Bakıda Gənclər Təşkilatlarının III Milli Konqresi keçiriləcək
Dekabrın 19-da 200-dək gənclər təşkilatlarının rəhbərlərinin, dövlət rəsmilərinin və mətbuat nümayəndələrinin iştirakı ilə Bakıda Gənclər Təşkilatlarının III Milli Konqresi baş tutacaq. “OLAYLAR”-ın xəbərinə görə, konqres Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçiriləcək.
14 Dekabr 2017 15:07 SosialDekabrın 19-da 200-dək gənclər təşkilatlarının rəhbərlərinin, dövlət rəsmilərinin və mətbuat nümayəndələrinin iştirakı ilə Bakıda Gənclər Təşkilatlarının III Milli Konqresi baş tutacaq. "OLAYLAR"-ın xəbərinə görə, konqres Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçiriləcək. Konqresin keçirilməsinin əsas məqsədi ölkədəki bütün gənclər təşkilatlarını bir araya gətirərək onları birləşdirmək və həyata keçirilən gənclər siyasəti, habelə gənclər təşkilatlarının potensialının gücləndirilməsi və idarəetmənin effektiv mexanizmlərin yaradılması haqqında müzakirələr aparmaq, prioritet istiqamətlər və vəzifələr barədə qərarlar qəbul etmək, ümumilikdə isə gəncliyin inkişafına töhfə verməkdən ibarətdir.
Xatırladaq ki, Gənclər Təşkilatlarının Milli Konqresi ilk dəfə 2013-cü ildə keçirilib.