Gündəm
“Kimsə Azərbaycandan mövqe dəyişikliyini və güzəşti gözləməsin”
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıyıb. Bu barədə təşkilatın dekabrın 13-də Türkiyənin İstanbul şəhərində keçirilən növbədənkənar sammitinin nəticələrinə əsasən yayımlanan rəsmi məlumatda bildirilir. Məlumata görə, sənəddə dünya ictimaiyyətinə bu nümunəyə uyğun addımlar atmaq və Şərqi Qüdsü Fələstin dövlətinin işğal olunmuş paytaxtı kimi tanımaq tövsiyə olunub. Sammitdə Azərbaycan prezidenti İlham Əliyev də çəxəş edərək məsləyə münasibətini bildirib: “Amerika Birləşmiş Ştatları prezidentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olan Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı bizdə böyük narahatlıq yaradır. Bu qərar Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli nizama salınması işinə mənfi təsir edə, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər. Hesab edirik ki, Amerika Birləşmiş Ştatları bu qərara yenidən baxmalıdır”.
Putinin illik mətbuat konfransı başladı - CANLI YAYIM
Rusiya Prezidenti Vladimir Putinin ənənəvi illik mətbuat konfransı başlayıb. Kremlin sözçüsü Dmitri Peskov mətbuat konfransında iştirak etmək üçün rekord sayda media nümayəndəsinin qeydiyyatdan keçdiyini deyib.
“Türk Hava Yolları”nın jurnalında Bakı haqqında məqalə dərc edilib
“Türk Hava Yolları” aviaşirkətinin "Skylife" adlı nüfuzlu bort jurnalının dekabr buraxılışında Bakıya həsr olunmuş xüsusi məqalə dərc olunub. “OLAYLAR”-ın xəbərinə görə, məqalənin müəllifi həm ölkənin tarixi və mədəniyyəti haqqında dəyərli məlumatlar verir, həm də Bakının diqqətəlayiq yerləri və milli mətbəxin ləzizyeməkləri barədə təəssüratları ilə bölüşür. Bildirilir ki, «"Qafqazın Dubayı" və “badi kubə” (küləklər şəhəri) kimi tanınan Bakı regionun ən aparıcı vəkosmopolit şəhəridir.
Sosial mənzillər şəhərciyində ticarət mərkəzi tikiləcək
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş investisiya müsabiqəsi nəticəsində Yasamal Yaşayış Kompleksi ərazisində ticarət mərkəzinin tikintisi üçün investisiya qoyuluşunu reallaşdıracaq investor müəyyən olunub.
İşğal altındakı Azərbaycan torpaqlarına gedən əcnəbi turistlərin sayı 40 faiz artıb
Bu il Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz olaraq gedən əcnəbi turistlərin sayı 40 faiz artaraq 20 min nəfər olub. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən millət vəkili Sahib Alıyevin sözlərinə görə, Dağlıq Qarabağdakı qondarma rejim belə bir statistika açıqlayaraq onu da vurğulayır ki, burada Ermənistandan gələn haylar nəzərə alınmır: “Ermənitandan gələn haylar nəzərə alınmaya bilər. Ancaq bu 20 minin əkəsriyyətin hay əsilli olduqları şübhəsizdir.
Mustafa Sandalın həyat yoldaşından ayrılma səbəbi məlum oldu
Məşhur türk müğənnisi Mustafa Sandalın həyat yoldaşı Əminə Sandaldan ayrılma səbəbi məlum olub. Olaylar.az bildirir ki, məşhur cütlüyün ayrılmasına səbəb Əminə Sandalın bədxərc olması olub. Belə ki, Mustafa Sandal 2010 –cu ildə aldıqları lüks villanı hər il həyat yoldaşı tərəfindən tamamilə yenidən dekor edilməsindən usanıb. Bu səbəbdən ailələrində tez – tez problem yaşayan müğənninin 5 ay bundan öncə evini tərk etdiyi bildirilir.
Yunanıstanla turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Yunanıstanın Azərbaycandakı Səfiri Nikolaos Kanellosun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan və Yunanıstan arasındakı ikitərəfli mədəni və turizm əlaqələrindən söhbət açılmış, birgə əməkdaşlığın gələcəkdə də daha fəal istiqamətdə inkişaf etdirilməsi müzakirə olunub.
Hicran Hüseynova: "Ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil"
"Təhlillər göstərir ki, müasir dövrdə ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil". Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin sədri Hicran Hüseynova deyib. O bildirib ki, uşaqsız ailələrdə boşanma halları daha çox baş verir: "Qüsurlu uşaqların doğulması da boşanmalara səbəb olur".
Kəmaləddin Heydərov: "Fövqəladə və bədbəxt hadisələr zamanı 423-ü uşaq olmaqla, 1442 nəfərə yardım göstərilib"
"Bu il yanğın nəzarəti məqsədi ilə sosial, sənaye, nəqliyyat, kənd təsərrüfatı obyektlərində və xidmət sahələrində 38 mindən çox yanğın-texniki müayinə aparılıb". Məlumata görə, bunu bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 12-ci ildönümü münasibətilə dekabrın 14-da keçirilən genişləndirilmiş kollegiya iclasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
Tovuzda itin hücumuna məruz qalan 9 yaşlı uşaq xəstəxanaya yerləşdirilib
Tovuz rayonunda 9 yaşlı uşağı it tutub. Məlumata görə, hadisə rayonun Abulbəyli kəndində baş verib. Kənd sakini, 2008-ci il təvəllüdlü Abdıyev Nural Vüsal oğlu küçədə itin hücumuna məruz qalıb. Uşaq yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Moskvada rekord: təmirsiz mənzil 4,15 milyarda satılır
Rusiyanın paytaxtı Moskva dünyanın ən bahalı şəhərlərindən biridir. Moskvada daşınmaz əmlak da çox bahalıdır. Lakin bu günlərdə satışa çıxarılmış iki mənzilin qiyməti heyrət doğurur. Moskvanın Patriarişe Prudı səmtində, Qranatnaya döngəsinldə inşa edilmiş "Granatny Palace" yaşayış kompleksindəki binalardan birinin 8-ci mərtəbəsində yerləşən mənzil 4,15 milyard rubla (70 milyon dollar) satılır. Mənzil təmirsizdir. Ümumi sahəsi 952 kvadrat metr olan penthaus binanın 8-ci mərtəbəsini bütünlüklə tutub.
Ronaldudan növbəti rekord
"Real"ın futbolçusu Kriştianu Ronaldu növbəti rekorda imza atıb. O, klublararası dünya çempionatı tarixinin ən yaxşı bombardiri olub. Portuqaliyalı hücumçu sözügedən turnirin yarımfinalında dünən keçirilən "Əl-Cazira"ya qarşı matçda fərqlənərək klublararası dünya çempionatında vurduğu qolların sayını 6-ya yüksəldib.
DİN 3 nəfərin öldüyü qəza haqda məlumat yaydı
Daxili İşlər Nazirliyi Goranboy rayonunda baş vermiş qəza ilə bağlı məlumat yayıb. “Olaylar” nazirliyə istinadən xəbər verir ki, dekabrın 13-də saat 7:00 radələrində Goranboy rayonunun Qarqucaq kəndində Bərdə rayon sakini Məhiyəddin Kərəmovun idarə etdiyi “Shacman” və Gəncə şəhər sakini Kamil Qəhrəmanovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.
Qeyri-neft sektoru 2,4 faiz artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 63 071,3 milyon manat və yaxud əhalinin hər nəfərinə 6481,8 manat məbləğində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Ermənistan ABŞ vətəndaşının ölkədə terror aktı planlaşdırdığını açıqlayıb
Ermənistan Milli Təhlükəsizlik Xidməti ABŞ vətəndaşının Ermənistanda terror aktı planlaşdırdığını açıqlayıb. Qurum ölkə ərazisində terror planlaşdıran şəbəkəni aşkara çıxarıb Məlum olub ki, milliyyətcə erməni olan ABŞ vətəndaşı “Facebook”da səhifə açaraq “Ədalət naminə döyüşənlər” adlı qrupun yarandığını və bu qrupun strategiyasını açıqlayıb. Həmin səhifə vasitəsilə Ermənistan hüquq-mühafizə orqanlarına və xüsusi şəxslərə qarşı zorakılıq təbliğ olunub, partlayış törətmə, yandırma kimi addımlara çağırış edilib.














