Oman Sultanlığı ilə birgə turizm komissiyası yaradılacaq

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Oman Sultanlığının turizm naziri  Əhməd bin Nasser Əl Məhrizi ilə görüşüb. “OLAYLAR”-ın xəbərinə görə, Nazim Səmədov Oman vətəndaşlarının Azərbaycana ən çox səfər edən ölkə vətəndaşları sırasında 11-ci yerdə qərarlaşdığını və bu ölkədən gələn turistlərin sayında sürətli artımın müşahidə olunduğunu qeyd edib.

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Oman Sultanlığının turizm naziri  Əhməd bin Nasser Əl Məhrizi ilə görüşüb. "OLAYLAR"-ın xəbərinə görə, Nazim Səmədov Oman vətəndaşlarının Azərbaycana ən çox səfər edən ölkə vətəndaşları sırasında 11-ci yerdə qərarlaşdığını və bu ölkədən gələn turistlərin sayında sürətli artımın müşahidə olunduğunu qeyd edib.

Nazir Əhməd bin Nasser Əl Məhrizi öz növbəsində Azərbaycanda bir neçə dəfə olduğunu, ölkəmizin mədəniyyətinə, mətbəxinə, musiqisinə heyran qaldığını bildirdi. Nazir qeyd etdi ki, Azərbaycan kimi ölkələr məhz öz mədəniyyətini dünya turizm bazarına çıxarmaqla böyük turist kütləsini cəlb etməyə qadirdir. Görüşün sonunda Omanlı nazir Nazim Səmədova xatirə hədiyyəsini təqdim edib. Görüşdə ölkələrimiz arasında turizm əlaqələrinin gücləndirilməsi və yeni inkişaf müstəvisinə çıxması üçün birgə turizm komissiyasının fəaliyyəti razılaşdırıldı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31