“ASAN Viza” sistemində yeniliklər
“ASAN Viza” sisteminin inkişafı və istifadəçi rahatlığının təmin edilməsi ilə bağlı tədbirlər çərçivəsində “ASAN Viza” sistemində təkmilləşdirmə işləri aparılaraq portalın fransız dili versiyası istifadəyə verilib. Olaylar.az bildirir ki, hazırda portal 6 dildə fəaliyyət göstərir. Əlavə olaraq əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin miqrasiya qaydalarına dair məlumatlandırmasını təmin etmək və müvəqqəti qeydiyyatın aparılması məqsədilə “ASAN Viza” portalı üzərindən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin internet səhifəsinə keçid təmin edilib.
15 Dekabr 2017 11:40 Sosial"ASAN Viza" sisteminin inkişafı və istifadəçi rahatlığının təmin edilməsi ilə bağlı tədbirlər çərçivəsində "ASAN Viza" sistemində təkmilləşdirmə işləri aparılaraq portalın fransız dili versiyası istifadəyə verilib. Olaylar.az bildirir ki, hazırda portal 6 dildə fəaliyyət göstərir.
Əlavə olaraq əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin miqrasiya qaydalarına dair məlumatlandırmasını təmin etmək və müvəqqəti qeydiyyatın aparılması məqsədilə "ASAN Viza" portalı üzərindən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin internet səhifəsinə keçid təmin edilib.
Qeyd edək ki, "ASAN Viza" sistemi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 1 iyun tarixli "Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında" Fərmanı ilə yaradılıb.
Sistem vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər standard elektron vizanı 3 iş günü, sürətləndirilimiş qaydada isə 3 saat ərzində 3 addımla əldə edə bilər.