Gündəm

Xam pambığın alış qiyməti artırılacaq

14 Dekabr 2017 12:19

2018-ci ildə təhvil veriləcək xam pambığın alış qiymətləri artırılacaq. Bu barədə məlumat Kənd Təsərrüfatı Nazirliyindən verilib. Məlumatda bildirilir ki, pambıqçılıq məhsullarına tələbatın ödənilməsi, ixracının artırılması, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün dövlət dəstəyinin gücləndirilməsi və bu sahənin inkişafının sürətləndirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2017-ci il 13 iyul tarixli 3082 №-li sərəncamı ilə “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Mülki aviasiyanın uçuş aparatları vergidən azad olunur

14 Dekabr 2017 12:18

Azərbaycana mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğuları vergidən azad olunur. Məlumata görə, bununla bağlı Vergi Məcələsində dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Əmək Nazirliyində görüş

14 Dekabr 2017 12:13

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin direktoru xanım Olqa Kulayeva ilə görüş olub. Görüşdə BƏT-in Baş direktorunun Ofisinin əməkdaşı Frans Oye də iştirak edib.

Milli Məclis dekabrın 15-də yığışacaq

14 Dekabr 2017 12:11

Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasının gündəliyində dəyişiklik edilib. Məlumata görə, iclasın gündəliyinə daha bir məsələ əlavə edilib. Bu, Vergi Məcəlləsinə dəyişiklikdir. Beləliklə, plenar iclasda baxılacaq məsələlərin sayı 39-a çatıb. Qeyd edək ki, Milli Məclisin dekabrın 15-də keçiriləcək iclasının gündəliyinə 38 məsələ daxil edilmişdi.

DİM o şəxslərə XƏBƏRDARLIQ ETDİ

14 Dekabr 2017 12:07

Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 17-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirəcək.

Azərbaycanın hərbi qulluqçusu şəhid olub

14 Dekabr 2017 12:04

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu  Salahov Fizuli Süleyman oğlu şəhid olub. 

Terrorçu Polis Akademiyasında özünü partlatdı

14 Dekabr 2017 12:02

İntiharçı-terrorçu Somali paytaxtı Moqadişoda Polis Akademiyasına hücum edib. Hücum nəticəsində azı 3 nəfərin həlak olduğu bildirilir. Məlumata görə, intiharçı-terrorçu təhsil müəssisəsinə daxil olaraq partlayıçı qurğunu işə salıb. Ölkə ərazisində mövcud olan terror qruplaşmalarından hələ heç biri insidentlə bağlı məsuliyyəti öz üzərinə götürməyib. Hadisə ilə bağlı araşdırmalar başlayıb. 

Netanyahudan İstanbul zirvəsinin qərarı barədə açıqlama

14 Dekabr 2017 11:54

İsrailin baş naziri Benyamin Netanyahu İstanbulda keçirilən İƏT zirvə toplantısında Qüdslə bağlı qəbul edilən qərarla əlaqəli açıqlama verib. Netanyahu "bu qərarın bizə aidiyyatı yoxdur, bir çox ölkə səfirliyini Qüdsə köçürəcək"-deyib. Netanyahu qeyd edib ki, nəticədə həqiqət qalib gələcək və bir çox ölkə İsraildəki səfirliyini Qüdsə köçürəcək. Bununla da bu ölkələr Qüdsü İsrailin paytaxtı kimi tanıyacaqlar.

Aktrisa Alişana sevgisini elan etdi

14 Dekabr 2017 11:47

Bir müddətdir eşq yaşadıqları deyilən müğənni Alişanla aktrisa Buse Varol sevgili olduqlarını sosial şəbəkədə elan ediblər. Şəklini İnstaqram hesabında yerləşdirən Buse "Külək əsdi üstümə, səni vurdu üzümə" mahnı sözlərini paylaşıb. Alişan isə aktrisanın bu paylaşımına "ürək" işarəsi ilə qarşılıq verib.

Ukraynaya yeni genişmiqyaslı hücum hazırlanır - ABŞ şirkətindən XƏBƏRDARLIQ

14 Dekabr 2017 11:44

Ukraynanın energetika şirkətlərinə yeni kiberhücumlar hazırlanır. Bu haqda “Dragos” şirkətinin rəhbəri Robert Liyə istinadən ABŞ-ın “The Atlantic” nəşri yazıb. Daha əvvəlki iki kibethücumla bağlı tədqiqat aparan şirkət rəhbərinin sözlərinə görə, son həftələrdə yüksək fəallıq müşahidə olunur. “Bizim qiymətləndirmələrimizə görə, kiberhücumun bu ay həyata keçirilməsi tamamilə məntiqli olardı”, o xəbərdarlıq edib.

Qızlar yolda qalan oğlanı maşına "atıb", təcavüz etdilər

14 Dekabr 2017 11:42

Cənubi Afrikada qəribə hadisə baş verib.  25 yaşlı oğlan iki qadının təcavüzünə məruz qalıb.Cənubi Afrikanın Limpopo vilayətində yol kənarında dayanıb avtomobil gözləyən 25  yaşlı oğlan onu avtomobilinə mindirən iki qızın təcavüzünə məruz qalıb.

Azərbaycanda məmur həbs edildi

14 Dekabr 2017 11:41

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları Binəqədi rayonu İH-nin sabiq baş mühasibi Kəklik Əsədovanı həbs ediblər. Məlumata görə,  Əsədovaya qarşı bir müddət əvvəl rayon polis idarəsinin İstintaq Şöbəsində cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlayıb. Şikayətçilər isə əsasən ibtidai sinif müəllimləri olub. Qadın müəyyən məbləğ müqabilində ibtidai sinif müəllimlərinə ünvanlı sosial yardım vəd edib, onlar isə qanunsuz gəlir üçün borc götürüblər. K.Əsədova öz qurbanlarını əmin edib ki, arzu edənlər üçün ünvanlı sosial yardım təşkil edə bilər. Belə yardımı almaq istəyənlər isə dərhal tapılıb.

Daxili orqanında üç bağlama tiryək aşkar edildi

14 Dekabr 2017 11:39

Gömrükdə İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanında üç bağlama tiryək aşkar edilib. Dövlət Gömrük Komitəsindən “Olaylar” verilən məlumata görə, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.

Ölkəyə külli miqdarda zinət əşyalarının gətirilməsinin qarşısı alınıb

14 Dekabr 2017 11:38

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət sərhədini pozan 503 nəfər saxlanıb

14 Dekabr 2017 11:37

Dövlət sərhədini pozduqlarına görə 503 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 12 min 241 nəfər, axtarışda olan 4686 nəfər saxlanılıb. Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən “Olaylar”a verilən məlumata görə, bu barədə DSX-inin 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.