Gündəm
Batistuta: "Ayaqlarımı amputasiya etdirmək barədə düşünürdüm"
Argentina futbolunun parlaq simalarından olan Qabriel Batistuta karerasını bitirəndən sonra səhhətində meydana çıxan problemlər haqqında danışıb. 48 yaşlı veteran hücumçu bunları deyib: "Dabanımda güclü ağrılar vardı. Artrodez (red. dabanın bərpası məqsədilə aparılan əməliyyat) düzgün qərar idi.
Qazaxıstanlı məşqçi: "Bakı yarışlara hazırlıq üçün ən yaxşı yerdir"
Bakı Milli Gimnastika Arenasında fasiləsiz məşq prosesi üçün bütün şərait yaradılıb. Bunu jurnalistlərə bədii gimnastika üzrə Şərqi Qazaxıstan komandasının böyük məşqçisi Anara Jantasova deyib.
“Evlilik də yaradıcılıqdır...” - Şəhriyarla ad günü söhbəti
Bu gün tanınmış şair Şəhriyar del Geraninin ad günüdür. Onun 30 yaşı tamam olur. - Şəhriyar, adın hardan gəlir? Və ad günü deyəndə ağlına ilk nələr gəlir?
Tuba Büyüküstün əkizlərinin Yeni il partisində
Aktrisa Tuba Büyüküstün əkizləri Toprak və Mayanın Yeni il partisinə qatılıb. Qızları ilə şam ağacının altında şəkillər çəkdirən aktrisa olduqca əylənib. Partidən fotolar social şəbəkədə paylaşılıb.
Sarı it ilində bizi nə gözləyir? - Astroloji proqnoz
2018-ci il astroloji baxımdan sarı it ili hesab olunur. "Qoroskop" qəzetinin baş redaktoru, astroloq Səbuhi Rəhimli qarşıdan gələn Sarı it ili ilə bağlı açıqlamasında proqnozlarını irəli sürüb.
İnformasiya təhlükəsizliyi bazarı üzrə illik proqnoz açıqlanıb
Korporativ sistemlərin kibermühafizəsi üçün proqram təminatı istehsalçısı – “Trend Micro Incorporated” şirkəti informasiya təhlükəsizliyi bazarı üzrə illik proqnozu açıqlayıb.
Süni intellekt çoxlu iş yerləri yaradacaq
Süni intellekt texnologiyalarının inkişafı və geniş tətbiqi robotların iş yerlərində tez-tez insanları əvəz etməsi ilə nəticələnir. Eyni zamanda kompüterlər yeni iş yerləri yaradır və bir neçə il sonra onların sayı süni intellektə görə işdən çıxarılanların sayını ötəcək.
Bioprinter şəkərli diabetlər üçün mədəaltı vəzi hüceyrələri çap edəcək
Avstraliyanın Vullonqonq Universitetinin alimləri şəkərli diabet xəstələri üçün lazımi orqanın yeni hüceyrələrini çap edə bilən üçölçülü bioprinter təqdim ediblər. “PICT” (Pancreatic Islet Cell Transplantation) adlanan innovativ sistemdən istifadə zamanı “3D” printerdə insulinin hazırlanmasına cavabdeh mədəaltı vəzi hüceyrələrinin yerləşdiyi üçölçülü karkas yaratmaq mümkündür. Bu üsul mədəaltı vəzi hüceyrələrinin köçürülməsi zamanı donor toxumasının ayrılma riskini azaltmağa imkan verir.
Sovet dövrünün ən yaxşı cizgi filmində GİZLƏNƏN İNANILMAZ MÜƏMMALAR - FOTO/VİDEO
Keçmiş Sovet xalqlarının könüllərdə taxt quran bəzi cizgi filmləri günümüzdə də populyarlığını qoruyur. Məhz bunlardan biri: “Dumanda Kirpi”dir. Keçmiş Sovet məkanında ən sevilən cizgi filmlərdən biri olan ekran işi 35-dən artıq beynəlxalq və ümumittifaq mükafatları alıb.
Papadan şeytanla bağlı ŞOK SÖZLƏR - Hamı ÇAŞ-BAŞ QALDI
“Şeytan sis deyil, gerçək bir şəxsdir, ancaq onunla dialoqa girməyin”. Bu fikirləri Katolik Kilsəsinin lideri, Papa Françesko İtaliya Katolik Kilsəsinin televiziya kanalı TV2000-də ötən gün yayımlanan proqramda çıxışı zamanı deyib. Fikirləri ilə çaşqınlığa səbəb olan Papa insanlara səslənərək bildirib ki, şeytanla dialoqa girənlər qeyb ola bilər. “Şeytan pislikdir, Milandakı sis deyil. Yayılan bir şey deyil, gerçək bir şəxsdir”.
Britaniyada ilk dəfə robot jurnalistin materialları dərc edilib
Böyük Britaniyada insanın robotla birgə müəllifliklə yazdığı ilk materialların dərcinə başlanılıb. Tərəfdaşlıq ideyası “Urbs” korporasiyası və “Press Association” informasiya agentliyinə məxsusdur.
Rektor rus dili səfirləri ilə görüşdü
Dekabrın 14-də Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdulla Rusiya Federasiyasının A.S.Puşkin adına Rus dili Dövlət İnstitutunda rus dilinin öyrədilməsi üzrə təlimlər keçən 11 nəfər rus dili səfiri ilə görüşüb. Olaylar.az bildirir ki, öncə rektor K.Abdulla görüşdə iştirak edən Rusiyanın Ural Federal Universitetinin professoru, Xarici regionşünaslıq kafedrasının müdiri Aleksandr Nesterovu təqdim edib. O, bildirib ki, A.Nesterov həftə ərzində universitetin professor-müəllim heyəti ilə görüşlər keçirib, tələbələrə mühazirələr oxuyub. ADU-da Rusiyaşünaslıq elmi-tədqiqat laboratoiyasının açıldığını deyən rektor K.Abdulla əməkdaşlıq çərçivəsində daha çox layihələrin birgə həyata keçiriləcəyinə ümid etdiyini bildirib.
Dinləməni istisna edən unikal kvant telefonu yaradılıb
Fərdi məlumatların mühafizəsi ən müxtəlif üsullarla həyata keçirilir. Bu məsələ xüsusilə aktualdır, çünki fərdi xarakterli istənilən informasiya, bir qayda olaraq, digər insanları maraqlandırır və lazımi texniki bacarıq vaxtı telefon söhbətini dinləmək və ya başqa kompüterdən məlumatları oğurlamaq mütəxəssislər üçün çətinlik törətmir. Moskva Dövlət Universitetinin alimləri bu problemin həlli üçün yeni üsul təklif ediblər. Onlar dinləmə imkanını istisna edən unikal kvant telefonu yaradıblar.
Müasir Macarıstanın banisi İştvan Seçeniyə həsr olunmuş tədbir
AMEA Mərkəzi Elmi Kitabxanası və Macarıstan Respublikasının Azərbaycandakı Səfirliyi ilə birgə MEK-də müasir Macarıstanın banisi, Macarıstan Elmlər Akademiyasının yaradıcısı, iqtisadçı, yazıçı, siyasət nəzəriyyəçisi İştvan Seçeniyə həsr olunmuş tədbir keçirib. Olaylar.az bildirir ki, tədbirdə Macarıstanın Azərbaycandakı Səfirliyinin və Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin rəhbərləri, AMEA-nın təhsil müəssisələrinin, media və ictimai birliklərin nümayəndələri iştirak ediblər. Tədbir başlayarkən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“XXI əsrdə Rusiya: dövlətçiliyin yeni modelinin formalaşması” mövzusunda dəyirmi masa
Dekabrın 14-də Azərbaycan Dillər Universitetində “XXI əsrdə Rusiya: dövlətçiliyin yeni modelinin formalaşması” mövzusunda dəyirmi masa keçirilib. Olaylar.az bildirir ki, dəyirmi masada universitetdə qonaq olan Rusiyanın Ural Federal Universitetinin professoru, Xarici regionşünaslıq kafedrasının müdiri Aleksandr Nesterov professor-müəllim heyəti ilə görüşüb.














