Gündəm

Gözdən əlil tələbələrə yardım ediləcək

14 Dekabr 2017 16:57

“Azərbaycan universitetlərində 18 gözdən əlil tələbə təhsil alır. Onlara yardım olunmalıdır”. “Olaylar”ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli deyib. Komitə sədri bildirib ki, həmin tələbələr təhsil haqqından azad olunmalıdır: “Bir neçə gün öncə, qəbulumda iki tələbə vardı.

Tahir Rzayev: “Bu gün Azərbaycanın iqtisadiyyatında əsas prioritet qeyri-neft sektorunun inkişafıdır”

14 Dekabr 2017 16:54

Bu gün Azərbaycanın iqtisadiyyatında əsas prioritet qeyri-neft sektorunun inkişafıdır”. Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib. T.Rzayev bildirib ki, qeyri-neft sektorunun tərkibində sənaye, kənd təsərrüfatı məhsullarının istehsalı, sərmayə qoyuluşlarının artması, qeyri-neft ixracının artırılması və digər məsələlər əsas yer tutur.

Mənzildən içərisində 100.000 manat olan seyf oğurlandı

14 Dekabr 2017 16:54

Dekabrın 13-də Bakı şəhər sakini İlqar Həziyev Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsinə məlumat verərək Albalılıq yeni yaşayış sahəsində yerləşən fərdi yaşayış evinin dəmir barmaqlıqlarının qırıldığını və mənzildən içərisində 100.000 manat olan seyfin oğurlandığını bildirib.

Musa Quliyev: “Proqramların uğurla reallaşması nəticəsində respublikamızda yüzminlərlə yeni iş yeri açılıb”

14 Dekabr 2017 16:53

Azərbaycanda 2014-2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişaf proqramı uğurla icra edilməkdədir”. Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib. M.Quliyev bildirib ki, bu proqram regionlarda işsizlik probleminin aradan qaldırılması baxımından da əhəmiyyətlidir.

İsa Həbibbəyli: “İslam həmrəyliyi Azərbaycan xalqının milli və mənəvi dəyərlər sistemində önəmli yer tutur”

14 Dekabr 2017 16:51

“İslam həmrəyliyi Azərbaycan xalqının milli və mənəvi dəyərlər sistemində önəmli yer tutur. Bu fikri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib. İ.Həbibbəyli bildirib ki, 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi İslam həmrəyliyinə çağırış olmaqla bərabər, dövlətimizin başçısının islami dəyərlərə verdiyi önəmin bariz nümunəsidir: “Bu gün İslam aləminin həmrəyliyi zərurətə çevrilib, həmrəylik çağırışı bütün dünyada rəğbətlə qarşılanıb.

“Qız söhbəti”ndə biri öldü, o biri isə 12 il iş aldı

14 Dekabr 2017 16:46

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1988-ci il təvəllüdü Teymur Sadıqova hökm oxunub. Hakim Əhməd Quliyevin icraatında olan prosesdə T.Sadıqov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Xalq şairi Fikrət Qocanın oğlunun ölümündə təqsirləndirilən şəxslərə hökm oxunub

14 Dekabr 2017 16:41

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmədov, onun xuliqanlıqda təqsirləndirilən tanışları - Ruslan Məmmədov və Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məlumata görə, hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda E. Nehmətov son söz deyib. O, mərhumu qəsdən öldürmədiyini, onunla dost olduğunu bildirib. P. Hüseynov isə ölümün ehtiyatsızlıqdan baş verdiyini deyib. R. Məmmədov son söz deməkdən imtina edib. Sonra hakimlər hökmü elan etmək üçün müşavirəyə gedib.

Əlillərlə bağlı yeni qanun layihəsi hazırlanıb

14 Dekabr 2017 16:39

Azərbaycanda "Əlillərin hüquqları haqqında" yeni qanun layihəsi hazırlanıb. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli komitənin iclasında deyib.

Maliyyə Nazirliyində FETÖ əməliyyatı – 79 şübhəli

14 Dekabr 2017 16:37

Ankara Prokurorluğu Maliyyə Nazirliyində və ona bağlı olan qurumlarda FETÖ ilə işbirliyində şübhəli bilinən şəxslər haqda qərar çıxarıb.  FETÖ istintaqı çərçivəsində vəzifəsindən uzaqlaşdırılan və Baylok xəbərləşmə proqramından istifadə etdiyi müəyyən edilən 79 nəfər şübhəlidən 24-ü həbs olunub.

Ermənilər və havadarlarının məqsədləri iflasa uğradı - Strasburqda

14 Dekabr 2017 16:35

Dekabrın 12-də Avropa Parlamentinin (AP) Strasburqda keçirilən plenar sessiyasında Avropa İttifaqının (Aİ) xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerininin iştirakı ilə növbəti “Xarici işlər və təhlükəsizlik siyasətinə dair illik hesabat” sənədi qəbul edilib.

Oman Sultanlığı ilə birgə turizm komissiyası yaradılacaq

14 Dekabr 2017 16:33

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Oman Sultanlığının turizm naziri  Əhməd bin Nasser Əl Məhrizi ilə görüşüb. “OLAYLAR”-ın xəbərinə görə, Nazim Səmədov Oman vətəndaşlarının Azərbaycana ən çox səfər edən ölkə vətəndaşları sırasında 11-ci yerdə qərarlaşdığını və bu ölkədən gələn turistlərin sayında sürətli artımın müşahidə olunduğunu qeyd edib.

Ermənistan dünya ictimaiyyətinin tələblərinə məhəl qoymur

14 Dekabr 2017 16:32

Ermənistan işğal etdiyi torpaqlarımızda milli mədəni sərvətlərimizi talan edib”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı Mahir Abbaszadə səsləndirib. O, bildirib ki, Ermənistan dünya ictimaiyyətinin tələblərinə məhəl qoymur, işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirir. Onun sözlərinə görə, Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə uzun illərdir davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib.

Azərbaycanda yeni kampaniyaya start verilir

14 Dekabr 2017 16:31

İnsan Hüquqlarına dair Universal Bəyannamənin  (İHUB) 70 illiyi ilə əlaqədar Azərbaycanda bir il davam edəcək kampaniyaya bu gün start verilir. BMT-nin Azərbaycandakı nümayəndəliyinin informasiya departamentiondən bildirilib ki,  bu günkü tədbir 10 dekabr İnsan Hüquqları Gününün qeyd edilməsi çərçivəsində təşkil olunub. Bildirilib ki, kampaniyanın üç əsas hədəfi var. təşviq etmək, iştirak etmək və düşünmək. Kampaniya, bütün dünyada geniş auditoriya bazasını cəlb etmək; Universal Bəyannamənin bizim hamımızı necə gücləndirməsi haqqında anlayışı təşviq etmək; və hər gün hər birimizin hüquqlarını müdafiə etməyin yolları barədə düşünmək məqsədi daşıyır. 

Azərbaycanda 3-cü Milli Tərcümə Forumu keçiriləcək

14 Dekabr 2017 16:29

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) təşkilatçılığı ilə  dekabrın 15-də “Park İnn” otelində “Azərbaycanda tərcüməçi hazırlığı və tərcümə bazarı” mövzusunda 3-cü Milli Tərcümə Forumu keçiriləcək.

Sayımızın 10 milyona çatmasına lap az qaldı

14 Dekabr 2017 16:25

 Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 73 360 nəfər və ya 0,7% artaraq 2017-ci il noyabr ayının 1-i vəziyyətinə 9 883 341 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən “Olaylar”a verilən məlumata görə, əhalinin 53%-i şəhər, 47%-i kənd sakinləridir, 49,9%-ini kişilər, 50,1%-ini isə qadınlar təşkil edir.