10 ayda 134 566 yeni vergi ödəyicisi qeydiyyata alınıb

2017-ci ilin ilk 10 ayı ərzində 134 566 yeni vergi ödəyicisi (o cümlədən, 9 864 hüquqi, 124 702 fiziki şəxs) qeydiyyatdan keçib. Müvafiq dövr ərzində yüksək dövriyyəyə malik 3 189 ƏDV ödəyicisi (2 359 hüquqi şəxs, 830 fiziki şəxs) qeydiyyata alınıb. “Olaylar” xəbər verir ki, bunu vergilər nazirli Fazil Məmmədov nazirliyin kollegiyasında bildirib.

2017-ci ilin ilk 10 ayı ərzində 134 566 yeni vergi ödəyicisi (o cümlədən, 9 864 hüquqi, 124 702 fiziki şəxs) qeydiyyatdan keçib. Müvafiq dövr ərzində yüksək dövriyyəyə malik 3 189 ƏDV ödəyicisi (2 359 hüquqi şəxs, 830 fiziki şəxs) qeydiyyata alınıb. "Olaylar" xəbər verir ki, bunu vergilər nazirli Fazil Məmmədov nazirliyin kollegiyasında bildirib. Nazir qeyd edib ki, ümumilikdə cari ilin 10 ayı ərzində qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş vergi ödəyicilərinin sayı fəaliyyətini dayandırmış və ləğv edilmiş vergi ödəyicilərinin sayından 18 028 sayda çox olub ki, bu da ümumilikdə iqtisadi dövriyyənin artmasına dəlalət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31