Gündəm

Qəbələdə “Vətənin müdafiəsinə hazıram!”adlı tədbir keçirilib

15 Dekabr 2017 16:53

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qəbələ Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirib. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi əbərə görə, tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini  Abil Ağasəfov ordumuzun hərbi qüdrətinin yüksək səviyyədə olduğunu qeyd edib.

Səhiyyə Nazirliyi “Oksiam – B”-yə verilən sertifikatla bağlı yayılan xəbərlərə aydınlıq gətirib

15 Dekabr 2017 16:46

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) mətbuatda Türkiyənin “Universe Pharma İlaç San. ve Tic. Ltd Şti” şirkətinin istehsalı olan “Oksiam – B” göz damcısına Səhiyyə Nazirliyi Sanitariya-Karantin Müfəttişliyi tərəfindən gigiyenik sertifikatın verilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Müğənni Röyanın külli miqdarda dələduzluqda ittiham olunan keçmiş biznes ortağı məhkəmə zalından azadlığa buraxılıb

15 Dekabr 2017 16:45

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səbinə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, onun barəsində 2 il sınaq müddəti təyin olunmaqla şərti cəza təyin olunub və məhkəmə zalından azadlığa buraxılıb. Dövlət ittihamçısı onun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Dövlət başçısı: “Sənaye zonalarının yaradılması prosesi Azərbaycanda geniş vüsət alıb”

15 Dekabr 2017 16:43

"Sumqayıt bu gün Cənubi Qafqazda Bakıdan sonra ikinci böyük sənaye şəhəridir. Burada yaradılan sənaye müəssisələri ən yüksək standartlara cavab verir”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış olarkən deyib.

MSK hansı hallarda deputatın mandatını ləğv edə biləcək?

15 Dekabr 2017 16:42

Milli Məclisin dekabrın 15-də keçirilən iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Seçki Məcəlləsinə təklif olunan dəyişikliklərdə etik davranış qaydasını kobud pozmasına və səsvermə hüququnu başqasına verməsinə görə deputatın mandatının ləğv olunması səlahiyyətinin Mərkəzi Seçki Komissiyasına verilməsini şərh edib.

Korporativ idarəetmə prinsiplərinin KOS subyektlərində tətbiqinə dair təlim keçirilib

15 Dekabr 2017 16:39

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin icrasını təmin etmək məqsədilə dekabrın 15-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə korporativ idarəetmə prinsiplərinin kiçik və orta sahibkarlıq subyektlərində tətbiqi ilə bağlı "Korporativ idarəetmə" mövzusunda təlim keçirilib.

Əli Hüseynli: “Seçkilərdə namizədlər üçün pulsuz efir vaxtı qüvvədə qalır”

15 Dekabr 2017 16:38

Milli Məclisin dekabrın 15-də keçirilən plenar iclasında Seçki Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki, layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, ümumilikdə məcəlləyə 55 dəyişiklik təklif edilib.

Keçmiş iqtisadi inkişaf nazirinə HÖKM OXUNDU - Rusiyada

15 Dekabr 2017 16:37

Rusiyanın keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə hökm oxunub. Paytaxtın Zamoskvoretskiy Məhkəməsi keçmiş naziri 2 milyon avro dəyərində rüşvət almaqda təqsirli bilib. Məhkəmə onu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edib. O, məhkəmə zalında həbs olunub.

“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun “Ümumi Yığıncağ”ı

15 Dekabr 2017 16:37

“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun “Ümumi Yığıncağ”ı keçirilib “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyinin ilin yekunlarına həsr olunmuş “Ümumi Yığıncağ”ı keçirilib. Olaylar.az bildirir ki, “Ümumi Yığıncaq”da cari ildə görülmüş işlərlə bağlı müzakirələr aparılıb. Bildirilib ki, “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyi 29 sentyabr 2017-ci il tarixindən etibarən rəsmi dövlət qeydiyyatına alınıb. Qısa müddət ərzində beynəlxalq əlaqələrin qurulması və qlobal bazarın araşdırılması istiqamətində müxtəlif qitələrdən bir sıra ölkələrin yüksək ranqlı nümayəndələri ilə görüşlər keçirilib, Azərbaycanın innovativ məhsulları təqdim edilib, əməkdaşlıq istiqamətləri müzakirə olunubdur.

Azərbaycanda müstəqil media formalaşıb

15 Dekabr 2017 16:35

Azərbaycanda söz və mətbuat azadlığının inkişafı daim diqqət mərkəzindədir. Hazırda da bu sahələrin daha da inkişafını təmin edəcək addımlar atılmaqdadır. Düzdür, ölkədə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətini tənzimləyən qanunvericilik bazası beynəlxalq standatrlara cavab verir.

Bəzi məktəblərə muxtariyyət veriləcək

15 Dekabr 2017 16:31

Bəzi məktəblərə müəyyən çərçivələrdə fənlər və məzmunla bağlı muxtariyyət veriləcək. Məlumata görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Rza Zərrabın katibəsi də tutuldu

15 Dekabr 2017 16:28

ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaqda ittiham edilən azərbaycanlı iş adamı Rza Zərrabın istintaq prosesində yeni detallar ortaya çıxıb. Türkiyədə R.Zərrabın katibəsi Sinəm A., işçiləri Rəqayib A. və Mustafa H. casusluq ittihamı ilə həbs edilib. Daha öncə R.Zərrabın 17 işçisi həbs edilmişdi.

Akkumlyator oğrusu ələ keçib

15 Dekabr 2017 16:25

Avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən paytaxt sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Bakı şəhər sakini Vüsal Qasımova məxsus avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən paytaxt sakini Zaur Əhmədov Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Evlərə qənim kəsilənin qolları qandallanıb

15 Dekabr 2017 16:24

Oğurluqda şübhəli bilinən Pirallahı qəsəbə sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən mlumata görə, dekabrın 13-də Xəzər rayonu ərazisindəki evlərin birindən 170 manat və 100 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Pirallahı qəsəbə sakini Sergey Qarbunov Xəzər RPİ 2-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Evdən qızıl aparan saxlanıb

15 Dekabr 2017 16:23

Qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Cəlilabad şəhər sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 12-də rayon ərazisindəki evlərin birindən qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini Ənvər Zamanlı saxlanılmışdır. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha 1 evdən 3000 manat və 2 ədəd mobil telefon oğurlaması da müəyyən edilib.