Gündəm

Putin Təhlükəsizlik Şurası üzvlərini iclasa yığır - TƏCİLİ

15 Dekabr 2017 15:41

Rusiya prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının daimi üzvlərinin iştirakı ilə iclas çağırıb. Bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitriy Peskov bildirib.

Gənc alimlər bəyannamə qəbul etdilər

15 Dekabr 2017 15:39

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında AMEA, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan gənc alimlərinin I qurultayı keçirilib. Qurultayı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademikAkif Əlizadə son illər ərzində elmin inkişafı sahəsində görülən işlərdən danışıb.

Məşhur model təcavüzə uğradığını bildirdi

15 Dekabr 2017 15:38

Məşhur model Didem Soydan sosial şəbəkə hesabından ona təcavüz dolu mesaj yazan izləyicisini məhkəməyə verib. Olaylar.az bildirir ki, bu hqda açıqlama verən model bildirib ki, artıq vəkili azımı işlərlə məşğuldu. Cinsi təcavüz dolu mesaj yazan şəxs heç nədən və heç kimdən qorxmadığını qeyd edib.

Ticarət mərkəzində dəhşət: intihar edən qız mühafizəçinin üstünə düşdü - VİDEO

15 Dekabr 2017 15:36

Alış-veriş mərkəzinin 13-cü mərtəbəsindən özünü atan qız mühafizəçinin üstünə düşüb.  İntihar edən qızı xilas etməyə çalışan mühafizəçi hadisə yerindəcə keçinib. Li Guowu adlı mühafizəçi qadın intihar edərkən vəzifə başında olub. O, səs-küyü eşitdikdə ümidsizcəsinə qızı fikrindən daşındırmağa çalışıb.

Dünyanı qorxudan görüntü - Mütəxəssislər HƏYƏCAN İÇİNDƏ

15 Dekabr 2017 15:32

Şimali Koreya və ABŞ arasında nüvə böhranı davam etdiyi bir vaxtda ökənin dövlət agentliyi tərəfindən yayımlanan bir videoda yer alan detal diqqətlərdən qaçmayıb.

“Birinci biz vuracağıq!” – ABŞ müharibə SSENARİSİNİ AÇIQLADI

15 Dekabr 2017 15:29

ABŞ-ın Cənubi Karolina ştatından respublikaçı senator Lindsi Qrem prezident Donald Tramp administrasiyasının Koreya Xalq Demokratik Respublikası (KXDR) barəsində sonrakı hərəkətləri haqqında öz proqnozunu verib. Bu haqda “The Atlantic” nəşri bildirib.

1100 nəfər dərman içdi ki, sağalsın, amma zəhərləndi

15 Dekabr 2017 15:26

Bu il Kliniki Tibbi Mərkəzə dərmandan zəhərlənmə ilə bağlı 1100 müraciət daxil olub. Bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Pensiyaların nə qədər artırılacağı yanvarda məlum olacaq - RƏSMİ

15 Dekabr 2017 15:24

"2018-ci ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Statistika Komitəsindən 2017-ci il üçün ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım tempi barədə məlumat alacaq. Həmin faizə uyğun olaraq pensiyaların ümumi məbləği indeksləşdirilərək artırılacaq". Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Azadlıq prospekti nə vaxt açılacaq? - Rəsmi

15 Dekabr 2017 15:21

Azadlıq prospekti, S.S. Axundov küçəsi ilə Biləcəri-Baksol yolu ilə kəsişməsi arasında yerləşən hissəsindəki təmir işləri yekunlaşmaq üzrədir. Bunu açıqlamasında Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, ərazidə asfaltlama işləri görülür: "Azadlıq prospekti, S.S. Axundov küçəsi ilə Biləcəri-Baksol yolu ilə kəsişməsi arasında yerləşən hissədə təmir işləri gündüz və gecə həyata keçrilir. Demək olar ki, işlərin 70-80 faizi yekunlaşıb".

Bakıda qadınlara qarşı soyğunçuluq edən şəxs ələ keçdi

15 Dekabr 2017 15:19

Bakıda qadınların çantasını soyğunçuluq edərək ələ keçirən şəxs saxlanılıb. DİN-dən verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində Xətai rayonu ərazisində soyğunçuluq edən şəxs saxlanılıb.

Bakcell şirkəti və Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

15 Dekabr 2017 15:12

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycanın ilk özəl ali təhsil müəssisəsi olan Qərbi Kaspi Universiteti (Western Caspian University) arasında əməkdaşlıq memorandumu imzalanıb. Dekabr ayının 14-də  Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers və Qərbi Kaspi Universitetinin rektoru  Andris Leitas tərəfindən imzalanan Memoraduma əsasən, tərəflər arasında elm, təhsil, kadr məsələləri və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın qurulması nəzərdə tutulur. Bu əməkdaşlıq çərçivəsində görüləcək işlər ölkəmizdə təhsil və iqtisadiyyatın inkişafı üçün  faydalı olmaqla yanaşı, Azərbaycan gənclərinin əmək bazarına uyğun mütəxəssis olaraq yetişdirilməsinə töhfə verəcək.

Çingiz Qənizadə: Qanunda müəyyən boşluqlar var”

15 Dekabr 2017 15:10

“Hesablama palatası haqqında” qanun layihəsinin 13-cü maddəsində müəyyən qədər başa düşülməyən məqamlar var. Bu məqamlar da hüquqla bağlı olduğuna görə bir neçə məsələni qeyd etmək istəyirəm.

"Hesablama Palatası haqqında" qanun layihəsi fikir ayrılığı yaratdı

15 Dekabr 2017 15:09

Milli Məclisin dekabrın 15-də keçirilən plenar iclasında yenidən hazırlanan "Azərbaycan Respublikasının Hesablama Palatası haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki, qanun layihəsi barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, sənəddə Hesablama Palatasının səlahiyyətlərinin artırılması təklif edilir.

“Silahlı Qüvvələri haqqında” yeni qanun layihəsi ikinci oxunuşda qəbul olundu

15 Dekabr 2017 15:06

Milli Məclisin dekabrın 15-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Qanun lahihəsi barədə məlumat verən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib ki, sənəd Azərbaycan Respublikasının Konstitusiyası, Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinaya uyğun hazırlanıb. Qanun layihəsi Azərbaycanın dövlət maraqlarına cavab verir.

Silahlı Qüvvələrin rəhbər heyətinin toplantısı keçirilir

15 Dekabr 2017 15:02

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün rəhbər heyətinin iştirakı ilə  toplantı keçirilir. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə,  müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qisimləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik və birləşmə komandirləri, qərargah rəisləri və digər məsul zabitlərin iştirak etdiyi toplantıdan əvvəl şəxsi heyətin sıra baxışı keçirilib.