Müasir Macarıstanın banisi İştvan Seçeniyə həsr olunmuş tədbir
AMEA Mərkəzi Elmi Kitabxanası və Macarıstan Respublikasının Azərbaycandakı Səfirliyi ilə birgə MEK-də müasir Macarıstanın banisi, Macarıstan Elmlər Akademiyasının yaradıcısı, iqtisadçı, yazıçı, siyasət nəzəriyyəçisi İştvan Seçeniyə həsr olunmuş tədbir keçirib. Olaylar.az bildirir ki, tədbirdə Macarıstanın Azərbaycandakı Səfirliyinin və Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin rəhbərləri, AMEA-nın təhsil müəssisələrinin, media və ictimai birliklərin nümayəndələri iştirak ediblər. Tədbir başlayarkən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
14 Dekabr 2017 19:11 SosialAMEA Mərkəzi Elmi Kitabxanası və Macarıstan Respublikasının Azərbaycandakı Səfirliyi ilə birgə MEK-də müasir Macarıstanın banisi, Macarıstan Elmlər Akademiyasının yaradıcısı, iqtisadçı, yazıçı, siyasət nəzəriyyəçisi İştvan Seçeniyə həsr olunmuş tədbir keçirib. Olaylar.az bildirir ki, tədbirdə Macarıstanın Azərbaycandakı Səfirliyinin və Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin rəhbərləri, AMEA-nın təhsil müəssisələrinin, media və ictimai birliklərin nümayəndələri iştirak ediblər. Tədbir başlayarkən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova MEK adından Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyevi, Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyini, Macarıstan Elmlər Akademiyasının professoru Zoltan Fonagyni və digər tədbir iştirakçılarını salamlayıb. L.İmanova bildirib ki, Azərbaycanın Macarıstan ilə tarixən sıx əlaqələri olub. MEK direktoru vurğulayıb ki, 25 il öncə Macarıstan Respublikası Azərbaycanın müstəqiliyini tanıyıb, bu illər ərzində əlaqələr genişlənib, dövlət və hökumət başçıları, parlament sədrləri, nazirlər qarşlıqlı səfərlər edib, ölkələr arasında əməkdaşlığa aid 23 sənəd imzalanıb. L.İmanova yazıçı, publisist Mehriban Vəzirin uzun müddətli tarixi axtarışlarının və bədii təfəkkürünün nəticəsi olaraq ölkələrimiz arasında daha bir körpü salındığını bildirib.
Daha sonra yazıçı, publisist Mehriban Vəzir "Səyyarə xanım və Ferens List" adlı tarixi romanı Macarıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Viktor Szederkenyiniyə və Azərbaycan Respublikasının Macarıstandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Vilayət Quliyevə hədiyyə edib. Səfir Viktor Szederkenyini iki ölkə arasındakı əlaqələrin inkişafı istiqamətində görülən işlərdən, Macarıstan səfirliyinin fəaliyyətindən bəhs edib. Səfir tədbirdə haqqında bəhs olunan İştvan Seçeni ilə tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin oxşarlıqlarını qeyd edib. Macarıstan Elmlər Akademiyasının professoru Zoltan Fonagy "Müasir Macarıstanın banisi İştvan Seçeni" mövzusunda geniş mühazirə ilə çıxış edib.
Azərbaycan Respublikasının Macarıstandakı Fövqəladə və Səlahiyyətli səfiri Vilayət Quliyev çıxışında səfirliyin siyasi, mədəni, elm və təhsil istiqamətlərində gördüyü işlərdən ətraflı bəhs edib. O, Azərbaycan haqqında önəmli məlumatları macar dilinə çap edib bu ölkədə yaydıqlarını söyləyib. Səfir macar türkoloq alimi Georq Hazainin şəxsi kitabxanasının türkologiyaya aid qisminin AMEA Mərkəzi Elmi Kitabxanaya gətirilməsi istiqamətində gördükləri işlərdən bəhs edib.