Gündəm
Dövlət büdcəsi 714 mln. manatlıq kəsirlə icra olunub
2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 14 749,3 mln. manat, xərcləri 15 463,1 mln. manat təşkil edib, büdcənin icrasında 713,8 mln. manatlıq və ya ümumi daxili məhsulun 1,1%-i qədər kəsir yaranıb.
Gömrük Komitəsi: "OKSİAM-B" preparatı Səhiyyə Nazirliyinin sertfikatı ilə ölkəyə idxal olur”
Bir sıra kütləvi informasiya vasitələrində ölkə ərazisinə “Oksiam-B” adlı saxta dərman preparatlarının idxal edilməsi ilə bağlı məlumatlar yayılıb. Məlumatda dərman preparatının Türkiyə Respublikasında “Univerce Pharma İlaç San. ve Tic. Ltd Şti.” şirkəti tərəfindən istehsal edildiyi və “Dihac” MMC tərəfindən idxal olunduğu bildirilir. Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yayılan məlumatla əlaqədar Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, xarici iqtisadi fəaliyyət iştirakçısı olan “Dihac” MMC tərəfindən Azərbaycan Respublikası ərazisinə idxal olunan, Səhiyyə Nazirliyinin müvafiq sertifikatları ilə təmin edilən dərmanların siyahısında “Oksiam-B” adlı dərman preparatı yoxdur.
İrəvan yenə borc almağa qərar verdi
Ermənistan hökuməti dövlət borcunun artırılmasına qərar verib. Bu barədə informasiyanı “Joxovurd” qəzeti yayıb. “Yeni kredit razılaşması Maliyyə Nazirliyi, Almaniya İnkişaf Bankı və Dövlət Su Təsərrüfatı Komitəsi arasında imzalanacaq. Kreditin dəyəri 18,5 milyon avro olacaq. Bu kredit sayəsində İrəvan Kapsi su anbarında təmir işləri apara biləcək. Kredit 5 ili güzəştli olmaqla, 15 il müddətinə veriləcək. Onun istifadəsinə 2023-cü ildən başlanacaq”, – deyə qəzet bildirib.
“Saakaşvilinin etdikləri bu xalqların üzündə tüpürcəkdir”
“Saakaşvilinin etdikləri Ukrayna və Gürcüstan xalqlarının üzündə tüpürcəkdir”. Bunu Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Prezidentin verdiyi bəyanat çox güclü idi”
“Qüds məsələsi ilə bağlı İslam ölkələrinin liderlərinin İstanbul konfransını keçirməsi çox məntiqə uyğun idi .Çünki İslam dünyası ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına sərt reaksiya verməyə bilməzdi”. Bu fikirləri politoloq Fikrət Sadıqov deyib. O qeyd edib ki, Azərbaycan prezidentinin də konfransa qatılması bizim islam aləmi ilə əməkdaşlığımızın formatına uyğun addım idi.
Yunanıstanı tətil bürüdü
Yunanıstanda dövlət və özəl şirkət əməkdaşları 24 saatlıq tətilə başlayıblar. Etirazlara səbəb ölkə rəhbərliyinin beynəlxalq kreditlərin təzyiqi altında qəbul etdiyi sərt islahatlardır.
Fövqəladə hallar naziri sürüşmə sahələrində təhlükənin aradan qaldırılması istiqamətində görülən işləri açıqlayıb
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Nazirlər Kabinetinin Abşeron yarımadasında subasma prosesləri və göllərin çirklənməsinə səbəb olan amillərinin müəyyən edilməsi və müvafiq müdafiə tədbirləri kompleksinin işlənilməsinə dair tapşırıqlarının icrası ilə əlaqədar göllərin ekoloji cəhətdən sağlamlaşdırılması, yerüstü və yeraltı suların idarə edilməsi və zərərli təsirlərin azaldılması qarşısının alınması məqsədi ilə kompleks tədqiqatlar aparılıb. Məlumata görə, bunu bu gün FHN-nin yaradılmasının 12-ci ildönümü münasibətilə dekabrın 14-də keçirilən genişləndirilmiş kollegiya iclasında fövqəladə hallar naziri Kəmaləddin Heydərovdeyib.
102,6 min manat işçilərə ödənilib
Cari ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan vətəndaş müraciətlərinin bir qismində sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin gecikdirildiyi ifadə olunub.
Bir ay ərzində Myanmada 9 min rohinca həlak olub
Myanmada bu il avqustun 25-dən sentyabrın 24-dək olan müddətdə 9 min rohinca müsəlmanı həlak olub, onlardan, təqribən, 6,7 mini qətlə yetirilib. Bu barədə "Sərhədsiz həkimlər" (MSF) beynəlxalq təşkilatının saytında məlumat verilib.
Teatr direktoru Beynəlxalq festivalda münsiflər heyyətində yer aldı
Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev İran İslam Respublikasında keçiriləcək 36-cı Beynəlxalq Fəcr Teatr festivalına dəvət olunub. Dövlət Musiqili Teatrının Mətbuat xidmətindən Olaylar.az –a bildirlib ki, tanınmış rejissor və teatr xadimi dünyanın onlarla ölkəsinin təmsil olunduğu bu nüfuzlu festivalda ekspert kimi iştirak edəcək. Bu məqsədlə Ə. Lalayev 21 yanvar – 1 fevral 2018-ci il tarixlərində İran İslam Respublikasının Dramatik İncəsənət Mərkəzinin rəsmi dəvəti ilə qonşu ölkəyə səfər edəcək. Artıq bir neçə dəfədir ki, dünyanın müxtəlif teatr və musiqili festivallarında münsif kimi iştirak edən Əliqismət Lalayev bu sənət yarışmasını teatr sahəsində ən maraqlı yarışmalardan biri kimi qiymətləndirir.
İsrailin kəşfiyyat naziri Livanı yer üzündən siləcəkləri ilə hədələdi
“Sizi əmin edirəm ki, Livanı daş dövrünə qaytararıq”. Bunu İsrailin kəşfiyyat və atom energetikası naziri İsrael Kats mərkəzi Səudiyyə Ərəbistanıda yerləşən “Elaph” qəzetinə müsahibəsində deyib.
"Moody`s": Azərbaycan banklarının maliyyələşmə perspektivləri məhduddur
"Moody's" beynəlxalq reytinq agentliyi MDB ölkələri banklarının reytinq üzrə proqnozunu "stabil" olaraq qiymətləndirir. Agentliyin yaydığı "Avropa bankları - 2018 Proqnoz" adlı hesabatda proqnozun stabil olmasının bu ölkələrdə əmtəə qiymətlərinin yüksək olması ilə əlaqələndirilir.
Ölkədə fikir, söz, ifadə və məlumat azadlığı ən yüksək səviyyədə təmin edilib
Azərbaycanda fikir, söz, məlumat, ifadə azadlığının, plüralizmin təmin edilmıəsi istiqamətində görülən işlər, bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərlə bağlı Beyləqan Gənclərin Maarifləndirmə İctimai Birliyinin üzvü Fəzail Quliyevin “OLAYLAR”-a müsahibəsi.
İsrail polisləri müsəlman uşaqlarını hin kimi yerdə saxlayırlar
Donald Trampın Qüdslə bağlı qərarından bir həftə keçir. Bu həftə ərzində Fələstində, xüsusilə də Qəzza küçələrində etiraz aksiyaları keçirilib. İsrail əsgərləri isə mitinqlərin qarşısını alırlar.
Azərbaycanda 35 metrlik yolka qurulur
Azərbaycanın əsas yolkasının qurulmasına başlanıb. Bu barədə özəl olaraq Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib. Onun sözlərinə görə, ölkənin əsas yolkası paytaxtın Neftçilər prospektində, Dövlət Kukla Teatrının arxasında qurulacaq.














