyd olunub

5 Dekabr 2017 11:11

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun dəvətinə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov və institutun əməkdaşları – elmi katib İradə Əliyeva, şöbə müdiri Şahin Fərzəliyev və polyak dili üzrə mütəxəssis Nərmin Qafarlı Polşada elmi ezamiyyətdə olublar. Tarix İnstitutundan “Olaylar”a  verilən məlumata görə, Polşanın Torun şəhərindəki IV Kazimir Yaqellonçik adına liseydə Azərbaycan-Polşa diplomatik əlaqələrinin 545 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Elmi konfransda çıxış edən akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycan-Polşa diplomatik əlaqələrinin tarixi 1472-ci ilə gedib çıxır: “1472-ci ildə Azərbaycan Ağqoyunlu hökmdarı Uzun Həsən Polşaya diplomatik missiya göndərib və azərbaycanlı nümayəndələr Polşa kralı IV Kazimir Yaqellonçiklə diplomatik danışıqlar aparıblar”. Tədbirdə Uzun Həsənin IV Kazimirə göndərdiyi məktublar nümayiş etdirilib.

10 ayda 134 566 yeni vergi ödəyicisi qeydiyyata alınıb

5 Dekabr 2017 11:10

2017-ci ilin ilk 10 ayı ərzində 134 566 yeni vergi ödəyicisi (o cümlədən, 9 864 hüquqi, 124 702 fiziki şəxs) qeydiyyatdan keçib. Müvafiq dövr ərzində yüksək dövriyyəyə malik 3 189 ƏDV ödəyicisi (2 359 hüquqi şəxs, 830 fiziki şəxs) qeydiyyata alınıb. “Olaylar” xəbər verir ki, bunu vergilər nazirli Fazil Məmmədov nazirliyin kollegiyasında bildirib.

Büdcə proqnozlarına nəzarət məqsədilə qərargah yaradıldı

5 Dekabr 2017 11:06

Vergilər Nazirliyində dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası və Vergilər Nazirliyinin qarşısında duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. Bu haqda nazirliyin Vergi və Kommunikasiya Mərkəzindən “Olaylar”a verilən məlumatda bildirilib. Kollegiyanın sədri, vergilər naziri Fazil Məmmədov dövlət büdcəsinin gəlirlərinin təmin edilməsi istiqamətində son aylar vergi orqanları tərəfindən görülən işlər barədə məlumat verib.