Gündəm

Müsavatda gərginlik davam edir ANALİTİK

15 Dekabr 2017 11:24

Müsavat partiyasının başqan müavini Elman Fəttahın vəzifəsindən istefa verməsi və partiya rəhbəriyi ilə ciddi fakir ayrılıqlarının olması barədə etirafları sübut edir ki, təşkilatdaxili gərginlik son həddə qədər inkişaf edib. Bu amil isə başqan Arif Hacılının və sabiq başqan İsa Qəmbərin bir çox məsələlərdə müavinlərlə, funksionerlərlə ortaq məxrəcə gəlməmələrinin sübutudur. Ümumiyyətlə, avtoritar idarəçilik sistemi bir çox müsavatçıların kəskin narazılıqları ilə müşahidə olunmaqdadır. Bu baxımdan, davamlı istefaların, partiya parçalanmasının labüdlüyü də ortadadır.

Cəriməsi olan sürücülərə BƏD XƏBƏR - QADAĞALAR gəlir

15 Dekabr 2017 11:17

Yol hərəkəti qaydalarını pozduqları üçün cərimələnən sürücülər cərimələrini ödəmədiyi halda sürücülük vəsiqələri dəyişdirilməyəcək, avtomobilləri texniki baxışdan keçirilməyəcək. Bunu nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, bununla bağlı "Yol hərəkəti haqqında" Qanuna dəyişikliklər ediləcək.

İstanbul havaya UÇURULACAQDI - NATO-dan XAİN ADDIM

15 Dekabr 2017 11:16

İstanbulda böyük qətliama səbəb olacaq terror hücumun qarşısı Milli İstihbarat Təşkilatı (MİT) və polisin birgə əməliyyatı ilə alınıb.  Dünən Bahçelievlərdə keçirilən əməliyyatla park halında olan avtobusda 60 kiloqram bomba ələ keçirilib.

Şəhid qızını öldürən biznesmen oğlu həbsdən buraxılıb? — RƏSMİ AÇIQLAMA

15 Dekabr 2017 11:14

Bakı şəhər prokurorluğu bəzi kütləvi informasiya vasitələrinin yaydığı paytaxtın Səbail rayonu ərazisində Əkbərova Könül Elton qızının ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi zamanı “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobili idarə etmiş təqsirləndirilən şəxsin Bakı Apellyasiya Məhkəməsi tərəfindən ev dustaqlığına buraxılması barədə informasiyaları təkzib edib.

NASA-dan bu günə qədərki  ən möhtəşəm kəşf

15 Dekabr 2017 09:55

NASA bu dəfəki araşdırmalarında 8 planetdən ibarət bir sistemi kəşf etdiklərini açıqlayıb. Bunu “Google” axtarış portalının hazırladığı “süni intellekt” vasitəsi ilə aşkar ediliblər. NASA- yeni kəşfinə “Kepler-90” adını verib. Tədqiqadlara görə yeni sistem Dünyadan 2 min 545 işıq ili uzaqlığındadır. Ən maraqlısı isə buradakı ulduzlardır. Belə ki, yeni kəşf olunan sistemdə ulduzlar Günəşdən həm daha böyükdü, həm də daha istidir.

Almanlardan İsrailə AĞIR ZƏRBƏ

15 Dekabr 2017 09:53

Almaniya Qüdsü İsrailin paytaxtı kimi tanımaq istəmir. Bu fakt “Civery” adlı ictimai araşdırma mərkəzinin apardığı sorğu nəticəsində ortaya çıxıb. Virtual sorğuda iştirak edənlərin 64%-i ABŞ prezidenti Donald Trampın Qüdsün statusu ilə bağlı aldığı qərarı Almaniya hökumətinin qəbul etməsini istəmir.

“Kino və zaman” - Aydın Kazımzadənin növbəti kitabı

15 Dekabr 2017 06:22

Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin “Kino və zaman” kitabı nəşr olunub. mütəxəssislər, incəsənət sahəsində təhsil alan tələbələr, kinosevərlər üçün nəzərdə tutulan kitabda Azərbaycan kino tarixi sistemli şəkildə öz əksini tapıb.

Əhməd Bakıxanovun 125 illiyi qeyd olundu

15 Dekabr 2017 06:17

Dekabrın 14-də Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən Əhməd Bakıxanovun 125 illiyinə həsr edilmiş tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyi və Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Əvvəlcə qonalar sənətkarın həyat və yaradıcılığından bəhs edən fotosərgiyə baxıblar. Tədbirdə Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov çıxış edərək unudulmaz sənətkarın həyat və yaradıcılığından söz açıb. 

Azərbaycanda ölənlərin sayı 47 mini keçib - 2017 - ci ildə 

15 Dekabr 2017 06:12

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 47695 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib. Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında təkcə Bakı şəhərində ölənlərin sayı 9746 nəfər təşkil edib. Respublikada doğumaların sayına gəlincə, bu ilin 10 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 120 035 doğulan körpə qeydə alınıb.

Ölümündən əvvəl “Həyata vida” partisi verdi

15 Dekabr 2017 06:10

Ölümcül xəstəliyə tutulan yaponiyalı iş adamı Satoru Anzaki iş yoldaşlarını, tələbəlik dostlarını və əzizlərini bir yerə yığaraq “Həyata vida” partisi verib. Dünya mediasının diqqətini çəkən iş adamı, bununla həyatında olan hər kəsə minnətdarlıq etmək istədiyini deyib. Ümumilikdə partidə 1000 nəfərə yaxın insan iştirak edib. Satoru onların hər biri ilə bir-bir görüşüb, əl sıxışdırıb təşəkkür edib:

65 482 uşağın sağlamlıq imkanları məhduddur - Azərbaycanda

15 Dekabr 2017 06:08

Azərbaycanda 65 482 nəfər sağlamlıq imkanları məhdud uşaq var. Bu barədə Prezident İlham Əliyevin dekabrın 14-də imzaladığı “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nda qeyd olunub.

4 uşaq həlak oldu

15 Dekabr 2017 06:05

Fransanın Milla rayonunda qatarın məktəb avtobusu ilə toqquşması nəticəsində 4 uşaq ölüb, 19 nəfər xəsarət alıb. Ölənlər 13-17 yaş arası məktəblilərdir.

DƏHŞƏT: Ata 10 yaşlı qızı iki il zorladı

15 Dekabr 2017 06:03

Rusiyanın Voronej vilayətinin Xoxol rayonu sakini 10 yaşlı ögey qızının zorlanmasına görə məhkəmə qarşısında duracaq. Bu haqda Rusiya İstintaq Komitəsinin vilayət üzrə idarəsindən bildirilib.

Rəhman Rəhmanovun oğlu azadlıqda

15 Dekabr 2017 06:01

Əməkdar artist Rəhman Rəhmanovun oğlu azadlığa buraxılıb. Bu haqda məlumatı aktyorun həyat yoldaşı təsdiqləyib. Akyorun oğlu Emil Rəhmanovun cəza müddəti bitib. Qeyd edək ki, əməkdar artistin oğlu 2016-cı ildə həbs olunub. Məhkəmə Emil Rəhmanovun iki il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarmışdı.

İradə Musayevanın kitab təqdimatı olacaq

15 Dekabr 2017 05:50

Ədəbiyyatşünas alim İradə Musayevanın “Ceyms Coysun “Uliss”romanı və ədəbiyyatda devrim” adlı kitabının təqdimatı  və imza günü keçiriləcək.