Qazaxıstanlı məşqçi: "Bakı yarışlara hazırlıq üçün ən yaxşı yerdir"
Bakı Milli Gimnastika Arenasında fasiləsiz məşq prosesi üçün bütün şərait yaradılıb. Bunu jurnalistlərə bədii gimnastika üzrə Şərqi Qazaxıstan komandasının böyük məşqçisi Anara Jantasova deyib.
14 Dekabr 2017 19:55 İdmanBakı Milli Gimnastika Arenasında fasiləsiz məşq prosesi üçün bütün şərait yaradılıb. Bunu jurnalistlərə bədii gimnastika üzrə Şərqi Qazaxıstan komandasının böyük məşqçisi Anara Jantasova deyib.
Məşqçi qeyd edib ki, komanda Bakıya Qazaxıstandakı yarışlara hazırlaşmaq məqsədilə gəlib: "Bizim gəlişimizin əsas məqsədi respublika yarışlarına hazırlaşmaqdır. Biz həmçinin, Asiya çempionatı səviyyəsinə qalxmaq istəyirik və qeyd etmək istəyirəm ki, Bakıda bizə çox kömək olunur".
Təlim-məşq toplanışları üçün Bakının seçilməsindən danışan A.Jantasova qeyd edib ki, Bakıda bütün gimnastika növləri üzrə məşqlər üçün böyük, bəlkə də regionda ən yaxşı baza mövcuddur: "Burada fikrimcə, gözəl peşəkarlar işləyir. Bakı məşqlər üçün ən yaxşı yerdir. Arenaya gəldikdə isə qeyd edim ki, burada şərtlər çox yaxşıdır. Bundan başqa, qalmağa yer də var. Ümmilikdə hesab edirəm ki, burada fasiləsiz məşq prosesi üçün bütün şərait yaradılıb". Trend.az