Müsavatda gərginlik davam edir ANALİTİK
Müsavat partiyasının başqan müavini Elman Fəttahın vəzifəsindən istefa verməsi və partiya rəhbəriyi ilə ciddi fakir ayrılıqlarının olması barədə etirafları sübut edir ki, təşkilatdaxili gərginlik son həddə qədər inkişaf edib. Bu amil isə başqan Arif Hacılının və sabiq başqan İsa Qəmbərin bir çox məsələlərdə müavinlərlə, funksionerlərlə ortaq məxrəcə gəlməmələrinin sübutudur. Ümumiyyətlə, avtoritar idarəçilik sistemi bir çox müsavatçıların kəskin narazılıqları ilə müşahidə olunmaqdadır. Bu baxımdan, davamlı istefaların, partiya parçalanmasının labüdlüyü də ortadadır.
15 Dekabr 2017 11:24 SiyasətBaşqan müavini Elman Fəttahın istefasının ardınca digər məsələlər də üzə çıxır
Müsavat partiyasının başqan müavini Elman Fəttahın vəzifəsindən istefa verməsi və partiya rəhbəriyi ilə ciddi fakir ayrılıqlarının olması barədə etirafları sübut edir ki, təşkilatdaxili gərginlik son həddə qədər inkişaf edib. Bu amil isə başqan Arif Hacılının və sabiq başqan İsa Qəmbərin bir çox məsələlərdə müavinlərlə, funksionerlərlə ortaq məxrəcə gəlməmələrinin sübutudur. Ümumiyyətlə, avtoritar idarəçilik sistemi bir çox müsavatçıların kəskin narazılıqları ilə müşahidə olunmaqdadır. Bu baxımdan, davamlı istefaların, partiya parçalanmasının labüdlüyü də ortadadır.
Əbəs yerə deyil ki, Arif Hacılı klanı artıq bir neçə dəfə Tofiq Yaqublunun partiyadan xaric olunması istiqamətində tələblər irəli sürüb
Bu arada, Müsavat partiyasının "Milli Şura"da qalan yeganə təmsilçisi Tofiq Yaqublunun özünü daha çox AXCP sədri Əli Kərimlinin yanında görməsi, Müsavatdan çox "Milli Şura"nın iclaslarına qatılması vəziyyəti daga da gərginləşdirməyə başlayıb. Əbəs yerə deyil ki, A.Hacılı klanı artıq bir neçə dəfə T.Yaqublunun partiyadan xaric olunması istiqamətində tələblər irəli sürüb. Sadəcə, sabiq başqan, MSDM-in sədri İ.Qəmbər bu məsələdə nədənsə gözləmə mövqeyi tutmağı üstün bilib. Ancaq bunun belə davam edəcəyini də demək olmaz. Çünki fakt budur ki, T.Yaqublu özünü Müsavatdan daha çox ya AXCP, ya da "Milli Şura"da görür.
Yeri gəlmişkən, T.Yaqublunun yaxın qohumu Alya Yaqublu əmisi oğlunu müdafiə etmək məqsədi ilə sosial şəbəkədə kampaniya başladıb. Düzdür, bu məsələdə yuxarıda qeyd edilən fikirlər yer almasa da, ciddi ittihamlar ortadadır. Belə ki, A.Yaqublu özünün facebook səhifəsində qalmaqallı status paylaşıb və partiya funksioneri son illərdə gündəmi zəbt edən Müsavat, AXCP və digər müxalif qurumların saxta bilet alverini, yəni mühacirət üçün partbiletlərin satılmasını yenidən gündəmə gətirib. Misal üçün A.Yaqublu yazır ki, biletsatanlar (Müsavatın A.Hacılı klanı-R.N.) ömrünü müxalifətdə qoymuş birini hakimiyyətə işləməkdə ittiham edirlər. Məhz buradan da açıq-aydın görünür ki, partiyadakı qaragüruhçulara qarşı mübarizədə özünü T.Yaqublunun yanında görən A.Yaqublu açıq savaş elan edib.
İsa Qəmbər növbəti dəfə başqanlıq iddiası irəli sürməyəcəksə, yenisi kim olacaq - Arif Hacılı, Tofiq Yaqublu yoxsa Yadigar Sadıqov?
Ortada digər ilginc məqam bir müddət sonra, daha dəqiqi desək 10 aydan sonra Müsavatda növbəti başqan seçkilərinin vaxtının çatmasıdır. Ötən başqanlıq seçkilərindən sonra baş verən saxtakarlığın nəticəsi bu gün də davam edir. Həmin faktor bilavasitə sözügedən məsələdə özünü açıq-aydın göstərir. Artıq qruplaşmalar da seçkilərə qədər öz planları ətrafında hərəkətə keçiblər. Burada xüsusilə üç qrupun adı hallanır ki, onlara hazırkı başqan A.Hacılı, başqan müavini Tofiq Yaqublu və daha bir başqan müavini Yadigar Sadıqovun rəhbərlik etdiyi bildirilir. Sirr deyil ki, bu şəxslərin üçü də başqanlığa iddiaçıdırlar və bir-birlərinə yarım qarış da yol vermək fikrində olmadıqları göz önündədir. Müsavatdan mediaya sızan xəbərə görə, hətta formalaşan qruplardan agah olan A.Hacılının partiya Divanının son iclaslarının birində keçmiş başqan, MSDM rəhbəri İsa Qəmbərin başqanlığa namizəd olmayacağı təqdirdə, yenidən başqan olacağını qətiyyətlə bildirməsi sözügedən narazılıqların pik həddə çatığını sübuta yetirir.
Məhz belə bir ərəfələrdə vaxtilə Müsavat partiyasında uzun illər fəaliyyət göstərmiş sabiqlərin də adlarının hallanması təşkilatda kəskin qarşıdurmaların yaranmasına xidmət etdiyini isbatlamış olur. Misal üçün, bu gün T.Yaqubluya qarşı partiya daxilində düşmənçilik münasibətlərinin formalaşmasına səbəb olacaq daha bir amil Müsavatın son qurultayında onun həbsxanadan açıq şəkildə başqanlığa namizəd Qubad İbadoğlunu dəstəkləməsi olub...
ADR hərəkatının sədri Qubad İbadoğlu Tofiq Yaqublunu müdafiə edir və əlində də kompromatları var
Bu gün ADR adlı hərəkat yaratmış Q.İbadoğlu ilə T.Yaqublunun yaxşı münasibətləri qalmaqda davam edir və bu münasibətlər fonunda Müsavatın növbəti başqanlığına namizəd olacaq T.Yaqubluya ən böyük kənar dəstək Q.İbadoğludan gələ bilər. Çünki bu gün Müsavat haqqında, yəni partiyanın mövcud və sabiq başqanlğı haqqında ən çox kompromatlar da ADR hərəkatının sədrindədir.
Nəticə etibarilə faktlar yavaş-yavaş üzə çıxır və belə davam edərsə, Müsavatın parçalanma sürəti daha da artacaq. Xüsusilə, gələn ilin sentyabrında-oktyabrında keçiriləcək başqanlıq seçkiləri sözügedən faktora təkan verəcək.
Rövşən Nurəddinoğlu