3-cü Milli Tərcümə Forumu keçirilib
Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) təşkilatçılığı ilə “Azərbaycanda tərcüməçi hazırlığı və tərcümə bazarı” mövzusunda 3-cü Milli Tərcümə Forumu keçirilib. “OLAYLAR”-ın xəbərnə görə, forumda tərcüməçilər, dilçilər, beynəlxalq təşkilat və səfirliklərin, eləcə də dövlət və qeyri-hökumət qurumlarının tərcümə və dil məsələləri ilə əlaqəli nümayəndələri iştirak edib.
15 Dekabr 2017 15:01 SosialGənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) təşkilatçılığı ilə "Azərbaycanda tərcüməçi hazırlığı və tərcümə bazarı" mövzusunda 3-cü Milli Tərcümə Forumu keçirilib. "OLAYLAR"-ın xəbərnə görə, forumda tərcüməçilər, dilçilər, beynəlxalq təşkilat və səfirliklərin, eləcə də dövlət və qeyri-hökumət qurumlarının tərcümə və dil məsələləri ilə əlaqəli nümayəndələri iştirak edib.
Forumun "Tərcüməçi hazırlığı və tərcümə bazarı: tələb və təklif" mövzusundakı birinci hissəsində AGTA-nın sədr müavini İsrafil Xakiyev, Azərbaycan Dillər Universitetinin dosenti Fialə Abdullayeva, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nümayəndəsi Nəriman Əbdürrəhmanlı və sərbəst tərcüməçi Elnur Hüseynov təqdimatla çıxış ediblər. Təqdimatlardan sonra müzakirələr başlayıb və çıxışçılar, o cümlədən tədbir iştirakçıları tərcüməçi hazırlığı və tərcümə bazarının bugünkü vəziyyəti ilə bağlı müzakirələr aparıblar.