Mülki aviasiyanın uçuş aparatları vergidən azad olunur

Azərbaycana mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğuları vergidən azad olunur. Məlumata görə, bununla bağlı Vergi Məcələsində dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Azərbaycana mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğuları vergidən azad olunur. Məlumata görə, bununla bağlı Vergi Məcələsində dəyişikliklərin edilməsi nəzərdə tutulur. Belə ki, məcəllənin 164-cü (Vergi ödəməkdən azad edilmə) maddəsinə yeni bənd-164.1.38-ci bəndi əlavə edilir. Sözgüedən bənd mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğularının vergidən azad olunmasını nəzərdə tutur. Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31