Ermənistan dünya ictimaiyyətinin tələblərinə məhəl qoymur

Ermənistan işğal etdiyi torpaqlarımızda milli mədəni sərvətlərimizi talan edib”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı Mahir Abbaszadə səsləndirib. O, bildirib ki, Ermənistan dünya ictimaiyyətinin tələblərinə məhəl qoymur, işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirir. Onun sözlərinə görə, Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə uzun illərdir davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib.

Ermənistan işğal etdiyi torpaqlarımızda milli mədəni sərvətlərimizi talan edib". "OLAYLAR"-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı Mahir Abbaszadə səsləndirib. O, bildirib ki, Ermənistan dünya ictimaiyyətinin tələblərinə məhəl qoymur, işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirir. Onun sözlərinə görə, Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə uzun illərdir davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib.

"Dağlıq Qarabağ münaqişəsi yalnız Cənubi Qafqaz regionu üçün deyil, bütün dünya üçün təhlükədir. Çünki Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən hazırda narkotik vasitələrin daşınmasında tranzit kimi istifadə edir, müxtəlif ölkələrə istiqamətləndirilən terrorçu qruplar hazırlayır. Təcavüzkar Ermənistan torpaqlarımızı işğal altında saxlamaqla heç nəyə nail olmayıb. Bu dövrdə Ermənistanın iqtisadiyyatı daha da ağır vəziyyətə düşüb. Ötən dövr ərzində erməni xalqı münaqişədən heç nə qazanmayıb, əksinə çox şey itirib. Azərbaycan hökuməti isə qaçqın və məcburi köçkünlərin sosial şəraitini yaxşılaşdırmaq üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür. Bunula yanaşı, Azərbaycan dövləti torpaqlarımızın işğaldan azad edilməsi üçün bütün mümkün diplomatik imkanlardan istifadə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31