Ölkədə fikir, söz, ifadə və məlumat azadlığı ən yüksək səviyyədə təmin edilib

Azərbaycanda fikir, söz, məlumat, ifadə azadlığının, plüralizmin təmin edilmıəsi istiqamətində görülən işlər, bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərlə bağlı Beyləqan Gənclərin Maarifləndirmə İctimai Birliyinin üzvü Fəzail Quliyevin “OLAYLAR”-a müsahibəsi.

Azərbaycanda fikir, söz, məlumat, ifadə azadlığının, plüralizmin təmin edilmıəsi istiqamətində görülən işlər, bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərlə bağlı Beyləqan Gənclərin Maarifləndirmə İctimai Birliyinin üzvü Fəzail Quliyevin "OLAYLAR"-a müsahibəsi.

-Fəzail bəy, günümüzdə Azərbaycanda medianın, kütləvi informasiya vasitələrinin durumu hansı səviyyədədir? Media, mətbu orqanlar azad və müstəqil şəkildə fəaliyyət göstərə bilirlərmi?

-Bu suala cavab vermək üçün əvvəlcə gərək ölkədə bu sahədə mövcud olan mənzərəyə, şəraitə, yaradılan imkanlara diqqət edəsən. Eyni zamanda mətbuatımızın keçdiyi yola qısaca da olsa nəzər yetirəsən. Əvvəla başlayaq elə ikinci məsələdən. Mətbuatın keçidyi yola nəzər salmaqdan. Hər kəsə bəllidir ki, Azərbaycanda milli mətbuatın əsası Hədən bəy Zədabinin əsasını qoyduğu və təsisçilik, redaktorluq etdiyi "Əkinçi" qəzeti ilə qoyulub. Məhz "Əkinçi" qəzeti Azərbaycanda ilk dəfə müstəqil şəkildə çap olunan media qurumu olub. Sonrakı proseslər tarixdən hər kəsə bəlli olduğu üçün onları bir-bir sadalayıb vaxt almaq istəməzdim. Çünki tarixin müxtəlif dövrlərində mətbuatımızın, mediamızın hansı çətinliklər, basqılar, təzyiqlərlə üzləşdlyi əksəriyyətə bəllidir. Ona görə də birbaşa müasir dövrümüzdə, günümüzdə mətbuatımızın durumu, fəaliyyət istiqamətləri, ona yaradılan şəraitlə əlaqədar fikirlərimi bölüşmək istəyirdim. Düzdür, tariximizi bilmək, xüsusilə də onun mətbuat tarixinə dərindən bələd olmaq, öyrənmək hər bir kütləvi informasiya vasitəsi təmsilçisinin borcudur, üzərinə düşən vəzifədir. Əgər hansısa bir mətbuat, media nümayəndəsi mətbuat tariximizi bilmirsə, ondan məlumatlı deyilsə, o halda həmin şəxsin jurnalistikadan, mediadan, mətbuatdan danışmağa haqqı yoxdur. Təəssüf və təəccüb hissi ilə qeyd etmək istərdim ki, günümüzdə bu cür media nümayəndələri, kütləvi informasiya vasitələri nümayəndələri var. Məsələnin mahiyyətindən uzaqlaşmadan günümüzdə kütləvi informasiya vasitələrinin durumu, onların hansı şəraitdə fəaliyyət göstərmələri və müstəqil medianın inkişafına verdiyi töhfələrə diqqət çəkək. Məlumdur ki, Azərbaycanda medianın, kütləvi informasiya vasitələrinin sürətli inkişaf dövrü müstəqillik illərindən sonra başladı. Azərbaycanın XX əsrin 90-cı illərində özünü müstəqil elan etməsi və keçmiş SSRİ-nin tərkibindən ayrılması hər bir sahədə olduğu kimi media sahəsində də islahatları, yeni yanaşmanı tələb edirdi. Çünki artıq Azərbaycan müstəqil bir dövlət, respublika idi. Müstəqil dövlətin, respublikanın isəöz qanunları, xüsusisyyətləri olmalı idi. Yəni müstəqilllik təkcə sözdə deyil, əməldə də özünü ehtiva etməli, göstərməli idi. Müstəqil xarici siyasət kursun olmalı, azad bazar iqtisadiyyatın formalaşmalı, müstəqil, azad medianın yaradılmalı, fəaliyyət göstərməli idi. Eyni zamanda ölkədə fikir, söz, məlumat, ifadə azadlığı, plüralizm təmin edilməli idi. Təbii ki, bütün bu qeyd edilən addımları müstəqilliyin ilk günləri, illərindən atmaq o qədər də asan deyildi və bu müəyyən zaman tələb edirdi. Eyni zamanda bu prinsipial addımları atmaq, onları reallaşdırmaq üçün güclü siyasi hakimiyyət, siyasi iradə və bacarıq olmalı idi. Ən əsası hökuməti idarə edən hakimiyyət də buna maraqlı olmalı idi. Düzdür, müstəqilliyin ilk illərində qeyd etdiyimiz istiqamətdə məqsədyönlü addımlar atmaq, islahatlar həyata keçirmək bir qədər çətin olsa da, lakin bir qədər sonra buna nail olundu və hər bir sahədə olduğu kimi media, kütləvi informasiya vasitələri ilə iş sahəsində də müsbət dinamika müşahidə edilməyə başladı. Təbii ki, bütün bunlar ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra baş verdi. Elə bu gün Azərbaycanda kütləvi informasiya vasitələri, qəzet və jurnalların, elektron medianın sərbəst, azad, heç bir təzyiq və basqı olmadan fəaliyyət göstərməsi də məhz ümummilli lider Heydər Əliyevin zamanında bu işin təməlini düzgün qoyması ilə bağlıdır.

-Ümummilli lider Heydər Əliyevin Azərbaycan mediası qarşısında, kütləvi informasiya vasitələrinin azad, sərbəst şəkildə, müstəqil formada fəaliyyət göstərməsi istiqamətindəki fəaliyyəti nədən ibarət olub?

-Ümummilli lider Heydər Əliyevin Azərbaycan mediası, kütləvi informasuya vasitələrinin inkişafı, bu günkü günümüzə gəlib çıxması, azad və müstəqil şəkildə fəaliyyət göstərməsi üçün göstərdiyi xidmətləri, gördüyü işləri sadalamaq üçün gərək saatlarla, günlərlə danışasan. Bu işlər, ölkədə azad və müstəqil medianın formalaşması, fikir, söz, məlumat və ifadə azadlığının təmin edilmısi məqsədilə Heydər Əliyev tərəfindən atılan addımlar, görülən işləri bir müsahibəyə sığdırmaq çətindir. Çünki ümummilli liderin bu sahədə fəaliyyəti, gördüyü işlər çoxşaxəlidir. Amma bunların ikisini xüsusi qeyd etmək lazımdır. Birincisi, sovetlərin zamanından Azərbaycana miras qalan senzuranən ləğvi, ikincisi isə kütləvi informasiya vasitələrinin, qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının dondurulması. Hər ikisi yenicə müstəqillik əldə etmiş Azərbaycan Respublikasının azad və müstəqil mediasının formalaşdırılması, ölkədə fikir, söz, ifadə və məlumat azadlığının təmin edilməsi sahəsində atılan mühüm addımlardan idi. Və məhz qeyd edilən tədbirlərin həyata keçirilməsindən sonra Azərbaycanda müstəqil media formalaşmağa başladı, ölkədə fikir, söz, ifadə və məlumat azadlığı inkişaf etdi.

-Bəs günümüzdə fikir, söz, ifadə və məlumat azadlığının təmin edilməsinə nə dərəcədə önəm verilir?

-Hazırda da Azərbaycanda fikir, söz, ifadə və məlumat azadlığı təmin olunmuş vəziyyətdədir. Bunu şərtləndirən başlıca amil isə bu istiqamətdə görülən işlər, atılan addımların təməlinin sağlam olmasıdır. Yəni, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan bu işlər, tədbirlər Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi üçün mediamız, kütləvi informasiya vasitələrimiz formalaşır, inkişaf edir, cəmiyyətdə mühüm mövqe tutur. Bu gün Azərbaycanda medianın, mətbuatın azad, sərbəst, müstəqil şəkildə fəaliyyət göstərməsi üçün hər bir şərait yaradılıb. Ölkədə fikir, söz, ifadə və məlumat azadlığı ən yüksək səviyyədə təmin edilib, bunun  üçün istənilən şərait yaradılıb.

-Qeyd edirsiniz ki, ölkədə fikir, söz, məlumat və ifadə azadlığı ən yüksək səviyyədə təmin edilib. Bu təminatı konkret hansı faktlarla, nümunələrlə göstərmək olar?

-Faktlar kifayət qədərdir və sadalamaqla bitməz. Amma bir neçəsini diqqətinizə çatdırmaq istərdim. Bu gün ölkədə nə qədər media qurumu, kütləvi informasiya vasitəsi, qəzetlər fəaliyyət göstərir? Təbii ki, cavab o olacaq ki. yüzlərlə. O halda bir ölkədə, xüsusilə nisbətən kiçik bir dövlətdə yüzlərlə kütləvi informasiya vasitəsinin fəaliyyət göstərməsi həmin ölkədə, respublikada fikir, söz, ifadə və məlumat azadlığının təmin edilməsi deyilmi? Yaxud elə o sayda da elektron media, informasiya agentlikləri, saytlar fəaliyyət göstərir. Bunun özü də fikir, söz, ifadə və məlumat azadlığının göstəricisi deyilmi? Başqa bir misal ölkə əhalisinin 80 faizə yaxının internetə çıxış imkanı var. Yəni bu göstərici paytaxtla yanaşı, regionları, bölgələri də özündə ehtiva edir. Və hər bir internet istifadəçisi olan vətəndaşımız da öz növbəsində həmin imkanlardan, vasitələrdən yararlanaraq sosial mediada özünün müstəqil fikrini, hər hansı bir məsələyə yanaşmasını, mövqeyini ortaya qoyur. Bu yanaşma, mövqe tərif xarakterli də olur, tənqid xarakterli də. Hətta bir çoxları bir qədər irəli gedərək və heç bir insanlıq, vətəndaşlıq mövqeyinə sığmayan hərəkətlərə yol verərək sosial şəbəkələr vasitəsilə mərkəzi idarəetmə orqanlarını təhqir belə etməkdən çəkinmirlər. Ammü bütün bunlara dözümlü yanaşılır, münasibət bəslənilir. Bunun özü də elə Azərbaycanda fikir, söz, ifadə və məlumat azadlığına verilən dəyər, qiyməti ortaya qoyur. Yəni, hakimiyyət təhqir edilsə belə, fikir, söz, ifadə və məlumat azadlığını məhdudlaşdırmır, ona maneə yaratmır. Çünki həmin təhqiri ifadə edənlər olduqca məhdud sayda insanlardır. Qaragürühçü, radikaldırlar. Onların nə özlərinin, nə də yazdıqları fikirlərin cəmiyyətdə heç bir dayağı, dəstəyi yoxdur. 

-Bəs digər ölkələrlə müqayisədə Azərbaycanda bu sahədə vəziyyət necədir?

-Hər şey göz qabağındadır. Bu gün Azərbaycanda mövcud olan fikir, söz, ifadə və məlumat azadlığı əksər ölkələrə, dünya dövlətlərinə, hətta ayrı-ayrı ölkələrə demokratiya dərsi keçmək istəyən ölkələrə belə nümunə olacaq tərzdədir. Bunu təkcə biz yox, eləcə də Azərbaycan səfərdə olan xarici ölkə vətəndaşları, beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və hökumət rəsmiləri açıq şəkildə etiraf edirlər.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31