Azərbaycan dünyanın sosial dövlətlər sırasına qoşulmalıdır

Artıq bir ilə yaxındır ki, ölkədə icbari tibbi sığorta sisteminin tətbiq olunması ilə bağlı pilot layihələr həyata keçirilir. Bu layihə kifayət qədər müsbət effekt verdiyindən onun ümumilikdə ölkə üzrə tətbiq edilməsi də haqlı olaraq gündəmə gəlib. Sevindirici hal ondan ibarətdir ki, icbari tibbi sığorta sisteminin ümumilikdə ölkə üzrə tətbiq edilməsi istiqamətində vacib və zəruri addımlar atılır.

Bu qarşımızda dayanan böyük hədəfdir

Artıq bir ilə yaxındır ki, ölkədə icbari tibbi sığorta sisteminin tətbiq olunması ilə bağlı pilot layihələr həyata keçirilir. Bu layihə kifayət qədər müsbət effekt verdiyindən onun ümumilikdə ölkə üzrə tətbiq edilməsi də haqlı olaraq gündəmə gəlib. Sevindirici hal ondan ibarətdir ki, icbari tibbi sığorta sisteminin ümumilikdə ölkə üzrə tətbiq edilməsi istiqamətində vacib və zəruri addımlar atılır. Milli Məclisinin səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyir ki, 2018-ci ilin dövlət büdcəsində icbari tibbi sığorta ilə bağlı vəsait nəzərdə tutulur. Onun sözlərinə görə, bu məsələ də önəmlidir: "Hazırda Yevlax və Mingəçevirdə pilot layihələri uğurla davam edir. Gələn il icbari tibbi sığortanın tətbiqi ilə bağlı pilot layihələrinin əhatəsi genişləndiriləcək. Düşünürəm ki, biz artıq 2019-cu ilə icbari tibbi sığorta sistemini bütün ölkə üzrə tətbiq edə biləcəyik. Ümumiyyətlə, ölkədə sosial xidmət sistemi modernləşir. Ehtiyacı olanlara xidmət artır, bu yöndə müəssisələr, qocalar evi, əlillər evi, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün evlər tkilib istifadəyə verilir. Və bu müəssisisələr müasir səviyyədə qurulur. Artıq bu yöndə ilk sığınacaqlar da açılıb. Ümumiyyətlə, bu məsələ həm dövlətin, həm də Heydər Əliyev Fondunun diqqət mərkəzindədir. Rəsmi məlumatlarda da bildirilir ki, ölkədə sosial xidmətlər sisteminin əhatə dairəsi getdikcə genişlənir. "Hazırda "Sosial xidmət haqqında" Qanuna əsasən xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti və onlara qulluq göstərə biləcək əmək qabiliyyətli qohumları olmayanlar, sağlamlıq imkanları məhdud uşaqlar, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar, yaşayış yeri olmayanlar və digər qruplarla yanaşı, məişət zorakılığından zərər çəkənlər də sosial xidmətlərlə təmin edilirlər". Həyata keçirilən tədbirləri yüksək dəyərləndirən millət vəkilinin sözlərinə görə, əldə edilən nəticələr 2018-ci ilin də Azərbaycan üçün uğurlu olacağı qənaətini yaradır: "Hesab edirəm ki, bütövlükdə 2017-ci il xalqımız və dövlətimiz üçün uğurlu il oldu. Əlbəttə ki, qazanılan uğurlar qarşıdakı illərdə daha böyük nailiyyətlərin əldə edilməsini şərtləndirir. Bu baxımdan, 2018-ci ilin daha perspektivli olacağı gözlənilir. Düşünürəm ki, gələn il əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından, yəni əməkhaqları və pensiyaların artırılması, məşğulluğun daha geniş şəkildə təmin edilməsi cəhətdən yeniliklər olacaq. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət əhalinin rifahının daha da yüksəlməsinə xidmət edir. Strateji Yol Xəritəsində göstərildiyi kimi 2025-ci ildə Azərbaycan dünyanın sosial dövlətlər sırasına qoşulmalıdır. Bu qarşımızda dayanan böyük hədəfdir. Şübhəsiz ki, xalq-Prezident birliyi nəticəsində bu hədəfə nail olunacaq". Millət vəkilinin qənaətincə, başa çatmaqda olan 2017-ci ilin yekunları, o cümlədən parlamentdə keçirilən 2018-ci ilin büdcə zərfinə daxil olan məsələlərin müzakirələri göstərdi ki, yola saldığımız il Azərbaycanın ictimai, sosial-iqtisadi həyatı üçün uğurlu oldu: "Baxmayaraq ki, dünyada maliyyə-iqtisadi böhran davam edir, amma Prezidentimiz cənab İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu böhrandan itkisiz çıxıb, sosial məsələlərin həllində heç bir çətinlik olmayıb. 2 il əvvəl Azərbaycan manatı devolvasiyaya uğrasa da, makroiqtisadi sabitlik təmin edilib, uğurlu iqtisadi inkişafımız davam edir. Həyata keçirilən mühüm tədbirlər, xüsusilə strateji yol xəritələrinin icrasına başlanılması iqtisadiyyatımızın postneft dövründə sürətlə artımına və xarici təsirlərə davamlı münasibətin formalaşmasına səbəb oldu. Bu ili sosial-iqtisadi cəhətdən təhlil edəndə ilk olaraq onu vurğulamalıyıq ki, qeyri-neft sektorunda əldə olunan gəlirlər ümumi daxili məhsulun 75 faizini təşkil edir. Bu, həqiqətən də çox böyük göstəricidir. Xatırlayıram ki, hələ 1990-cı illərdə müxalifət ölkəmizin gələcəyi haqqında bədbin fikirlər söyləyirdi, "holland sindromu"ndan danışırdılar. Amma tarix həmin qüvvələrin belə fikirlərinin cəfəngiyyat olduğunu təsdiqlədi". Musa Quliyev deyib ki, hazırda ölkəmizdə sürətlə inkişaf edən sahələrdən biri kənd təsərrüfatıdır. Onun sözlərinə görə, bu sahəyə dövlət tərəfindən yüksək diqqət göstərilir, kənd təsərrüfatında məhsuldarlığın artırılması üçün böyük işlər görülür: "Həm ənənəvi taxılçılıq, pambıqçılıq, baramaçılıq, çayçılıq inkişaf edir, həm də dünya bazarına çıxa biləcək badam, tütün, fındıqçılığın inkişaf etdirilməsi yönündə tədbirlər görülür. Kənd təsərrüfatı məhsulları həm xammal kimi, həm də emal olunaraq xarici dövlətlərə ixrac olunur. Bir sıra ölkələrdə Azərbaycanın ticarət evlərinin açılması və bu burada Azərbaycan brendi altında məhsulların təqdim olunması bizim məhsullaırımızın ixracını daha da stimullaşdırır. Bütün bunlar ölkəmizə valyuta gətirir. Eləcə də, turizmin inkişafı da yüksək rəqəmlərlə ifadə olunur. Belə ki, cari ildə bu sahədə 2 milyard manatdan çox vəsait əldə edilib. Bu, turizm sahəsində indiyə qədər ən yüksək göstəricidir. Belə faktlar göstərir ki, ölkəmizdə turizmin potensialı böyükdür və gələcəkdə ölkəmiz bu sahədə daha böyük gəlirlər əldə edəcək". Millət vəkili qeyd edib ki, qeyri-neft sektorunun nəqliyyat-kommunikasiya istqaməti kimi bu məsələ çox önəmlidir: "Haqlı olaraq Bakı-Tbilisi-Qars dəmir yolu xətti qədim İpək Yolunun bərpasını təmin edən strateji layihə kimi səciyyələndirilir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yaxın illərdə 15-20 milyon ton yük daşınacaq. Bu xətt Azərbaycan üçün yalnız iqtisadi dividentlər gətirməyəcək, həmçinin, Azərbaycanın dünyada nüfuzunu daha yüksəldəcək, regionun iqtisadi-siyasi həyatında rolunu daha da gücləndirəcək. Bilirsiniz ki, artıq bir sıra dövlətlər bu xəttə qoşulmağa maraqlı olduğunu bildiriblər. Bu yöndə praktiki addımlar atılır. Bütün bunlar layihənin yüksək perspektivlərindən xəbər verir. Həmçinin, yaxın illərdə Qarsdan Naxçıvana dəmir yolunun çəkilməsi nəzərdə tutulur ki, bu da Naxçıvanın blokadadan çıxmasında mühüm rol oynayacaq".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31