Gündəm
Gəlinləri yoldan çıxaran, onların fotolarını çəkən kişiyə qarşı ŞOK ADDIM - Lənkəranda
Qəsdən adam öldürməyə cəhddə ittiham olunan Lənkəran sakini, 1985-ci il təvəllüdlü Qədir Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Qədir Şahbazov Lənkəran rayonunun Bürcəli kənd sakini Taleh Abbasovun digər qadınlarla yanaşı, onun bacılarının da mobil telefon vasitəsilə fotoşəkillərini çəkməsi, telefonda saxlaması barədə 2016-cı ilin dekabr ayının sonlarında həmkəndlisi Əliheydər Muradovdan məlumat alıb.
Azərbaycanın gənc alimləri Prezident İlham Əliyevə müraciət etdi
Azərbaycanın gənc alimlərinin I qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ediblər. Məlumata görə, müraciətdə bildirilir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda ölkə başçısı İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən dövlət siyasəti nəticəsində müstəqil Azərbaycan sosial-iqtisadi və mədəni-mənəvi baxımdan sürətlə inkiaf edib, beynəlxalq aləmdə ölkəmizin strateji mövqeləri kifayət qədər möhkəmlənib.
Baş toksikoloq: “Qaraqurd sancmasından 5 nəfər ölüb”
“Bu il qaraqurd sancmasından 5 nəfər ölüb”. Bunu Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov deyib. Onun sözlərinə görə, ötən illə müqayisədə 2017-ci ildə qaraqurd sancmasından ölüm halları azalıb. Baş toksikoloq bildirib ki, bu il sirkə turşusundan 237 nəfər zəhərlənib: “Sirkə turşusundan zəhərlənənlərdən 1 nəfəri ölüb. Ötən illə müqayisədə sirkə turşusundan ölənlərin sayında azalma var”.
Rusiyada Şaxta babaya pensiya verilir?
Rusiyanın əsas Şaxta babası pensiyadan imtina etdiyini deyib. Məlumata görə, mətbuat konfransında sualları cavablandıran Şaxta baba pensiya almadığını deyib. Şaxta baba qeyd edib ki, pensiyanı daha çox ehtiyacı olan şəxslər almalıdır. Rusiyanın əsas Şaxta babası mətbuat konfrasında prezident Vladimir Putin üçün hədiyyə hazırladığını da deyib: "Hədiyyə mütləq olacaq, amma deməyəcm nə hədiyyədir".
“Qazprom” separatçı Dağlıq Qarabağı təbii qazla təmin edir
Son aylarda istər Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi, istərsə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ probleminin həlli istiqamətində artan diplomatik fəallığı təəssüflər oldun ki, elə də ciddi nəticə vermədi. Ən son həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistan xarici siyasət idarəsi rəhbərlərinin Vyanada keçirdiyi görüşdə də tərəflər münaqişənin həlli istiqamətində hər hansı bir razılığa gələ bilmədilər. Ənənəvi olaraq həmsədrlər xarici işlər nazirlərinin görüşünün nəticələrinə dair açıqlama verməklə kifayətləndilər. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyir ki, həmsədr dövlətlərin Dağlıq Qarabağ tənzimlənməsində köhnə baza üzərində yeni yanaşma qurduqlarını konstatasiya etmək olar. Onun sözlərinə görə, ATƏT-in Vyana ministerialında Minsk Qrupu həmsədr ölkə nümayəndə heyətlərinin başçıları Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə bəyanat yaydılar: “Hər il ATƏT ministerialında belə bəyanat yayılır.
Leysanda islanan misralar
Əlişad Cəfərov Cəlilabad rayonunun Üçtəpə kədində anadan olub. Moskvada SSRİ Yazıçılar İttifaqının Maksim Qorki adına Ədəbiyyat İnstitutunu fərqlənmə diplomu ilə bitirib. AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Poeziya” şöbəsinin müdiri və redaksiya heyətinin üzvüdür. Şeirləri respublikanın ən ünlü mətbu orqanlarında dəfələrlə dərc olunub.
Saakaşvili ekstradisiya edilə bilər
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili ekstradisiya oluna bilər. Ukrayna və Gürcüstan Saakaşvilinin ekstradisiya edilməsi barədə gizli danışıqlar aparır. Bu xəbəri Gürcüstanın "Rustavi-2" kanalı yayıb.
"Qarabağ" - "Beşiktaş" yoldaşlıq oyunu haqda RƏSMİ AÇIQLAMA
“Qarabağ” komandasının qış fasiləsindəki fəaliyyət planı açıqlanıb. Komanda bu gün Azərbaycan kuboku uğrunda keçiriləcək son matçdan sonra qış fasiləsinə yollanacaq.
Binəqədidə daha bir yol təmir edildi
Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində paytaxt Bakıda aparılan kompleks tədbirlər çəçrçivəsində Binəqədi rayonu Şövkət Məmmədova küçəsi təmir olunub.
Məktəblilər üçün təlimlər keçirilir
Paytaxt məktəbliləri üçün fövqəladə hallarda davranış qaydalarına dair təlimlərə start verilib. “OLAYLAR”-ın xəbərinə görə, “Ümumi təhsil müəssisələrində baş verə biləcək fövqəladə hallara şagirdlərin fiziki və psixoloji hazırlığı” mövzusunda təlimlər “Məktəblinin dostu” layihəsi çərçivəsində təşkil edilir. Təlimlərin keçirilməsində əsas məqsəd məktəblilərin fövqəladə hallarla bağlı bilik və bacarıqlarını təkmilləşdirmək, onları müvafiq hadisələrə psixoloji cəhətdən hazırlaşdırmaqdan ibarətdir.
Parlamentin Silahlı Qüvvələr üzərində nəzarəti təklif olunub
Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Azərbaycan Silahlı Qüvvələri üzərində nəzarəti təklif edilib. “Olaylar”n məlumatına görə, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Fazil Mustafa belə bir təkliflə çıxış edib. Bildirib ki, yeni sənədin 15-ci (Silahlı Qüvvələrin fəaliyyətinə nəzarət) maddəsində bununla bağlı əlavələr edilməlidir.
Deputat: " Püşəkar jurnalistlərə ordudan yazmağı qadağan etmək doğru deyil”
Milli Məclisin dekabrın 15-də keçirilən iclasında peşəkar səviyyədə fəaliyyət göstərən medianın, jurnalistlərin Silahlı Qüvvələr haqqında məlumatlar yazmasına məhdudiyyətlər qoyulmasına etiraz edilib.
Kremlin “nə HƏRB, nə SÜLH” düsturlu Qarabağ planı
Son bir neçə ayda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində aktiv danışıqlar prosesinin davam etməsinə baxmayaraq, münaqişənin həlli istiqamətində hələ də konkret addımların atılmasının şahidi olmuruq.
Azərbaycan dünyanın sosial dövlətlər sırasına qoşulmalıdır
Artıq bir ilə yaxındır ki, ölkədə icbari tibbi sığorta sisteminin tətbiq olunması ilə bağlı pilot layihələr həyata keçirilir. Bu layihə kifayət qədər müsbət effekt verdiyindən onun ümumilikdə ölkə üzrə tətbiq edilməsi də haqlı olaraq gündəmə gəlib. Sevindirici hal ondan ibarətdir ki, icbari tibbi sığorta sisteminin ümumilikdə ölkə üzrə tətbiq edilməsi istiqamətində vacib və zəruri addımlar atılır.
Netanyahu polisdə dindirilib
İsrailin baş naziri Benyamin Netanyahu yeddinci dəfə polisə ifadə verib. Məlumata görə, baş nazir İsraildəki nəşriyyat evlərindən birinin xeyrinə qanun layihəsinin imzalanması təqdirində bahalı hədiyyələr almaqda təqsirli bilinir.








.jpg)





