Büdcə proqnozlarına nəzarət məqsədilə qərargah yaradıldı

Vergilər Nazirliyində dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası və Vergilər Nazirliyinin qarşısında duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. Bu haqda nazirliyin Vergi və Kommunikasiya Mərkəzindən “Olaylar”a verilən məlumatda bildirilib. Kollegiyanın sədri, vergilər naziri Fazil Məmmədov dövlət büdcəsinin gəlirlərinin təmin edilməsi istiqamətində son aylar vergi orqanları tərəfindən görülən işlər barədə məlumat verib.

Vergilər Nazirliyində dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası və Vergilər Nazirliyinin qarşısında duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. Bu haqda nazirliyin Vergi və Kommunikasiya Mərkəzindən "Olaylar"a verilən məlumatda bildirilib. Kollegiyanın sədri, vergilər naziri Fazil Məmmədov dövlət büdcəsinin gəlirlərinin təmin edilməsi istiqamətində son aylar vergi orqanları tərəfindən görülən işlər barədə məlumat verib. Nazir bildirib ki, vergi ödəyicilərinin iqtisadi fəaliyyət göstəricilərinin yaxşılaşması vergi daxilolmalarının təmin edilməsinə müsbət təsir göstərir. Nazirin sözlərinə görə, əldə olunan müsbət nəticələrə baxmayaraq, vergi orqanları 2017-ci ilin büdcə proqnozlarının tam həcmdə yerinə yetirilməsi və büdcə gəlirlərinin artırılmasının davamlılığının və sabitliyinin təmin olunması üçün mövcud vergi potensialından maksimum yararlanmalı, vergi nəzarətinin təmin edilməsi sahəsində işləri daha intensiv və səmərəli aparılmalıdır. Vergilər naziri qeyd edib ki, ölkə başçısının tapşırıqlarını, qanunvericiliyə edilmiş son dəyişiklikləri nəzərə alaraq, büdcə daxilolmalarının mütərəqqi üsullardan istifadə etməklə vaxtında təmin edilməsi, real vergitutma bazasının müəyyən edilməsi sahəsində işlərin daha da sürətləndirilməsi, vergi orqanlarının fəaliyyətinin düzgün və effektiv, müasir tələblərə cavab verəcək səviyyədə qurulması və bununla da Vergilər Nazirliyinin bütün struktur vahid və bölmələrinin mövcud potensialının qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı səfərbər olunması üçün bu sahədə mobil inzibatçılığa zərurət yaranıb. Qərargaha analitik təhlillər əsasında dəqiqləşdirilməklə vergi potensialının dəqiq və vaxtında müəyyənləşdirilmək, müəyyən edilmiş potensial üzrə vergi daxilolmalarının təmin edilməsi üçün zəruri və məqsədəmüvafiq vergi nəzarəti növlərinin seçmək, nazirliyin struktur vahid və bölmələri arasında koordinasiyanın qurulmasını təmin etmək, büdcə proqnozlarının icrası ilə məşğul olan funksional strukturların gündəlik iş bölgüsünü müəyyən etməklə zərurət yarandıqda vergi daxilolmalarının təmin olunması məqsədilə inzibatçılıq, struktur, kadr və intizam məsuliyyəti məsələlərinə dair təkliflər təqdim etmək tapşırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31