Gündəm
Prokuror bələdiyyə sədrinə cəza istəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunun Məhəmmədli bələdiyyəsinin mənimsəmədə təqsirləndirilən sədri Vaqif Nəbiyev və bələdiyyə üzgü Nazim Pənahovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edib. O, V. Nəbiyevin və N. Pənahovun cinayətinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib. O, V. Nəbiyevin 8 il, N. Pənahovun isə 7 il müddətinə azadlıqdan məhrum olunmasını, hər iki şəxsin məhkəmə zalında həbs olunmasını istəyib.
Putin: “Rusiya Şimali Koreyanı nüvə dövləti kimi tanımayacaq”
“Rusiya Şimali Koreyanı nüvə dövləti kimi tanımayacaq”. Məlumata görə, bunu Rusiya prezidenti Vladimir PutinMoskvada keçirdiyi ənənəvi illik mətbuat konfransında “Associated Press” müxbirinin Şimali Koreya ilə bağlı sualını cavablandırarkən deyib.
Böyük Britaniya Azərbaycanda ən böyük investordur
İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri, Hökumətlərarası Komissiyanın Britaniya tərəfdən həmsədri Baronessa Rona Ferhed ilə görüşüb, ölkələrimiz arasındakı mövcud iqtisadi əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.
Dollar yenidən bahalaşıb
“Son aylar dolların alış kursu ilk dəfə 1.705-ə yüksəlib. Artıq əksər banklar 100 dollara 170 manatdan çox vəsait ödəyirlər. Bu isə o deməkdir ki, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot stavkasının artırılması ilə bağlı qərarından sonra banklar dolların alış və satış kurslarını cüzi olsa da artırıblar”.
"Azərbaycan həm də müsəlman ölkəsi kimi birincilərdən olduğunu əməli fəaliyyəti ilə sübuta yetirir"
Azərbaycan həm də müsəlman ölkəsi kimi birincilərdən olduğunu əməli fəaliyyəti ilə sübuta yetirir. Bunu siyasi ekspert Bəhruz Quliyev Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında ali səviyyədə təmsil olunmasını şərh edərkən deyib.
Azərbaycandan 900 nəfər başqa ölkələrdə qanunsuz silahlı birləşmələrə qoşulub
Azərbaycanda İslam dinini siyasiləşdirməyə cəhdlər olunub. Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.
"Çudo Peçka”nın təsisçisi Çingiz Cəlilov barəsində cinayət işinin ibtidai istintaqı tamamlanıb
"Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilov barəsində olan cinayət işinin ibtidai istintaqı tamamlanıb. Cinayət işi yaxın günlərdə baxılmaq üçün məhkəməyə göndəriləcək.
Bakıda Gənclər Təşkilatlarının III Milli Konqresi keçiriləcək
Dekabrın 19-da 200-dək gənclər təşkilatlarının rəhbərlərinin, dövlət rəsmilərinin və mətbuat nümayəndələrinin iştirakı ilə Bakıda Gənclər Təşkilatlarının III Milli Konqresi baş tutacaq. “OLAYLAR”-ın xəbərinə görə, konqres Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçiriləcək.
Gənclərə sağlam həyat tərzi təbliğ edilir
Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi "Mən həyatı seçirəm” layihəsi çərçivəsində Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) "Sağlam həyat tərzi” mövzusunda tədbir keçirib. Təhsil ocağından “OLAYLAR”-a verilən məlumata görə, tədbiri giriş sözü ilə Kollecin tərbiyə işləri üzrə direktor müavini Xalid Məcidov açaraq bildirib ki, hər bir kəs, xüsusən də gənclər sağlam həyat tərzinə üstünlük verməli, zərərli vərdişlərdən uzaq durmalıdır. X.Məcidov qeyd edib ki, tibb elmi nə qədər inkişaf etsə də bütün xəstəliklərdən insanları xilas edə bilməz. Onun sözlərinə görə, insan öz sağlamlığının yaradıcısıdır və bu sağlamlıq uğrunda daim mübarizə aparmalıdır.
Kitabxanaçılar üçün təlim keçirilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin kitabxanaçıları üçün təlimlərə start verilib. “OLAYLAR”-a daxil olan məlumata görə, BŞTİ və Respublika Elmi Pedaqoji Kitabxanasının (REPK) birgə əməkdaşlığı çərçivəsində təşkil olunan təlimlərin əsas məqsədi iştirakçılara kitabxana işinin düzgün təşkilinə kömək göstərmək, onları müasir texnologiyalarla tanış etməkdən ibarətdir.
Putin: “Tramp Rusiya ilə bağlı seçkiöncəsi vədlərini yerinə yetirə bilmir”
“Trampa qiyməti mən verməməliyəm”. Məlumata görə, bunu Rusiya prezidenti Vladimir PutinMoskvada keçirdiyi ənənəvi illik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib. O bildirib ki, Trampa amerikalılar qiymət verməlidir. “Həm də investorlar ABŞ-a etibar edirlər, bu isə vacib göstəricidir”, - deyə o vurğulayıb.
Vulkan partlayışından məhv olan şəhərdən 2 min illik çörək tapıldı
İtaliyanın Vezuvi vulkanı 2 min il əvvəl partlayaraq Pompey şəhərini tarix səhnəsindən silib. Şəhər vulkandan sonra kömürləşərək bu günümüzə qədər gəlib çatıb. Eramızdan əvvəl 79-cu ildə baş verən vulkan püskürməsi Pompey, Herkulanium və Stabia şəhərləri xəritədən silinib. Hələ də aktiv olan vulkan 1944-cü ildə sakitləşib.
Putin: “Orta və yaxın mənzilli raketlərin ləğvi üzrə müqavilədən çıxmaq niyyətində deyilik”
"ABŞ Orta və yaxın mənzilli raketlərin ləğvi üzrə müqavilədən çıxmaq üçün informasiya-təbliğat işi aparır”. Məlumata görə, bunu Rusiya prezidenti Vladimir PutinMoskvada keçirdiyi ənənəvi illik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Cənubi Amerika Kubokunun sahibi müəyyənləşib
Futbol üzrə Cənubi Amerika Kubokunun sahibi müəyyənləşib. Bu, Argentinanın "İndependyente" klubudur. "İndependyente" finalda Braziliya "Flamenqo"sunu iki oyunun yekununda üstələyib - 2:1, 1:1. Bu komanda tarixində ikinci dəfə bu kuboka yiyələnib. Argentina təmsilçisi ilk titulunu 2010-cu ildə əldə edib.
Millimizin üzvü şərt qoydu, hesabına 1 milyon köçürüldü
Keçən il milliləşdirilərək, Azərbaycan yığmasına cəlb olunan Dəniz Yılmazla formasını geyindiyi "Bursaspor" klubu arasında problem yaşanıb. 29 yaşlı futbolçu ölkə kubokunda "Adanaspor"la matçdan (2:0) sonra rəhbərliyi komandadan ayrılmaqla təhdid edib.













