Gündəm

Fövqəladə hallar naziri: "Bu il 12371 yanğın qeydə alınıb, 109 nəfər xilas edilib"

14 Dekabr 2017 13:03

"Cari ildə Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilib". Məlumata görə, bunu bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 12-ci ildönümü münasibətilə dekabrın 14-də keçirilən genişləndirilmiş kollegiya iclasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

Nazir: "Bu il suda batmaq təhlükəsi ilə üzləşmiş 296 nəfər xilas edilib, suda batmış 47 nəfərin cəsədi çıxarılıb"

14 Dekabr 2017 13:00

"Müstəqil Azərbaycanın memarı olan Heydər Əliyevin siyasətini uğurla davam etdirən prezidentİlham Əliyevin 2005-ci ildə imzaladığı sərəncamlaFövqəladə Hallar Nazirliyinin yaradılması, bir sıra mühüm mühafizə və xilasetmə qurumlarının onun tərkibinə verilməsi insanların həyatının, xalqın və dövlətin əmlakının baş verə biləcək təbii, texnogen fəlakətlərdən qorunması baxımından mühüm addımlardan oldu".

Təranə Qumraldan efirdə Nazəninə SƏRT İSMARIC: Məni həbs etsələr də...

14 Dekabr 2017 12:57

Bu gün ARB telekanalında "Səhər-Səhər" verilişinin qonağı olan Təranə Qumral-Musa Musayev cütlüyü Nazənin davası ilə bağlı ilginc açıqlama ilə yadda qalıblar. Elgiz Əkbərin "Bu gün burada bəlkə barışasınız?" təklifinə Təranə Qumralın geniş cavabını təqdim edir: "Məhkəmə artıq qərar çıxarıb. Qərar çıxarıb ki, mən ondan üzr istəməliyəm. Təranə də qarşı tərəfdən üzr istəmir.

Vüsal Qasımlı: “Azərbaycanda iqtisadi islahatlar dönməz xarakter alıb”

14 Dekabr 2017 12:54

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Parisdə Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OCED) və SİGMA-nın birgə təşkilatçılığı ilə keçirilən “Vətəndaşlar və biznes üçün daha yaxşı dövlət idarəçiliyi” adlı nazirlər konfransında iştirak edib.

Xeyli sayda partlayıcı oyuncaq müsadirə edilib

14 Dekabr 2017 12:52

“Sədərək” ticarət mərkəzində yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotekniki məmulatlar aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 13-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində Masallı rayon sakinləri Zöhrab Mirzəyev və Raqif Mirzəyevdən ümumilikdə 68300 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotekniki məmulatlar aşkar edilərək götürülüb.

Körpüdən özünü Kürə atmaq cəhdinin qarşısı alınıb

14 Dekabr 2017 12:49

Kür çayının üzərindəki körpüdən özünü atmağa cəhd göstərmiş Mingəçevir şəhər sakini olan qadının cəhdinin qarşısı alınıb.

ABŞ-dan gözlənilməz İsrail QƏRARI

14 Dekabr 2017 12:33

ABŞ-ın vitse-prezidenti Maykl Pensin İsrailə planlaşdırılan səfəri qeyri-müəyyən müddətə təxirə salınıb. Bu haqda İsrail mediası yazıb. Səfərin ABŞ Konqresində vergi islahatı ilə bağlı müzakirələrlə əlaqədar təxirə salındığı bildirilir. Daha əvvəl isə Fələstin lideri Mahmud Abbas Maykl Penslə görüşməyəcəyini açıqlayıb. 

Müharibə zonalarında qalan 20-yə yaxın azərbaycanlı uşaqdan XƏBƏR VAR

14 Dekabr 2017 12:31

"Müharibə zonalarında qalan azərbaycanlı uşaqların vətənə qaytarılması üçün Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə aidiyyəti qurumlarla işlər görülür. Artıq 20-yə yaxın azərbaycanlı uşaq düşərgələrdə müəyyənləşib və onların Azərbaycana gətirilməsi istiqamətində işlərə başlanılıb".

Ölüm təhlükəsi ilə üzləşən əməkdar artist tanınmayacaq dərəcədə dəyişdi

14 Dekabr 2017 12:30

Əməkdar artist Kəmalə Rəhimli bu gün ARB telekanalında "Səhər-Səhər" verilişinin qonağı olub. Xanım müğənninin xeyli çəki atması diqqətdən yayınmayıb.

Aktirsa tərəf-müqabilinə görə sevgilisindən ayrıldı

14 Dekabr 2017 12:28

İş adamı sevgilisi Efe Durudan ani bir qərarla ayrılan aktrisa Gökçe Bahadırın tərəf-müqabili Mert Fıratla eşq yaşadığı deyilir. Aktrisa ilə sevgilisinin ayrılmasına səbəb kimi elə Mert göstərilir. Tanınmışların birlikdə çəkildiyi "Ufak tefek cinayetler" serialında olduğu kimi, real həyatda da gizli eşq yaşadıqları idida edilib. 

Azərbaycan Prezidentinin İƏT-in zirvə görüşündəki çıxışı Türkiyə mediasında geniş işıqlandırılıb 

14 Dekabr 2017 12:26

Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə dekabrın 13-də Qüds məsələsinə dair keçirilmiş fövqəladə Zirvə toplantısında iştirakı Türkiyə KİV-lərinin diqqət mərkəzində olub.

Müsavat başqanının müavini istefa verdi

14 Dekabr 2017 12:23

Müsavat Partiyasının başqan müavini Elman Fəttah vəzifəsindən istefa verib. E. Fəttah açıqlamasında bu barədə yayılan xəbərləri təsdiqləyib. O bildirib ki, istefasına partiyanın idarəçiliyində yaranan fikir ayrılıqları səbəb olub. 

Məşhur teleaparıcı tələbələrlə  görüşdü

14 Dekabr 2017 12:22

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi, "BİR" tələbə-könüllülərinin təşəbbüsü ilə hər zaman fərqli yanaşması ilə televiziya məkanında seçilən pozitiv tele-aparıcı Hüsniyə Məhərrəmovanın tələbələr ilə görüşü keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Universitetin rektoru professor Fərəh Əliyeva qonağı salamlayaraq, onun televiziyaya gəldiyi ilk günləri xatırladıb, bu günə qədər maneələr və çətinliklərə baxmayaraq əzmkarlıq ilə nail olduğu uğurlarını tələbələrə nümunə göstərib.

Məşhur aktrisa cinsi zorakılığa məruz qaldığını etiraf etdi

14 Dekabr 2017 12:20

Adı təcavüzdə hallanan məşhur prodüsser Harvey Vaynştayni ittaham edən qadınlar sırasına daha bir məşhur sima əlavə olunub. Olaylar.az bildirir ki, "New York Times"  qəzetinə açıqlama verən 52 yaşlı aktrisa Vaynştayn üçün "o bir canavardır"- ifadəsini işlədib. Salma Hayek “Frida” filminin çəkilişləri zamanı prodüsserin hansı seksual xarakterli təkliflərinə yox dediyini açıqlayıb.

Azərbaycan media təmsilçiləri İstanbul şəhərinə səfər proqramı başlayıb

14 Dekabr 2017 12:20

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə respublikanın aparıcı KİV təmsilçilərindən ibarət 14 nəfərlik nümayəndə heyətinin Türkiyənin İstanbul şəhərinə səfəri başlayıb. Nümayəndə heyətinin Türkiyənin informasiya məsələlərinə məsul qurumlarında, aparıcı KİV-lərin redaksiyalarında, o cümlədən, müxtəlif iqtisadi, mədəni yönümlü təşkilatlarda görüşləri nəzərdə tutulub.