Gündəm

İstanbul metrosunda maşinistsiz qatarlar xəttə buraxıldı

15 Dekabr 2017 17:48

İstanbulda ilk dəfə maşinistsiz idarə olunan metro qatarları xəttə buraxılıb. Məlumata görə, bu qatarların hərəkət edəcəyi xəttin uzunluğun 10,5 kilometrə bərabərdir.

Zakir Həsənov yeni idarəetmə məntəqəsinin açılışında iştirak edib

15 Dekabr 2017 17:45

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni inşa edilmiş taktiki təlim şəhərciyinin yeni idarəetmə məntəqəsinin açılışında iştirak edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, idarəetmə məntəqəsi haqqında məruzə edilərək bildirilib ki, burada təlimlərə cəlb ediləcək şəxsi heyətin yerləşdirilməsi üçün müvafiq infrastruktur yaradılıb.

Mərkəzi Bank: FED-in qərarı manata birbaşa təsir etmir

15 Dekabr 2017 17:44

"ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) faizlə bağlı qərarı qısamüddətli dövrdə adətən böyük həcmdə spekulyativ kapital daxilolmalarına malik olan ölkələrə təsir göstərir. Azərbaycan isə iri həcmli spekulyativ kapital daxilolmalarına malik ölkə olmadığından FED-in son qərarının təsiri ilə burada hər hansı qısamüddətli dəyişiklik gözlənilmir".

ABŞ-ın Ukraynaya hansı silahları göndərəcəyi məlum oldu

15 Dekabr 2017 17:39

Ukraynanın Xalq Cəbhəsi Partiyasından olan deputat Dmitri Tımçuk ABŞ-ın Kiyevə hansı silahları tədarük edəcəyini açıqlayıb. D.Tımçuk bunun hava hücumuna qarşı müdafiə radarları və radiolokasiya sistemləri, eləcə də Hərbi Dəniz Qüvvələri üçün üzmə vasitələri olduğunu deyib. Onun sözlərinə görə, silah tədarükündə məqsəd Ukraynanın müdafiə qabiliyyətini möhkəmləndirməkdir. Deputat bildirib ki, hətta Ukrayna hərbi büdcəsinin artırılmasından sonra müdafə sahəsində "faciəli şəkildə" vəsait çatışmazlığı var.

Heç vaxt görmədiyi atasına 43 ildən sonra ATV-də qovuşdu - VİDEO

15 Dekabr 2017 17:38

İtmiş şəxslərin tapılması və cinayət hadisələrinin üstünün açılmasında xüsusi pay sahibi olan Müge Anlı komandası ilə birgə Türkiyə televiziya tarixinə keçəcək bir uğura imza atıb. ATV ekranlarında Müge Anlının təqdimatında yayımlanan "Tatlı Sert" proqramının bugünkü bölümündə duyğusal anlar yaşanıb.

84 nəfəri öldürmüş manyak - Özləri günahkardılar - VİDEO

15 Dekabr 2017 17:36

"Hesab"ında 20-dən artıq qətl olan, "Anqara qəssabı" kimi tanınan Mixail Popkovın yeni məhkəmə prosesi başlayır.  Əməllərinə görə ömürlük həbs cəzası alan və indi həbsxanada olan sabiq milis əməkdaşının yenidən məhkəməyə cəlb olunmasının səbəbi onun daha 60 qadının qətlində suçlanmasıdır.

Oğlu həbsdən çıxan əməkdar artist: "İçəri girəndə gözlərimə inanmadım"

15 Dekabr 2017 17:35

Əməkdar artist Rəhman Rəhmanovun həbsdə olan oğlu Emil Rəhmanov azadlığa buraxılıb. Açıqlama verən aktyor sevincinin həddi-hüdudu olmadığını deyib: "Ata üçün bundan böyük sevinc ola bilməz. Gecə qapı açıldı, oğlum qəfildən içəri girəndə gözlərimə inanmadım. Çünki yanvarda azad olunmalıydı.

Rusiyada ən çox qaçırılan avtomobillər - ADLARI

15 Dekabr 2017 17:28

Rusiyanın iki ən böyük şəhərində - Moskva və Sankt-Peterburqda ən çox qaçırılan avtomobillərin adları açıqlanıb. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Moskvada ən çox "Land Rover Discovery", Sankt-Peterburqda isə "Mercedes S-Class" avtomobil oğruları arasında populyardır.

DİN-dən 100 min manat oğurluqla bağlı açıqlama

15 Dekabr 2017 17:28

İçərisində 100 000 manat olan seyfi oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən mülkiyyət əleyhinə olan cinayətlərlə mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri keçirilib. Belə ki, dekabrın 13-də Bakı şəhər sakini İlqar Həziyev Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinə məlumat verərək Albalılıq yeni yaşayış sahəsində yerləşən fərdi yaşayış evinin dəmir barmaqlıqlarının qırıldığını və mənzildən içərisində 100.000 manat olan seyfin oğurlandığını bildirib.

Eyni mənzilin bir neçə nəfərə satılmasının qarşısını alan mexanizm yaradılır

15 Dekabr 2017 17:24

Bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə məlumat verib.

Regional mədəniyyət və turizm idarələrinin saytlarının təqdimatı keçirilib

15 Dekabr 2017 17:23

Dekabrın 15-də Sabirabad şəhərində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə regional mədəniyyət və turizm idarələrinin internet saytlarının təqdimatı keçirilib. “OLAYLAR” xəbər verir ki. mərasimdə çıxış edən Əbülfəs Qarayev Prezident İlham Əliyevin 29 mart 2016-cı il tarixli sərəncamına əsasən nazirliyin 15 regional idarəsinin yaradılmasının bu sahədə idarəçiliyin təkmilləşdirilməsinə xidmət etdiyini dedi.

Parisdə Ermənistan səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib

15 Dekabr 2017 17:21

Dekabrın 15-də Ermənistanın Fransadakı səfirliyinin binası qarşısında Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması tələbi ilə etiraz aksiyası keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, aksiyada Fransada yaşayan Azərbaycan diaspor təşkilatlarının nümayəndələri iştirak edib.

Rusiya bu əraziləri alır, Ermənistan xəritədən silinir - GÖZLƏNİLMƏZ ADDIM

15 Dekabr 2017 17:20

“Keçmiş prezident Koçaryan və indiki prezidenti Sarkisyanın cəhdləri ilə Ermənistan öz müstəqilliyini praktiki olaraq itirdi və bu gün əbədi “strateji müttəfiqimiz”in iradəsindən tamamilə asılıdır”.

Azərbaycan media təmsilçilərinin Türkiyə səfəri davam edir

15 Dekabr 2017 17:14

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Azərbaycanın media təmsilçilərinin Türkiyənin İstanbul şəhərinə səfərlər proqramı davam edir. Dekabrın 14-də media təmsilçiləri Türkiyənin məşhur media qurumlarında görüşlər keçiriblər.

Keçən ay 407 əcnəbi ölkə hüdudlarından kənara çıxarılıb

15 Dekabr 2017 16:55

Noyabr ayında Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1434 qərar qəbul edilib. “OLAYLAR”-ın xidmətə istinadən verdiyi xəbərə görə.qəbul edilən qərarlardan 205-i respublika ərazisində yaşamağın leqallaşdırılması ilə bağlı, 780-i ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 407-si ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 23-ü Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən (şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda) ölkə ərazisinə gəlişini məhdudlaşdırma ilə bağlı,  19-u müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması ilə bağlı olub.