Gündəm

3-cü Milli Tərcümə Forumu keçirilib

15 Dekabr 2017 15:01

Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) təşkilatçılığı ilə “Azərbaycanda tərcüməçi hazırlığı və tərcümə bazarı” mövzusunda 3-cü Milli Tərcümə Forumu keçirilib. “OLAYLAR”-ın xəbərnə görə,  forumda tərcüməçilər, dilçilər, beynəlxalq təşkilat və səfirliklərin, eləcə də dövlət və qeyri-hökumət qurumlarının tərcümə və dil məsələləri ilə əlaqəli nümayəndələri iştirak edib.

Soydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülüb

15 Dekabr 2017 15:01

Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının İdarə Heyətinin üzvü Şahverdi Babayev Qazaxıstanın müstəqillik günü ilə əlaqədar yüksək fəxri ada layiq görülüb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, soydaşımız bu ölkənin ictimai-siaysi həyatında fəal iştirakına, ölkədə sosial inkişafın gücləndirilməsindəki roluna, təbii fəlakətlər zamanı zərər çəkən bölgələrə göstərdiyi maddi dəstəyə və digər xidmətlərinə görə “Qazax xalqının adamı” medalı ilə təltif edilib.

“Rəqəmsal Azərbaycan-2025” mövzusunda konfrans keçirilib

15 Dekabr 2017 14:58

Azərbaycan Texniki Universitetində (AzTU) “Rəqəmsal Azərbaycan-2025” mövzusunda konfrans keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, konfransı giriş sözü ilə açan Azərbaycan Texniki Universitetinin Elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədov bildirib ki, konfransın əsas məqsədi Azərbaycanın 2025-ci ilədək İKT sektorunun inkişaf perspektivlərinin müəyyən edilməsidir.

Ziyafət Əsgərov: “Eşitdiniz jurnalistlər, nə var onu yazın!”

15 Dekabr 2017 14:57

“Mətbuatın ordudan yazmasına Müdafiə Nazirliyinin mətbuat xidməti vasitəsi ilə lazımı şərait yaradılır və bundan artığını etmək düzgün deyil”. “Olaylar”ın məlumatına görə, bunu Milli Məclisdə “Silahlı Qüvvələr haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Nazir müavini ordu haqda yazılarda həssas olmağa çağırdı

15 Dekabr 2017 14:52

“Ordu ilə bağlı məsələlər barədə çıxış edərkən bir qədər həssas olmalıyıq. Öncə qeyd etməliyəm ki, biz müharibə şəraitindəyik. Hər bir neqativ hal düşmən tərəfindən bizə qarşı istifadə olunur”.

Siyavuş Novruzov: “Bir dəfə riyaziyyatçını müdafiə naziri qoydular ölkənin başına nə oyun açdığını gördük”

15 Dekabr 2017 14:50

 “Bəzən hərbi xidmətə getməyən deputatlar burda hərbi xidmətdən danışırlar”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Məclisdə "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib. S.Novruzov bildirib ki, "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi yüksək səviyyədə hazırlanıb: “Birinci oxunuşda qanun layihəsi ilə bağlı edilən təkliflər nəzərə alınıb. Ümumiyyətlə, Silahlı Qüvvələr haqqında danışarkən xarici təcrübəyə əsaslanmalı, dünyada baş verənləri və ölkəmizin indiki vəziyyətini nəzərə almalıyıq. Biz elə bir qanun qəbul etməliyik ki, bu qanun hazırkı standartlara cavab versin. Təbii ki, heç bir qanun Quran ayəsi deyil. Müəyyən vaxtdan sonra ona dəyişiklik etmək mümkündür”.

Azay Quliyev: “İctimai nəzarətə xüsusi diqqətlə yanaşmalıyıq”

15 Dekabr 2017 14:49

“Suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişilməzliyi beynəlxalq prinsipdir. Helsinki Yekun Aktında da bu prinsiplər qeyd edilib. Hesab edirəm ki, “Silahlı Qüvvələr haqqında” qanun layihəsinin 1.0.2-ci bəndində də beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişilməzliyi qeyd edilməlidir”. “Olaylar” ın məlumatına görə, bunu Milli Məclisin deputatı Azay Quliyev “Silahlı Qüvvələr haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Kərim Vəliyev: “Müddətdən artıq hərbi xidmətə götürülənlərlə bağlı məsələ diqqətdə saxlanılır”

15 Dekabr 2017 14:47

Milli Məclisin iclasında Silahlı Qüvvələrdə müddətdən artıq xidmətə götürənlərlə bağlı xüsusi nəzarətin tətbiq edilməsi təklif olunub. “Olaylar”ın məlumatına görə, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Naqif Həmzəyev bildirib ki, müddətdən artıq xidmətə götürənlə bağlı sənədləşmə zamanı Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin yerlərdəki bölmələrindən xüsusi arayışın alınması lazımdır: “Son vaxtlar hərbi sirlə bağlı orduda bəzi problemlərin olması da bunun vacibliyini ortaya çıxarır.

Deputat penitensiar xidmətdən danışdı

15 Dekabr 2017 14:48

 Milli Məclisin iclasında Penitensiar Xidmətin fəaliyyətindən narazılıq ifadə olunub. “Olaylar”ın məlumatına görə, çıxış edən deputat Fazil Mustafa bildirib ki, qurum qeyri-peşəkarlardan ibarət komanda ilə fəaliyyət göstərir.

Əmək Nazirliyində Niyyət Məktubu imzalanıb

15 Dekabr 2017 14:46

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında Niyyət Məktubu imzalanıb. Sənədi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMTİP-in  rezident nümayəndəsi Qulam İsakzai və BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin direktoru Olqa Kulayeva imzalayıblar.

Özbəkistanın Respublika sarayı “Türküstan”da keçirilən uşaq xeyriyyə festivalının təşkilatçısı Azərbaycan Mədəniyyət Mərkəzi olub

15 Dekabr 2017 14:42

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistanın Respublika sarayı -Türküstanda uşaq xeyriyyə festivalı keçirilib.

Efirdə azərbaycanlı və erməni arasında əlbəyaxa dava - VİDEO

15 Dekabr 2017 14:31

Rusiyanın "Zvezda" kanalında yayımlanan siyasi tok-şouda azərbaycanlı jurnalist Fuad Abbasovla erməni əsilli rus ekspert Sarkis Çaturyan arasında əlbəyaxa dava olub. 

Məşhur olmaq üçün qardaşına elə bir şey etdi ki, görənlər DƏHŞƏTƏ GƏLDİ

15 Dekabr 2017 14:29

İnternetdə rekordu qırmaq məqsədiylə ağaca bağladığı 14  yaşlı qardaşına işgəncə verdiyi anları kameraya çəkdiyi deyilən böyük qardaş ilə qohumu barəsində cinayət işi açılıb.

Türkiyəli müğənni Aygün Kazımovanın mahnısını OĞURLAYIB? – VİDEO

15 Dekabr 2017 14:25

Türkiyəli müğənni Simge Sağının yeni mahnısı “Üzülmedin mi?” Ramal İsrafilovun bəstəsi ilə oxşardır. Söz və musiqisi Ersay Ünere aid olan mahnı 2013-cü ildə Xalq artisti Aygün Kazımovanın ifasında səslənən “Biletini alma”nın giriş hissəsi ilə demək olar ki, eynidir.

Lavrovdan XƏBƏRDARLIQ: “Bu, faciəyə gətirib çıxaracaq”

15 Dekabr 2017 14:24

Koreya Xalq Demokratik Respublikasının (KXDR) ətrafında vəziyyət üzrə hərbi ssenarini təhrik etmək cəhdləri faciəyə gətirib çıxaracaq. Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov Federasiya Şurasında “hökumət saatı”nda çıxışı zamanı bildirib.