Ronaldudan növbəti rekord
"Real"ın futbolçusu Kriştianu Ronaldu növbəti rekorda imza atıb. O, klublararası dünya çempionatı tarixinin ən yaxşı bombardiri olub. Portuqaliyalı hücumçu sözügedən turnirin yarımfinalında dünən keçirilən "Əl-Cazira"ya qarşı matçda fərqlənərək klublararası dünya çempionatında vurduğu qolların sayını 6-ya yüksəldib.
14 Dekabr 2017 13:11 İdman"Real"ın futbolçusu Kriştianu Ronaldu növbəti rekorda imza atıb. O, klublararası dünya çempionatı tarixinin ən yaxşı bombardiri olub. Portuqaliyalı hücumçu sözügedən turnirin yarımfinalında dünən keçirilən "Əl-Cazira"ya qarşı matçda fərqlənərək klublararası dünya çempionatında vurduğu qolların sayını 6-ya yüksəldib. Bununla da Ronaldu Lionel Messi, Luis Suares, Sesar Delqadonu (5 qol) geridə qoyaraq ən yaxşı bombardir olub.
Qeyd edək ki, "Əl-Cazira" - "Real" matçı Madrid klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qol.az