DİN 3 nəfərin öldüyü qəza haqda məlumat yaydı
Daxili İşlər Nazirliyi Goranboy rayonunda baş vermiş qəza ilə bağlı məlumat yayıb. “Olaylar” nazirliyə istinadən xəbər verir ki, dekabrın 13-də saat 7:00 radələrində Goranboy rayonunun Qarqucaq kəndində Bərdə rayon sakini Məhiyəddin Kərəmovun idarə etdiyi “Shacman” və Gəncə şəhər sakini Kamil Qəhrəmanovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.
14 Dekabr 2017 13:09 SosialDaxili İşlər Nazirliyi Goranboy rayonunda baş vermiş qəza ilə bağlı məlumat yayıb. "Olaylar" nazirliyə istinadən xəbər verir ki, dekabrın 13-də saat 7:00 radələrində Goranboy rayonunun Qarqucaq kəndində Bərdə rayon sakini Məhiyəddin Kərəmovun idarə etdiyi "Shacman" və Gəncə şəhər sakini Kamil Qəhrəmanovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub. Nəticədə K.Qəhrəmanov və sərnişinləri - Tural Əsgərov və qardaşı Elçin hadisə yerində ölüblər. Goranboy RPŞ tərəfindən araşdırma aparılır.