Gündəm

Cəbhə xəttində monitorinq keçiriləcək

5 Dekabr 2017 11:04

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 6-da Xocavənd rayonu Kuropatkino kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. “OLAYLAR” xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Misirdən İsrailə raket zərbəsi

5 Dekabr 2017 11:01

Ötən gecə İsrailin cənub istiqamətinə Misir yaxınlığından iki raket atılıb. Misir sərhədlərindən atıldığı iddia edilən raketlərin istiqaməti Sinay yarımadasından Eşkol regional şurasına yönəlib. Bu il ərzində Misirdən İsrailə artıq 3-cü raket zərbəsidir. Sonuncu raket zərbəsi cari ilin oktyabrının 15-də qeydə alınmışdı.

Murat Boz sevgili olduğu məşhur aktrisayla evlənməyəcək

5 Dekabr 2017 10:59

Müğənni Murad Boz aktrisa Aslı Enverlə evlənmək niyyətində olmadıqlarını etiraf edib.  Bazar günü Murad Boz, Aslı Enver, Dolunay Soysert, Teoman Serhat, Leyla Feray və Buğra Gürsoyla birlikdə səhər yeməyi yeyib.

"Əmri Ərdoğanın verdiyini söylə...” - Zərraba ABŞ-dan İNANILMAZ TƏZYİQ

5 Dekabr 2017 10:56

Azərbaycanlı iş adamı Rza Zərrabın ABŞ-da həbs edilmədən 5 ay öncə Dubay şəhərində saxlanıldığı ortaya çıxıb. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən həbs edilən Rza Zərraba Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı günahkar çıxarmaq üçün təzyiq göstərilib. İddialara görə, R.Zərrab 2015-ci ilin oktyabr ayında şəxsi təyyarəsi ilə Dubaya gedib. Təyyarədən enəndən dərhal sonra MKİ tərəfindən saxlanılan Zərraba “hər şeyi qəbul et, əmri Ərdoğanın verdiyini söylə” təzyiqi göstərilib.

Düşmənimiz – qeyri - peşəkarlığımız - İntiqam Soltan yazır

5 Dekabr 2017 10:45

Düşmənimiz – qeyri - peşəkarlığımız - İntiqam Soltan yazır... Hədəfimdə "dinsiz dindarlar"dır... On iki yaşlı bir uşaq peyğəmbərlə görüşə getdi. Özünü intihar etməklə!  Bir Türk övladımız da belə getdi... Ərəb qardaşımızla görüşə...

“Sərçələr üçün poema” təqdim olunacaq

5 Dekabr 2017 10:39

Dekabrın 9 – da gənc yazar Həmid Piriyevin sayca ikinci kitabı olan “Sərçələr üçün poema” Bookzone kitab evində təqdim olunacaq. “Sərçələr üçün poema”da müəllifin müxtəlif vaxtlarda yazdığı yeddi hekayəsi toplanıb.

Prezident əhaliyə müraciət etdi

5 Dekabr 2017 09:51

Yəmən prezidenti Əbd Rabbu Mansur Hadi ölkə əhalisinə müraciətlə çıxış edərək onları hüsilərə qarşı müqavimət göstərməyə çağırb. Bu barədə "Sky News Arabia" məlumat yayıb. "Yəmən xalqını terror qruplaşmasının əsarəti altında olan bütün əyalətlərdə üsyan qaldırmağa, husilərə müqavimət göstərməyə çağırıram", — deyə Mansur Hadi bildirib.

Xəzərdə ZƏLZƏLƏ

5 Dekabr 2017 09:41

Xəzər dənizində zəlzələ olub. Olaylar.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 08:41-də Xəzər dənizində qeydə alınıb.

Monteneqro “ASAN xidmət” təcrübəsinə müraciət etdi

5 Dekabr 2017 09:39

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Monteneqroda səfərdə olub. Olaylar.az bildirir ki, səfərin məqsədi Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Monteneqronun Dövlət İdarəçiliyi Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması və müvafiq sahədə qarşılıqlı fəaliyyətin təfsilatlarının müzakirə edilməsi idi.

Rusiyada Azərbaycan diaspor rəhbərinin ailəsində bədbəxt hadisə

5 Dekabr 2017 09:36

Rusiyanın Samara vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun ailəsində bədbəxt hadisə baş verib. Diaspor rəhbərinin oğlu Aqşin Kərimov evdə odlu silahla ehtiyatsız davranıb. Nəticədə odlu silahdan atəş açılıb. Başından güllə yarası alan A.Kərimov hadisə yerində ölüb.

Gəlin bir zəngə görə TOYDAN GETDİ

5 Dekabr 2017 09:31

Gəlin xəstəsinin bir sözü ilə öz toyundan qaçaraq onun yanına gedib. Xəstəxanada tibb bacısı kimi çalışan 28 yaşlı Jasmin Dominqes öz toyunu yarıda qoyaraq xəstəsinin iynəsini vurmağa gedib. Hadisə Meksikanın Tabasko ştatında qeydə alınıb.

III-V əsrlər Qafqaz Albaniyasına aid parça qalıqları bərpa olundu

5 Dekabr 2017 09:30

Azərbaycan Xalça Muzeyində E. Qrabar adına Ümumrusiya Rəssamlıq Elmi-Bərpa Mərkəzinin Dəri məmulatlarının və arxeoloji parçaların bərpası şöbəsinin müdiri Nataliya Sinitsına muzeyin direktoru Şirin Məlikovanın dəvəti ilə Bakıya gələrək, III-V əsrlər Qafqaz Albaniyası dövrünə aid olduğu güman edilən parça qalıqlarını bərpa edib. Nataliya Sinitsınanın sözlərinə görə, bu, çox qiymətli tapıntıdır. “Bu parça qalıqları arxeoloqlar üçün sözügedən dövrdə Azərbaycanda dəfn adətlərinin,  mərasimlərin öyrənilməsi nöqteyi-nəzərindən çox vacibdir. Parça qalıqlarının struktur-texnoloji tərəflərinin öyrənilməsi həmin dövrün tarixinin tədqiqi baxımından çox əlverişlidir” – deyə dəri məmulatları və parçaların bərpası üzrə tanınmış rusiyalı bərpaçı-rəssam bildirir.

"Feysbuk"dan YENİLİK

5 Dekabr 2017 09:25

"Facebook" şirkəti yeni "Messenger Kids" proqramını istifadəyə verir. Yeni əlavə validenlərə uşaqların kiminlə ünsiyyət qurmasına nəzarət etmək imkanı yaradır. Bu barədə sosial şəbəkənin saytında dərc edilmiş məlumatda deyilir. "Bu gün təqdim etdiyimiz əlavə vasitəsi ilə uşaqlar təhlükəsiz şəkildə öz ailələri və dostları ilə ünsiyyət qura biləcək", - şirkətin məlumatında qeyd olunur.

6 siyasətçi şərti azadlıqda

5 Dekabr 2017 09:19

Kataloniya hökumətinin həbsdə olan keçmiş üzvlərinin məhkəmə prosesi keçirilib. İspaniya məhkəməsi 6 siyasətçinin şərti azdlığa çıxması barədə qərar verib. Kataloniyanın sabiq lideri Karles Puçdemonun köməkçisi Oriol Yunqueras, muxtariyyətin sabiq daxili işlər naziri Xoakim Form və daha 2 siyasətçinin isə həbs müddəti davam edəcək. Məhkəmənin şərtinə görə, onlar 100 min avro qarşılığında azadlığa çıxa biləcəklər.

Dünyanın ən iri almazı satıldı

5 Dekabr 2017 09:18

Britaniyalı zərgər Lorens Qraff dünyanın ən iri almazlarından birinə sahib olub. Nyu-York şəhərində baş tutan hərracda 709 karatlıq almaz 6,5 milyon dollara satılıb. Çəkisinə görə dünyada 14-cü yeri tutan almaz 2017 ildə Syera-Leonedə tapılıb.