Akademik Tofiq Hacıyevin “Seçilmiş əsərləri” çap olunub
Azərbaycanın görkəmli dilçi-alimi, Əməkdar elm xadimi, akademik Tofiq Hacıyevin ikicildlik “Seçilmiş əsərləri” çap olunub. Olaylar.az bildirir ki, “Elm” nəşriyyatında çap olunan kitabın redaktoru dosent Qızılgül Abdullayeva, rəyçiləri - professor Məhərrəm Məmmədli və Eldar Piriyev, f.ü.e.d. Sərdar Zeynal, f.ü.f.d. Sevda Sadıqova və Afaq Məmmədovadır.
5 Dekabr 2017 11:28 MədəniyyətAzərbaycanın görkəmli dilçi-alimi, Əməkdar elm xadimi, akademik Tofiq Hacıyevin ikicildlik "Seçilmiş əsərləri" çap olunub.
Olaylar.az bildirir ki, "Elm" nəşriyyatında çap olunan kitabın redaktoru dosent Qızılgül Abdullayeva, rəyçiləri - professor Məhərrəm Məmmədli və Eldar Piriyev, f.ü.e.d. Sərdar Zeynal, f.ü.f.d. Sevda Sadıqova və Afaq Məmmədovadır.
Nəşrin birinci cildində Azərbaycan ədəbi dilinin tarixi dövrlər üzrə təhlil olunur. Dövrlərin müəyyənləşdirilməsində dilxarici hadisələr də nəzərə alınmaqla, dildaxili faktlara, üslubların yaranma və inkişafına, normanın tarixi təkamülünə xüsusi diqqət yetirilir.
Əsərin ikinci cildi T.Hacıyevin Türkologiya sahəsindəki irihəcmli araşdırmalarını özündə cəmləşdirir. Kitaba "Orxon dastanlarının şeir sənətkarlığı", Mikayıl Baştunun "Şan qızı dastanı", Cəmaləddin İbn Mühənnanın "Hilyətül-insan və həlbətül-lisan" əsərləri haqqındakı yazılar, habelə müəllifin ən son monoqrafiyalarından olan "Türklər üçün ortaq ünsiyyət dili" daxil edilib.