Gözdən əlil tələbələrə yardım ediləcək
“Azərbaycan universitetlərində 18 gözdən əlil tələbə təhsil alır. Onlara yardım olunmalıdır”. “Olaylar”ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli deyib. Komitə sədri bildirib ki, həmin tələbələr təhsil haqqından azad olunmalıdır: “Bir neçə gün öncə, qəbulumda iki tələbə vardı.
14 Dekabr 2017 16:57 SosialKomitə sədri: "Bu istiqamətdə danışıqlar aparılır"
"Azərbaycan universitetlərində 18 gözdən əlil tələbə təhsil alır. Onlara yardım olunmalıdır". "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli deyib. Komitə sədri bildirib ki, həmin tələbələr təhsil haqqından azad olunmalıdır: "Bir neçə gün öncə, qəbulumda iki tələbə vardı. Onlar Azərbaycan Milli Konsevatoriyasında təhsil alırlar. Təhsil haqları 2 min manatdır. Hesab edirəm, belə qrup insanlara köməklik olunmalıdır. Bu istiqamətdə danışıqlar aparılır".