“Prezidentin verdiyi bəyanat çox güclü idi”

“Qüds məsələsi ilə bağlı İslam ölkələrinin liderlərinin İstanbul konfransını keçirməsi çox məntiqə uyğun idi .Çünki İslam dünyası ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına sərt reaksiya verməyə bilməzdi”.  Bu fikirləri politoloq Fikrət Sadıqov deyib.  O qeyd edib ki, Azərbaycan prezidentinin də konfransa qatılması bizim islam aləmi ilə əməkdaşlığımızın formatına uyğun addım idi.

"Qüds məsələsi ilə bağlı İslam ölkələrinin liderlərinin İstanbul konfransını keçirməsi çox məntiqə uyğun idi .Çünki İslam dünyası ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına sərt reaksiya verməyə bilməzdi".  Bu fikirləri politoloq Fikrət Sadıqov deyib.  O qeyd edib ki, Azərbaycan prezidentinin də konfransa qatılması bizim islam aləmi ilə əməkdaşlığımızın formatına uyğun addım idi.

Politoloq vurğulayıb ki, Prezident birmənalı şəkildə Trampın bəyanatını pislədi: "Prezident qeyd etdi ki, bu bəyanata yenidən baxılmalıdır. ABŞ əgər İsrail-Fələstin münaqişəsi ilə bağlı danışıqlarda vasitəçidirsə, bu bəyanatla vasitəçilik funksiyasını itirir".  
F. Sadıqov deyib ki, dövlət başçısı çıxışında Dağlıq Qarabağ probleminə də toxundu və islam dünyasının həmrəy olması ilə bağlı çağırışlar etdi: "Prezident bəyan etdi ki, məscidləri dağıdan Ermənistanla islam dövlətlərinin münasibəti olmamalıdır. Bu çox güclü bəyanat idi. Düşünürəm ki, bunu  islam aləmində eşitdilər və  çox istərdim ki, həmin dövlətlər bundan nəticə çıxarsınlar".  Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31