Gündəm

"Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda konfrans keçirilib

15 Dekabr 2017 16:22

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə dekabrın 15-də Hacıqabul rayonunda konfrans keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda keçirilən tədbirdə Dövlət Xidmətinin əməkdaşları məruzələrlə çıxış edib, ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların mal alarkən diqqət yetirməli olduğu məsələlər və s. barədə ətraflı məlumat verib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Goranboy sahibkarlarına güzəştli kredit verilib

15 Dekabr 2017 16:20

Dekabrın 15-də Goranboy rayonunun Rəhimli kəndində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən işgüzar form keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, 90-a yaxın sahibkarın iştirakı ilə keçirilən forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Fond tərəfindən Goranboy rayonunun iqtisadi potensialına uyğun olaraq, bitki yağları və nar konsentratı istehsalı, süd emalı və meyvəqurutma müəssisələrinin, südlük istiqamətli cins heyvandarlıq, intensiv bağçılıq və arıçılıq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.

Hava dumanlı, çiskinli olacaq

15 Dekabr 2017 16:18

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, dekabrın 16-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir.

Evi qarət edən şəxs tutulub

15 Dekabr 2017 16:17

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ənvər Hüseynov saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də rayon ərazisindəki evlərin birindən 4300 manat, 80 ABŞ dolları və 500 lari, habelə qızıl və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ənvər Hüseynov saxlanılıb. Faktla bağlı araşdırma aparılır. 

Suraxanı polisi Qaraçuxurda tədbir keçirdi

15 Dekabr 2017 16:07

Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə Suraxanı rayonunda narkomaniyaya qarşı maarifləndirmə tədbirləri çərçivəsində növbəti tədbir Qaraçuxur qəsəbəsində baş tutub. 

Münaqişə zəminində həmyerlisini qətlə yetirdi

15 Dekabr 2017 16:04

Dekabrın 14-də saat 10 radələrində Ağdaş şəhər sakini Ətraf Nəsibov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmiş və orada ölüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Rayon Polis Şöbəsi və Prokurorluğu əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri ilə hadisənin rayon sakini Tərlan Hacıyev tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib.

“Müasir idarəetmə” mövzusunda konfrans keçirilib

15 Dekabr 2017 16:02

“Azərbaycan Dəmir Yolları” QSC-də Həkim-Sanitar Xidmətinin “Müasir idarəetmə” mövzusunda Ikonfrans keçirilib. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, iki gün davam edən Konfransa dəmir yolunda çalışan və digər tibb müəssisələrindən təcrübəli mütəxəssislər dəvət edilib.

Paytaxta yeni avtobuslar gətirildi

15 Dekabr 2017 16:02

Paytaxtın marşrut şəbəkəsinin, o cümlədən, avtobus bazasının yenilənməsi istiqamətində görülən işlər çərçivəsində yeni nəqliyyat vasitələri gətirilib. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, “Çinar Trans” MMC-nin gətirdiyi 20 ədəd avtobus sərnişindaşıma ilə bağlı Bakı Nəqliyyat Agentliyinin müvafiq hüquqi normaitv aktlara əsasən müəyyənləşdirdiyi tələblərə uyğundur. Avro 5 standartlarına da cavab verən avtobuslar sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir. Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslərin eləcə də uşaq arabası ilə olan sərnişinlər də rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.

Məşhur model təcavüzə uğradığını bildirdi

15 Dekabr 2017 16:01

Məşhur model Didem Soydan sosial şəbəkə hesabından ona təcavüz dolu mesaj yazan izləyicisini məhkəməyə verib. Olaylar.az bildirir ki, bu hqda açıqlama verən model bildirib ki, artıq vəkili azımı işlərlə məşğuldu. Cinsi təcavüz dolu mesaj yazan şəxs heç nədən və heç kimdən qorxmadığını qeyd edib.

“Rusiyanın məhvindən sonra…” – Rəsmi BƏYANAT

15 Dekabr 2017 15:57

Krım Rusiyanın dağılmasından sonra Ukraynaya qayıdacaq. Bunu Ukraynanın işğal edilmiş ərazilərin məsələləri üzrə nazir müavini Georgi Tuk deyib. "Rusiyanın vahid dövlət kimi məhv edilməsi Krımın Ukraynaya qayıdışının şərtidir”, - nazir müavini bildirib.

Prezident: “Azərbaycanda idxaldan asılılığı aradan götürəcək müəssisələr fəaliyyətə başlayır”

15 Dekabr 2017 15:56

“Bu gün ölkə iqtisadiyyatı, sənaye potensialı üçün vacib olan müəssisələr fəaliyyətə başlayır. O müəssisələr ki, idxaldan asılılığı aradan götürəcək. Bu, məni çox sevindirir. Çünki bizim əsas məqsədlərimizdən biri də odur ki, yerli istehsal artsın, iş yerləri yaradılsın və idxaldan asılılıq azalsın”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham ƏliyevSumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış olarkən deyib.

İlham Əliyev: “Valyuta ehtiyatlarımız artır, maliyyə vəziyyətimiz də çox sabitdir”

15 Dekabr 2017 15:54

“Biz ili uğurla başa vururuq. On bir ayda sənaye istehsalı qeyri-neft sahəsində 3,5 faiz, qeyri-neft iqtisadiyyatımız 2,4 faiz, kənd təsərrüfatı 4 faizdən çox artıb”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış olarkən deyib.

Türkmənistanda ərzaq qıtlığı yaranıb

15 Dekabr 2017 15:52

Türkmənistanda əsas qida məhsullarının defisiti və qiymət artımı müşahidə edilir. Məlumata görə, bu barədə “Azadlıq radiosu”nun Türkmənistan bürosu xəbər yayıb.

Bakıda "polkovnik" tutulub

15 Dekabr 2017 15:51

Dələduzluq yolu ilə insanları aldadan, bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirib. DİN-dən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinə müraciət edən paytaxt sakini Tofiq Qasımov bildirib ki, avqustun 6-da özünü hüquq-mühafizə orqanlarının polkovnik rütbəli zabiti kimi təqdim edən, əvvəldən tanıdığı Rizvan adlı şəxs tərəfindən dələduzluq yolu ilə aldadılaraq 11000 manat pulu mənimsənilib. Şikayətçi ərizəsində həmin şəxsin pulu ondan oğlunu universitetlərdən birinin hüquq fakültəsinə düzəldəcəyi adı ilə aldığını qeyd edib.

Prezident İlham Əliyev Sumqayıtda boruyayma zavodunun açılışında iştirak edib

15 Dekabr 2017 15:45

Azərbaycan prezidenti İlham Əliyev “Baku Steel Company” MMC-nin Sumqayıt boruyayma zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib. Məlumata görə, “Baku Steel Company” MMC-nin müşahidə şurasının sədri Rasim Məmmədov dövlət başçısına görülən işlərlə bağlı ətraflı məlumat verib.