Gündəm

Reza Zarrab ile ilgili şaşkına çeviren büyü ve fal iddiası

15 Dekabr 2017 11:53

Reza Zarrab’ın gözaltına alınan 14 çalışanı serbest bırakılırken, 3 çalışanın sorgusu ise sürüyor. İddiaya göre Zarrab "ABD’li hâkim ve savcıların ağzı ve gözünün bağlanması, hâkim ve savcıların kendisi ne söylerse inanması” için büyü yaptırmak için çalışanlarını Hatay, Fas ve Dubai’ye göndermiş. ABD’deki mahkemede tanık olarak koruma altına alınan Reza Zarrab’ın, Türkiye’deki mallarına el konulmasının ardından geçen hafta gözaltına alınan sekreterinin de aralarında bulunduğu 17 çalışanından 14’ünün sorgusu tamamlandı. Habertürk'ten Nihat Uludağ'ın haberine göre, adliyeye çıkarılan şüpheliler adli kontrol şartıyla serbest bırakıldı. “Zarrab’ın karakutusu”

Prezident İlham Əliyev Sumqayıta səfər edib

15 Dekabr 2017 11:52

Azərbaycan prezidenti İlham Əliyev Sumqayıta səfər edib.  Məlumata görə, dövlət başçısı Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

788 milyon dolarlık dev rüşvet dalgası depreme yol açtı! İstifası isteniyor

15 Dekabr 2017 11:48

Amerika ve Afrika'daki 12 ülkede dağıtılan yüz milyonlarca doların yol açtığı rezalet silsilesi, Peru lideri Kuczynski'nin koltuğunu sallıyor. Kuczynski'nin 5 milyon dolar aldığının ortaya çıkmasıyla hem iktidar hem de muhalefet ayağa kalktı. Brezilyalı inşaat devi Oberdecht'in Latin Amerika ve Afrika'da 788 milyon dolar rüşvet dağıttının ortaya çıkması, birçok ülkede deprem yarattı. Peru'da Devlet Başkanı Pedro Pablo Kuczynski, istifa baskısı altında.

Parisdə azərbaycanlı girovlarla bağlı konfrans keçirilib

15 Dekabr 2017 11:45

“Balzak” kinoteatrında Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “XXI əsrdə qaçqın və girov məsələsi : Azərbaycan nümunəsində” adlı konfransda keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevə həsr edilmiş konfransı açan vəkil Alen Tremolyer Dağlıq Qarabağ münaqişəsinə, onun nəticələrinə, Azərbaycanın ərazi bütövlüyünə diqqəti çəkib, cəbhə xəttində erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilən mülki şəxslərdən, öz doğma torpaqlarında girov götürülmüş azərbaycanlılardan danışıb. Sonra rejissor Maksim Mardukayevin “Qarabağ, səni tərk etmirəm” (“Karabagh, je ne te quitte pas”) adlı 50 dəqiqəlik sənədli filmi nümayiş olunub. Azərbaycanlı qaçqınların və məcburi köçkünlərin həyatına həsr olunmuş film doğma yurdlarından didərgin salınmış qaçqın və məcburi köçkünlərimizin köhnə qatar deposunda sığınacaq tapmalarından, çətinliklərlə üzləşmələrindən və bütün bunlara baxmayaraq, doğma evlərinə qayıtmaq həsrəti ilə yaşamalarından bəhs edir.

Mahmud Abbasa Azərbaycan İslam irsini əks etdirən ensiklopediya təqdim edilib

15 Dekabr 2017 11:43

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) dövlət başçılarının Fövqəladə Zirvətoplantısında iştirak üçün İstanbulda səfərdə olan Fələstin lideri Mahmud Abbas, İslam ƏməkdaşlıqTəşkilatı Gənclər Forumunun (İƏT Gənclər Forumu) sədri səfir Elşad İskəndərovun rəhbərlik etdiyiheyət ilə görüş keçirib. “OLAYLAR”-a daxil olan məlumata görə, görüş zamanı Fələstin dövlət başçısı Mahmud Abbas, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə yaradılmış İƏT Gənclər Forumunun müsəlman ölkələri gəncliyinin inkişafı və həmrəyliyinə yönəlmiş fəaliyyətlərini təqdir etdiyini deyib. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda keçirilmiş İƏT Fövqəladə Zirvəsində Qüds məsələsi ilə bağlı nümayiş etdirdiyi ədalətli və cəsarətli mövqeyini də yüksək qitmətləndirdiyini bildirib.

“ASAN Viza” sistemində yeniliklər

15 Dekabr 2017 11:40

“ASAN Viza” sisteminin inkişafı və istifadəçi rahatlığının təmin edilməsi ilə bağlı tədbirlər çərçivəsində “ASAN Viza” sistemində təkmilləşdirmə işləri aparılaraq portalın fransız dili versiyası istifadəyə verilib.  Olaylar.az bildirir ki, hazırda portal 6 dildə fəaliyyət göstərir. Əlavə olaraq əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin miqrasiya qaydalarına dair məlumatlandırmasını təmin etmək və müvəqqəti qeydiyyatın aparılması məqsədilə “ASAN Viza” portalı üzərindən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin internet səhifəsinə keçid təmin edilib.

Vüqar Bayramov: “Öz funksiyalarını yerinə yetirə bilməyən bankların sayı artır”

15 Dekabr 2017 11:39

“Maliyyə Bazarlarına Nəzarət Palatasının bankların sağlamlaşdırılması prosesinə kompleks yanaşmasına ehtiyac var. Əvvəllər də dediyimiz kimi, təcrübə göstərdi ki, palatanın “axsayan bankları” müflis elan etməsi problemdən çıxış yolu deyil”. “Olylar” xəbər verir ki, bunu deyən iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, belə bankların sağlamlaşdırılmasına və konsolidasiya prosesinin dəstəklənməsinə ehtiyac var: “Bizə daxil olan müraciətlər göstərir ki, artıq öz funksiyalarını tam və ya qismən yerinə yetirə bilməyən bankların sayı artır.

Komitə sədri vətəndaşları qəbul edəcək

15 Dekabr 2017 11:38

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.

Ermənilər 128 dəfə atəşkəsi pozub

15 Dekabr 2017 11:37

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 128 dəfə pozub.

AMEA prezidenti: "2020-ci ildə gənc alimlərə yeni mənzillər veriləcək"

15 Dekabr 2017 11:35

"Gənc alimlərin stimullaşdırılması və sosial problemlərinin həlli elmin inkişafına müsbət təsir göstərir". Məlumata görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib.

Prezident: "Gənclərimizin elmə daha yaxından cəlb olunması istiqamətində mühüm addımlar atılır"

15 Dekabr 2017 11:34

Azərbaycan prezidenti Gənc Alimlərin Birinci Qurultayının iştirakçılarını təbrik edib. Məlumata görə, təbrik məktubunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev oxuyub. Dövlət başçısının təbrikində bildirilir ki, dinamik yüksəliş xalqımızın elmi potensialının nəticəsidir: "Milli ənənələrimizə sadiq gənc alimlərimizin yetişməsi önəmlidir.

Rusiyada prezident seçkilərinin tarixi məlum olub

15 Dekabr 2017 11:30

Rusiyada prezident seçkilərinin tarixi məlum olub. Məlumata görə, seçkilər gələn il martın 18-də keçiriləcək. Müvafiq qərar bu gün Rusiya Federasiya Şurasının iclasında qəbul olunub. 

Prezident: "Gənclərimizin elmə daha yaxından cəlb olunması istiqamətində mühüm addımlar atılır"

15 Dekabr 2017 11:28

Azərbaycan prezidenti Gənc Alimlərin Birinci Qurultayının iştirakçılarını təbrik edib. Məlumata görə, təbrik məktubunu Prezident Administrasiyasının rəhbəriRamiz Mehdiyev oxuyub.

Fransada faciə — Məktəb avtobusu qatarla toqquşdu

15 Dekabr 2017 11:27

Fransanın cənubundakı Perpiqnan şəhərində faciə baş verib. Qatar ilə 11-15 yaşlı məktəb şagirdlərini daşıyan avtobus toqquşub. Fransanın daxili işlər nazirliyindən verilən açlqlamada bildirilir ki, ən azı 4 azyaşlı həlak olub. 19 nəfər isə xəsarət alıb. Yaralananlardan 7-sinin vəziyyəti ağırdır. 

İtaliyalı kosmonavt 5 aydan sonra yerə qayıtdı

15 Dekabr 2017 11:25

Avropa Kosmik Agentliyinin (EKA) ekipaj üzvləri - italiyalı Paolo Nespoli, amerikalı Rendolf Breznik və rusiyalı Sergey Ryazanskiy “Soyuz” kosmik gəmisində Qazaxıstan ərazisində yerə eniblər. EKA-nın ekipaj üzvləri 139 gün kosmosda qaldıqdan sonra yerə qayıdıblar.