Azərbaycanda 3-cü Milli Tərcümə Forumu keçiriləcək
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) təşkilatçılığı ilə dekabrın 15-də “Park İnn” otelində “Azərbaycanda tərcüməçi hazırlığı və tərcümə bazarı” mövzusunda 3-cü Milli Tərcümə Forumu keçiriləcək.
14 Dekabr 2017 16:29 SosialAzərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) təşkilatçılığı ilə dekabrın 15-də "Park İnn" otelində "Azərbaycanda tərcüməçi hazırlığı və tərcümə bazarı" mövzusunda 3-cü Milli Tərcümə Forumu keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a AGTA-dan daxil olub. Bildirilib ki, Beynəlxalq Tərcüməçilər Federasiyasının tamhüquqlu üzvü olan AGTA-nın təşkilatçılığı ilə keçirilən 3-cü Milli Tərcümə Forumu 150-ə yaxın tərcüməçi, dilçi, beynəlxalq təşkilat və səfirliklərin, eləcə də dövlət və qeyri-hökumət qurumlarının iştirakı ilə baş tutacaq.