“XXI əsrdə Rusiya: dövlətçiliyin yeni modelinin formalaşması” mövzusunda dəyirmi masa 

Dekabrın 14-də Azərbaycan Dillər Universitetində “XXI əsrdə Rusiya: dövlətçiliyin yeni modelinin formalaşması” mövzusunda dəyirmi masa keçirilib. Olaylar.az bildirir ki, dəyirmi masada universitetdə qonaq olan Rusiyanın Ural Federal Universitetinin professoru, Xarici regionşünaslıq kafedrasının müdiri Aleksandr Nesterov professor-müəllim heyəti ilə görüşüb.

Dekabrın 14-də Azərbaycan Dillər Universitetində "XXI əsrdə Rusiya: dövlətçiliyin yeni modelinin formalaşması" mövzusunda dəyirmi masa keçirilib.

Olaylar.az bildirir ki, dəyirmi masada universitetdə qonaq olan Rusiyanın Ural Federal Universitetinin professoru, Xarici regionşünaslıq kafedrasının müdiri Aleksandr Nesterov professor-müəllim heyəti ilə görüşüb.

Görüşdə A.Nesterov Rusiyanın dövlətçiliyinin formalaşmasında əsas rol oynayan faktorlardan danışıb. O, Rusiyanın iqtisadi, siyasi, demoqrafik baxımdan inkişafı haqqında məlumat verib. Rusiyanın xarici siyasəti haqqında danışan professor ölkənin digər dövlətlərə münasibətdə yürütdüyü siyasətdən bəhs edib.

Dəyirmi masada iştirak edən ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla professor A.Nesterovu universitetdə görməkdən məmnun olduğunu bildirib. Tədbirdə vacib məsələlər haqqında fikir mübadiləsi aparıldığını deyən rektor A.Nesterovun dəyərli fikirlərini universitet heyəti ilə bölüşməsindən şad olduğunu deyib və növbəti görüşlərə ümid etdiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31