Kitabxanaçılar üçün təlim keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin kitabxanaçıları üçün təlimlərə start verilib.  “OLAYLAR”-a daxil olan məlumata görə, BŞTİ və Respublika Elmi Pedaqoji Kitabxanasının (REPK) birgə əməkdaşlığı çərçivəsində təşkil olunan təlimlərin əsas məqsədi iştirakçılara kitabxana işinin düzgün təşkilinə kömək göstərmək, onları müasir texnologiyalarla tanış etməkdən ibarətdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin kitabxanaçıları üçün təlimlərə start verilib.  "OLAYLAR"-a daxil olan məlumata görə, BŞTİ və Respublika Elmi Pedaqoji Kitabxanasının (REPK) birgə əməkdaşlığı çərçivəsində təşkil olunan təlimlərin əsas məqsədi iştirakçılara kitabxana işinin düzgün təşkilinə kömək göstərmək, onları müasir texnologiyalarla tanış etməkdən ibarətdir. Təlimlərdə iştirakçılara kitabxana işinin təşkili, idarəolunması, İKT-dən istifadə üsulları və proqram təminatı barədə məlumat verilir, müzakirələr aparılır. Təlimlərin sonunda kitabxanaçıların yekun qiymətləndirilməsi həyata keçirilir. Həmçinin, onların REPK-ya ekskursiyası təşkil edilir.

Təlimlər çərçivəsində məktəb kitabxanalarına kitablar hədiyyə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31