Gündəm
Türkiyə XİN: "Ermənistan Xocalıda törədilmiş cinayətlərə görə cavab verməlidir"
"Ermənistan Xocalıda törədilmiş cinayətlərə görə cavab verməlidir". Bunu Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin Ermənistan-Türkiyə protokolları ilə bağlı bəyanatına cavab olaraq bildirib.
BQXK Dağlıq Qarabağda saxlanılan 3 azərbaycanlıya baş çəkib
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə növbəti dəfə baş çəkiblər. Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. Qurum rəsmisi bildirib ki, başçəkmə dekabr ayında olub: “Başçəkmə zamanı saxlanılan şəxslərin saxlanma şəraiti və onlarla rəftarla bağlı monitorinq keçirilib”.
Azərbaycan - Türkiyə biznes forumu keçirilib
Dekabrın 14-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə biznes forumu keçirilib.
Fədayə Laçın apellyasiya şikayəti verdi
Həbsdə olan müğənni Fədayə Laçın Nəsimi rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Bu barədə F.Laçının vəkili Türkel Süleymanlı deyib. T.Süleymanlı qeyd edib ki, şikayətdə Nəsimi rayon Məhkəməsinin qərarının ləğv edilməsi və Fədayə Laçının istintaq dövründə ev dustaqlığına buraxılması göstərilib: "Hələlik Nəsimi rayon Məhəkəməsinin qərarını almamışam. Amma artıq apellyasiya şikayətini vermişəm. Qərarı alandan sonra da şikayəti genişləndirəcəyəm”. Vəkil şikayətin məhkəməyə təqdim edildiyini qeyd edib.
Bakıda Şaxta baba olmaq üçün qiymət açıqlandı
Bakıda Yeni il ərəfəsində Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün ödəniləcək rüsum məlum olub. Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov özəl olaraq bildirib ki, paytaxtda Şaxta baba və Qar qız kimi fəaliyyət göstərən cütlüklər bunun üçün 60 manat rüsum ödəməlidirlər.
MTN generallarının məhkəməsində bir nəfər zərərçəkmiş şəxs kimi tanınıb
Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
SOS! Arktikada buz son 1500 il ərzində İLK DƏFƏ daha sürətlə əriyir
Qlobal istiləşmə ilə əlaqədar Arktikada buz son 1500 il ərzində olduğundan daha sürətlə əriyir. Məlumata görə, bu barədə ABŞ-ın Okeanların və atmosferin tədqiqatı Milli İdarəsinin hesabatında deyilir.
Azərbaycan saxta sənədlə mühacirətə gedən Rauf Hüseynovu beynəlxalq axtarışa verdi
Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində ayrı-ayrı Azərbaycan Respublikası vətəndaşlarının ölkə ərazisini tərk edərək xarici dövlətlərdə “siyasi sığınacaq” adı altında “oturum icazəsi” almaq məqsədilə guya Azərbaycanda hüquqlarının pozulması, siyasi baxışlarına, sosial mənsubiyyətlərinə görə təqib olunmaları haqqında hüquq verən rəsmi sənədlərin istifadə məqsədilə saxtalaşdırılması, qanunsuz miqrasiyanın təşkili və sair faktlar üzrə başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Tahir Əkbərin səhhətindən XƏBƏR VAR
Əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbərin səhhəti yaxşılığa doğru dəyişib. Bu barədə açıqlamasında bəstəkarın həyat yoldaşı Aybəniz Əkbərova məlumat verib. Onun sözlərinə görə, Tahir Əkbər hazırda həkim nəzarətindədir, müalicəsi davam edir: "Həkimlər bizi inandırır ki, get-gedə hər şey qaydasına düşür.
İraqda 38 nəfər EDAM edildi
İraqda ölüm hökmünə məhkum edilmiş 38 nəfər edam edilib. Həmin şəxslər terrorçuluqda ittiham olunublar. Bildirilir ki, edam cəzaları məhkəmə hökmü təsdiq olunduqdan və rəsmi Bağdadın icazəsindən sonra icra edilib. Həmin şəxslərin İŞİD terror təşkilatı ilə əlaqələri olduğu barədə məlumat verilib.
Məleykə Abbaszadə: "9-cu sinfi bitirənlərin 30 faizi 10-cu sinfə keçmir"
"9-cu sinfin buraxılış imtahanlarından sonra təxminən 30% şagird tədris prosesindən ayrılıb, 10-cu sinfə keçmir". Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Sumqayıtda təhsil işçiləri, müəllim və valideynlərlə yeni qəbul qaydaları ilə bağlı görüşdə deyib.
“Məni də apar özünlə evimizə..."
Bağdad-Bakı təyyarə reysində olarkən belə, səsləri qulaqlarımdan, mərhəmət gözləyən simaları gözlərimin önündən getmədi. Bakıya çatdım... Ürəyim kədər yüküylə dolu... yenə də o uşaqları, onların imdad diləyən kədər dolu baxışlarını unuda bilmədim…
Çində kömür mədənində qəza - 5 ölü
Çinin cənub-qərbindəki Quyçjou əyalətində kömür mədənində baş vermiş qəza nəticəsində 5 nəfər həlak olub, 20 nəfər isə xəsarət alıb. Qəzaya mədəndə qazın alışması səbəb olub. Xilasetmə işlərinə 500-dən çox şəxs cəlb edilib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Sahibkarlar üçün gömrük və maliyyə sahələri üzrə treninq keçirilib
Dekabrın 14-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə kiçik və orta sahibkarların gömrük və maliyyə sahələrində bilik və bacarıqlarının artırılmasına dair tədbir keçirilib. İqtisadiyyat Nazirliyimdən “Olaylar”a verilən məlumata görə, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin “KOS subyektlərinin maliyyə savadlılığının artırılması”, “KOS subyektlərinin beynəlxalq ticarət əməliyyatlarının müvafiq maliyyə xidmətləri ilə təmin edilməsi” və “KOS subyektləri üçün “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi” yarımbəndlərində müəyyən edilmiş tədbirlərin icrasını təmin etmək məqsədi ilə keçirilən tədbirin məqsədi KOS-ların gömrük və maliyyə sahələrində bilik və bacarıqlarının artırılması, bu sahələr üzrə yeni məlumatların verilməsidir.
Azərbaycana gələn turistlər 3 saata elektron viza alacaqlar
Azərbaycana gələn turistlər 3 saat ərzində elektron viza ala biləcəklər. “Olaylar”ın məlumatına görə, bununla bağlı “Turizm haqqında” qanuna dəyişiklik edilir. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bildirilib ki, təklif edilən layihəyə görə, elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən geci 3 saat müddətinə müraciətə baxılacaq.














