Gündəm

Ayaqlarda qıcolmaların səbəbləri

14 Dekabr 2017 19:05

İnsanların əksər hissəsi ayaqlarda qıcolmalarla rastlaşır. Bir çox hallarda qıcolma gecə yuxu zamanı inkişaf edir. İnsan kəskin ağrıdan oyanır. Əksər hallarda qıcolmalar baldırlarda, bəzən pəncələrdə və ayaq barmaqlarında olur. Əgər belə qıcolamalar tez-tez təkrarlanırsa, həkimlə məsləhətləşin. Ayaqlarda qıcolmalar bəzi ciddi pozulmaların əlaməti ola bilər.

“Adların melodiyası” - Adınızdakı gizli xarakterinizi öyrənmək üçün OXUYUN

14 Dekabr 2017 19:00

Adların insan həyatına təsirini və hərflərin sirlərini ilk dəfə yəhudilər təhlil və analiz edib. Bununla bağlı bir sıra dövlətlərin müxtəlif araşdırmaları mövcuddur. Adların və adlardakı hərflərin insan həyatına təsirini zamanla ərəblər də təsdiqləyib. Qədim Misirdən Roma İmperatorluğuna qədər bütün millətlər bu elmlə yaxından maraqlanır. Hətta qədim romalılar “nomen est omen”, yəni “adımız taleyimizdir” deyəcək qədər güclü bir inanca sahib idilər.

“Dağlıq Qarabağ münaqişəsinin hüquqi-diplomatik aspektləri” mövzusunda tədbir

14 Dekabr 2017 18:58

Dekabrın 14-də Azərbaycan Dillər Universitetində Regionşünaslıq kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə Auditoriya+ layihəsi çərçivəsində “Dağlıq Qarabağ münaqişəsinin hüquqi-diplomatik aspektləri” mövzusunda tədbir keçirilib. Açılış nitqi ilə çıxış edən Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva tədbirin əhəmiyyətli bir mövzuya həsr edildiyini qeyd edib və çıxış üçün sözü məruzəçilərə verib.

“Azərbaycan dilini öyrənirik” layihəsinin iştirakçıları Heydər Əliyev Mərkəzində 

14 Dekabr 2017 18:55

Bilik Fondunun “Azərbaycan dilini öyrənirik” layihəsi çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən rus pravoslav kilsələrində rusdilli vətəndaşlar üçün ödənişsiz əsaslarla təşkil edilmiş təlim kursunun iştirakçıları üçün növbəti ekskursiya təşkil olunub. Olaylar.az bildirir ki, rusdilli vətəndaşlar Bilik Fondunun Ölkədaxili layihələr sektorunun məsləhətçisi İslam İslamzadənin müşayiəti ilə Heydər Əliyev Mərkəzində olublar. Kursun dinləyicilərinə Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mərkəz barədə ətraflı məlumat verilib.

Uşaqda qarın ağrısı, qusma varsa... – VALİDEYNLƏRƏ ÇAĞIRIŞ

14 Dekabr 2017 18:54

Qasıq yırtığı valideynlər arasında daha çox "qrıja" termini ilə tanınır. Qasıq yırtığı uşaq ağladıqda, qışqırdıqda, öskürdükdə və ya oynayarkən qarındaxili təzyiqin artması ilə əlaqədar olaraq qızlarda qasıq, oğlanlarda isə qasıq-xayalıq bölgəsində findıq, qoz, yumurta və ya daha böyük ölçüdə şişkinliyin qeyd edilməsi ilə özünü büruzə verir. Adətən bu şişkinlik uşaq sakitləşdikdə və ya şişkinliyin üzərinə əllə yüngül təzyiq etdikdə qarın boşluğuna qayıdaraq aradan qalxır.

Bu məhsulları soyuducuda saxlamayın!

14 Dekabr 2017 18:49

Adətən biz məhsulların bir çox hissəsini soyuducuda saxlayırıq. Bu halda biz onların təzə qalmasına əmin oluruq. Lakin bəzi məhsullar var ki, soyuq onların təzə qalmasına nəinki kömək etmir, əksinə onlarda olan bir çox faydalı məddələrin parçalanmasına, yox olmasına səbəb olur.

İsti havada hansı xəstəliklər kəskinləşir?

14 Dekabr 2017 18:44

Çox isti havada insan orqanizmi ağır yükləmələrə məruz qalır, bir çox xəstəliklərin inkişafı və ya kəskinləşməsi riski artır. Həkimlərin fikirinə görə, istənilən xroniki xəstəliklər isti havanın təsirindən kəskinləşə bilər. Bu səbəbdən belə xəstəlikləri olan insanlar öz sağlamlığına qarşı daha diqqətli olmalı və vəziyyətində hər hansı pozulma aşkar etdikdə dərhal həkimə müraciət etməlidir.

Orqanizmi ən yaxşı təmizləyən 6 MƏHSUL...

14 Dekabr 2017 18:39

İnsan orqanizminə hər gün qida, hava, su ilə bərabər müxtəlif ziyanlı maddələr də daxil olur. Digər tərəfdən ziyanlı maddələr orqanizmin özündə müxtəlif proseslərin nəticəsində əmələ gəlir. Mükəmməl yaradılmış insan orqanizmində bu ziyanlı maddələrdən təmizlənmək üçün bir neçə "təmizləyici" sistem var. Qara ciyər, böyrəklər, bağırsaqlar, dəri orqanizmi hər dəqiqə ziyanlı maddələrdən təmizləyir. Lakin bəzən orqanizmə düşən və ya burada əmələ gələn ziyanlı maddələrin həcmi o dərəcədə çox olur ki, orqanizm təmizləmə işinin öhdəsindən tam şəkildə gələ bilmir. Nəticədə orqanizmdə müxtəlif pozulmalar inkişaf edir - allergiyalar, immun sisteminin zəiflənməsi, dəri və saç problemləri, ürək, qara ciyər və s. xəstəliklərinin inkişafı.

Az yatmaq içki aludəçiliyi yaradır?

14 Dekabr 2017 18:35

ABŞ-ın Yel Universitetinin alimləri yuxusuzluğun yaratdığı əsas təhlükəni araşdırıblar. “Vistanews.ru” saytında dərc edilən yazıda deyilir ki, tədqiqatda əvvəllər içki aludəçiliyi olan 42 könüllü iştirak edib.

Ağıl zəifliyinin əsas səbəbi məlum oldu - Sən demə...

14 Dekabr 2017 18:30

Alimlərin araşdırması zamanı məlum olub ki, beyində hüceyrə toxumalarının yığılması qeyri-müəyyən bir törəmənin yaranmasına səbəb olur ki, bu da birbaşa yaddaş və düşünmə prosesini zəiflədir.

Müdafiə sənayesi işçiləri təltif edilib - SİYAHI

14 Dekabr 2017 18:19

Prezident İlham Əliyev Azərbaycanın müdafiə sənayesi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Ramzan Kadirov: Çeçenlər Putinin piyadalarıdırlar

14 Dekabr 2017 18:17

Çeçenlər Rusiya prezidenti Vladimir Putinin piyadalarıdırlar. Məlumata görə, bunu Çeçenistan rəhbəri Ramzan Kadirov bildirib.

Mehriban Əliyeva Böyük Britaniya nümayəndə heyəti ilə görüşdü- YENİLƏNİB

14 Dekabr 2017 18:09

Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhedin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu axşam Bakının iki rayonunun su təchizatında məhdudiyyət olacaq

14 Dekabr 2017 18:04

Magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq 14 dekabr 2017-ci il tarixində axşam saatlarında Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Yeni qəbul qaydalarını bu qurumlar təsdiqləyəcək

14 Dekabr 2017 18:03

2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli bir müddət əvvəl açıqlanıb.