Yunanıstanla turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Yunanıstanın Azərbaycandakı Səfiri Nikolaos Kanellosun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan və Yunanıstan arasındakı ikitərəfli mədəni və turizm əlaqələrindən söhbət açılmış, birgə əməkdaşlığın gələcəkdə də daha fəal istiqamətdə inkişaf etdirilməsi müzakirə olunub.
14 Dekabr 2017 13:26 SosialMədəniyyət və turizm naziri Əbülfəs Qarayev Yunanıstanın Azərbaycandakı Səfiri Nikolaos Kanellosun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan və Yunanıstan arasındakı ikitərəfli mədəni və turizm əlaqələrindən söhbət açılmış, birgə əməkdaşlığın gələcəkdə də daha fəal istiqamətdə inkişaf etdirilməsi müzakirə olunub.
Nazir Əbülfəs Qarayev iki ölkə arasında bütün sahələrdə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək qeyd edib ki, Azərbaycana Yunanıstandan gələn turistlərinin sayının daha da artırılması üçün qarşılıqlı turizm təqdimatlarının keçirilməsi vacibdir. Səfir Nikolaos Kanellos qeyd olunan əməkdaşlığın inkişafı üçün işlərin həyata keçiriləcəyini deyib. Daha sonra Azərbaycan və Yunanıstan arasında mühüm turizm və mədəniyyət tədbirlərində qarşılıqlı iştirak və birgə layihələrin həyata keçirilməsi qərara alınıb.