Məktəblilər üçün təlimlər keçirilir

Paytaxt məktəbliləri üçün fövqəladə hallarda davranış qaydalarına dair təlimlərə start verilib. “OLAYLAR”-ın xəbərinə görə, “Ümumi təhsil müəssisələrində baş verə biləcək fövqəladə hallara şagirdlərin fiziki və psixoloji hazırlığı” mövzusunda təlimlər “Məktəblinin dostu” layihəsi çərçivəsində təşkil edilir.  Təlimlərin keçirilməsində əsas məqsəd məktəblilərin fövqəladə hallarla bağlı bilik və bacarıqlarını təkmilləşdirmək, onları müvafiq hadisələrə psixoloji cəhətdən hazırlaşdırmaqdan ibarətdir.

Paytaxt məktəbliləri üçün fövqəladə hallarda davranış qaydalarına dair təlimlərə start verilib. "OLAYLAR"-ın xəbərinə görə, "Ümumi təhsil müəssisələrində baş verə biləcək fövqəladə hallara şagirdlərin fiziki və psixoloji hazırlığı" mövzusunda təlimlər "Məktəblinin dostu" layihəsi çərçivəsində təşkil edilir.  Təlimlərin keçirilməsində əsas məqsəd məktəblilərin fövqəladə hallarla bağlı bilik və bacarıqlarını təkmilləşdirmək, onları müvafiq hadisələrə psixoloji cəhətdən hazırlaşdırmaqdan ibarətdir.

Təlimlərdə şagirdlərə fövqəladə hallarla bağlı zəruri tədbirlər haqqında məlumat verilir, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah olunur. Təlimlərin 2017-2018-ci tədris ili ərzində davam etdirilməsi nəzərdə tutulur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31