Gündəm

Hava yağmursuz keçəcək

14 Dekabr 2017 14:46

Bakı və Abşeron yarımadasında dekabrın 15-də buludlu havaşəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Rusiya kosmosda nüvə müharibəsinə hazırlaşır

14 Dekabr 2017 14:40

Rusiyanın taktik nüvə silahının arsenalını müasirləşdirməsi və genişləndirməsi ölkənin nüvə müharibəsinə hazırlaşdığını göstərir. Bu haqda “The Washington Free Beacon” nəşrinə ABŞ Müdafiə Nazirliyindəki (Pentaqon) anonim mənbələr bildiriblər.

FED-in qərarının manata ciddi təhlükəsi yoxdur:

14 Dekabr 2017 14:36

Bu günlər Birləşmiş Ştatlar bütün parametrlər üzrə dünyanın əsas diqqətini özündə cəmləşdirib desək yanılmarıq. Xüsusilə okeanın o tayından siyasi və iqtisadi sahədə atılan addımlar dünya dövlətləri tərəfindən maraqla, eyni zamanda da narahatçılıqla izlənilir, müşahidə olunur.

"Azərbaycan insan haqları ilə bağlı öhdəliklərini icra edir"

14 Dekabr 2017 14:31

Azərbaycan insan haqları ilə bağlı tövsiyələrə əməl edir, öhdəliklərini icra edir. Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai 10 dekabr- Ümumdünya İnsan Hüquqları Gününə həsr edilmiş konfansda çıxışı zamanı deyib.

Bir ayda 9 min müsəlmanı öldürdülər

14 Dekabr 2017 14:25

Myanmadakı Rakhayn ştatında müsəlman rohincaların təqibi başlanandan bəri ölkəni tərk edərək qonşu Banqladeşə qaçan müsəlmanların sayı 626 min nəfəri keçib.

Qüds və Qarabağ: Oxşar cəhətlər və Azərbaycanın maraqları…

14 Dekabr 2017 14:23

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin rəsmi paytaxt kimi tanıması barədə verdiyi məlum qərarı Azərbaycanda da ciddi rezonansa səbəb olsa da, belə demək mümkünsə cəmiyyəti iki hissəyə bölüb. Bir qism Trampın bu qərarını beynəlxalq hüquq norma və prinsipləri ayaq altına atması kimi dəyərləndirsə də, digər qism müxtəlif arqumentlərlə Qüdsün İsrailin paytaxtı elan edilməsini düzgün addım hesab edir və bunu dəstəkləyirlər. Lakin Qüdsün İsrailin paytaxtı elan edilməsini dəstəkləyən qism insanlar bunun Azərbaycanın milli maraqlarına cavab verib-verməməsini nəzərə almır və bunun Azərbaycan üçün hansı xoşagəlməyən presidentlərə yol aça biləcəyini, yaxud da beynəlxalq hüquq normalarına zidd olduğunu nəzərə almayıblar.

4 müəllimə FETÖ – dən saxlanıldı

14 Dekabr 2017 14:23

Əfqanıstan FETÖ terror qruplaşmasına qarşı əməliyyat həyata keçirilib. Olaylar.az bildirir ki, əməliyyat Əfqanıstanın paytaxtı Kabilin Taymanlı mahalında yerləşən Əfqan – Türk qız məktəbində aparılıb. Əməliyyat zamanı 4 müəllimə saxlanılıb.

Qanunsuz dini təbliğat aparan 159 nəfər saxlanılıb

14 Dekabr 2017 14:21

2017-ci ildə Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanuna zidd təbliğat apardığı üçün 159 nəfər şəhər və rayon poliş şöbələrinə gətirilib. Bu barədə Daxili İşlər Nazirliyinin əməkdaşı Oqtay Tağıyev deyib.

Azərbaycan beynəlxalq hüquq və prinsipləri üstün tutur

14 Dekabr 2017 14:14

Bu gün dünyanın bir nömrəli müzakirə mövzusu Qüdsdür desək yanılmarıq. Birləşmiş Ştatlar prezidentinin bir neçə gün əvvəl Qüdslə bağlı verdiyi açıqlama Yaxın Şərqdə, xüsusilə Qəzza bölgəsində yenidən gərginliyi artırdı. Uzun müddət bölgədə hökm sürən nisbi sabitliyi indi yenə silah səsləri, silahlı qarşıdurma əvəzləyib. Hazırda Qəzza bölgəsi 10-15 il əvvəli xatırladır. Problemin getdikcə ciddiləşməsi müsəlman ölkələrinin Birləşmiş Ştatlara qarşı koalisiya formalaşdırmasına yol açıb.

Əfqanıstan əməliyyata başladı - 20 silahlı məhv edilib

14 Dekabr 2017 14:11

Əfqanıstanda Hərbi Hava Qüvvələri ölkənin cənubunda uğurlu əməliyyat keçirib. Müdafiə Nazirliyi əməliyyat nəticəsində azı 20 silahlı məhv edilib. Məlumata görə, avizərbələr əsasən Marca, Qereşk mahallarına endirilib. Əməliyyatla bağlı başqa təfərrüatlar açıqlanmayıb.

Bu sərhəd əraziləri Ermənistandan alındı - İrəvan ŞOKDA

14 Dekabr 2017 14:06

Ermənistanın İranla sərhədin yaxınlığındakı yolun tikintisi sərhədi qoruyan Rusiya hərbiçilərinin tələbi ilə dayandırılıb. Bu məsələdə Ermənistanda qalmaqala səbəb olub. Ermənistan mediası bu hadisəni “İranla sərhəd bölgəsinin Rusiya tərəfindən alınması” kimi dəyərləndirir.

Bakıda avtobus qəzaya uğradı - Sərnişinlər təxliyə edildi

14 Dekabr 2017 14:00

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.Hadisə saat 11 radələrində Zabrat-Maştağa yolunda baş verib. 166 nömrəli xətt üzrə hərəkət edən avtobus işıqforda dayanmış yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtobusa ciddi ziyan dəyib.Avtobusda olan sərnişinlər təxliyə olunub.

Bahar Muradova: “Ərazi bütövlüyü ilə bağlı mövqeyin vacibliyi indi dərk olunmaqdadır”

14 Dekabr 2017 13:56

“Təəssüf ki, ərazi bütövlüyü ilə bağlı mövqeyin vacibliyi indi dərk olunmaqdadır, bunu da vacib edən əlbəttə getdikcə dünya ölkələrində, dünyanın ən müxtəlif regionlarında ərazi bütövlüyünə qarşı yönəlmiş separatçı cəhdlərin artması səbəb olub”. Məlumata görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova Avropa Parlamentinin "Avropa İttifaqının xarici siyasət və təhlükəsizliklə bağlı qətnamə"sini şərh edərkən deyib.

Təriqət üzvlərinə qarşı aparılan mübarizədə 16 terrorçu məhv edilib - AZƏRBAYCANDA

14 Dekabr 2017 13:51

Azərbaycanda vəhabi təriqəti ilə məşğul olan şəxslər fəallaşıb. Bunu Baş Prokurorluğun nümayəndəsi Rauf Məmmədov deyib. Onun sözlərinə görə, ölkədə vəhabilik və digər yad dini cərəyan nümayəndələri bu gün də Azərbaycanda fəaliyyət göstərir, qadın və azyaşlıları bu işə cəlb edir: "Həmin təriqət üzvlərinə qarşı aparılan mübarizə nəticəsində 16 nəfər terrorçu məhv edilib.