“Azərbaycan dilini öyrənirik” layihəsinin iştirakçıları Heydər Əliyev Mərkəzində
Bilik Fondunun “Azərbaycan dilini öyrənirik” layihəsi çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən rus pravoslav kilsələrində rusdilli vətəndaşlar üçün ödənişsiz əsaslarla təşkil edilmiş təlim kursunun iştirakçıları üçün növbəti ekskursiya təşkil olunub. Olaylar.az bildirir ki, rusdilli vətəndaşlar Bilik Fondunun Ölkədaxili layihələr sektorunun məsləhətçisi İslam İslamzadənin müşayiəti ilə Heydər Əliyev Mərkəzində olublar. Kursun dinləyicilərinə Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mərkəz barədə ətraflı məlumat verilib.
14 Dekabr 2017 18:55 SosialBilik Fondunun "Azərbaycan dilini öyrənirik" layihəsi çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən rus pravoslav kilsələrində rusdilli vətəndaşlar üçün ödənişsiz əsaslarla təşkil edilmiş təlim kursunun iştirakçıları üçün növbəti ekskursiya təşkil olunub.
Olaylar.az bildirir ki, rusdilli vətəndaşlar Bilik Fondunun Ölkədaxili layihələr sektorunun məsləhətçisi İslam İslamzadənin müşayiəti ilə Heydər Əliyev Mərkəzində olublar. Kursun dinləyicilərinə Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mərkəz barədə ətraflı məlumat verilib.
Bilik Fondunun "Azərbaycan dilini öyrənirik" layihəsi 2015-ci ilin fevralından Mixail-Arxangel pravoslav kilsəsində başlanıb. Kilsənin də dəstək verdiyi kursun təlimçiləri müsabiqə yolu ilə ali və orta məktəblərdən seçilmiş təcrübəli müəllimlərdir. Dinləyicilərə Azərbaycan dilinin qaydaları tədris olunmaqla yanaşı, Azərbaycan mədəniyyəti, tarixi, ədəbiyyatı ilə bağlı məlumatlar verilir, müxtəlif tarixi məkanlara səfərlər təşkil olunur, rusdilli vətəndaşlar teatr tamaşalarına dəvət olunur, tanınmış elm və mədəniyyət xadimləri ilə görüşürlər.