Gündəm
Açıqlandı: "Sürətlə yemək qida borusu xərçənginə səbəb olur"
Qida borusu xərçəngi təəssüf ki, ilk mərhələdə heç bir əlamətlə üzə çıxmır. Ona görə də xəstə yalnız vəziyyəti ağırlaşanda xərçəngə yaxalandığını anlayır. Ən çox yayılan xərçəng növləri arasında 8-ci sırada olan yemək borusu xərçəngi insanları ölümlə təhdid edir.
Tuba sevgilisi ilə qısqanclıq üzündən dalaşdı
Aktrisa Tuba Büyüküstün iş adamı sevgilisi Umut Evirgenlə dalaşıb. Cütlüyün davasına səbəb qısqanclıq olub. Belə ki, Umutun sahib olduğu gecə klubunda bundan sonra Defne Samyelinin səhnə alcağını öyrənən Tuba sevgilisindən onu məkandan çıxarmağı istəyib. Lakin Umut Büyüküstünün bu istəyini qəbul etməyərək Defne ilə işləməyə davam edib.
“Fazilet hanım və kızları”nın aktyoru sevgilisinə xəyanət etdi
“Fazilet hanım və kızları”nın “Sinan”ı Alp Navruz sevgilisi, “Şevkat yerimdar”ın aktrisası Başak Parlaka xəyanət edib. Aktyor ötən gecə klublardan birindən gənc bir qadınla çıxarkən görüntülənib.
Çağla Şikeldən Alişanla bağlı etiraf
Model-aparıcı Çağla Şikel dostu Alişanın yenidən münasibətə başlamasından danışıb. Model ifaçının aktrisa Buse Varolla eşq yaşadığını təsdiqləyib: “Gördünüz, hər kəsdən necə gizləmişəm”.
Yaşadıqları villanı 18 milyona satdılar
Müğənni Adam Livaynla model Behati Prinslu Holmbi Hillzdə olan villalarını satıblar. Cütlük malikanəni 18 milyon dollara satıb. Adamla Behati 856 kvadrat metr sahəsi olan villanı 5 ay əvvəl almışdılar. 5 yataq otağı, 6 hamam otağı, hovuzu və böyük terrası olan malikanəni məşhurlar 18 milyon 900 min dollara almışdılar.
Yoqurtdan bioyanacaq yaradılıb
ABŞ-ın Kornell Universiteti və Almaniyanın Tubingen Universitetinin alimləri yoqurt tullantılarından bioyanacaq yaradıblar. SİA-nın xəbərinə görə, tədqiqatçılar bakteriyaların köməyi ilə süd məhsulunu iki üzvi turşu qarışığına çeviriblər. Həmin qarışığı reaktorlarda emal edən alimlər karbohidrogen sinfindən uzun zəncirli molekullar alıblar.
Avroviziya təmsilçimiz “Dəm olmuşam” meyxanasını ELƏ TƏRZDƏ OXUDU Kİ... – VİDEO
Ökəmizin film bazarına 2017-ci ilin sonlarına yaxın yeni bir kino da daxil olacaq. "Cinemazadeh" studiyasının istehsalı olan və bir çox məşhurların yer aldığı “Kəklikotu” filmi dekabrın 21-də tamaşaçıları ilə görüşəcək.
6 saniyəyə məşhur olan QIZ: hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Lele Pons adlı 21 yaşlı instaqram fenomeninin yeniyetməlik şəkilləri heyrət doğurub. Venesualada yaşayan Lele 6 saniyəlik vayımı sayəsində məşhur olub. 19 milyondan çox abunəçisi olan Lele instaqramın ən çox izlənilən fenomenlərindən biridir.
Kraliçanın ailəsində toy olacaq
Böyük Britaniya şahzadəsi Harri və ABŞ-lı aktrisa və fotomodel Meqan Marklın toy mərasimi 2018-ci il mayın 19-da baş tutacaq. Məlumata görə, bu barədə şahzadənin yaşadığı Kensinqton sarayının mətbuat xidməti bildirib.
Sumqayıtda çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və abadlıq-quruculuq işlərinə 7 milyon manat ayrılıb
Prezident İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Nursultan Nazarbayevi və Bəhreynin kralını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə təbrik məktubu ünvanlayıb.
MM bəzi yollarda avtomobillərin parklanmasına görə vəsaiti bələdiyyələrin toplamasına dair əlavəni qəbul edib
Milli Məclis “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunun 7-ci (Yerli büdcənin gəlirləri) maddəsinə əlavə qəbul edilib. Məlumata görə, qanunun 7-ci (Yerli büdcənin gəlirləri) maddəsinə yerli büdcənin gəlirləri sırasına “bələdiyyə yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait” də əlavə edilir.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təltif edilib (SİYAHI)
Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Rusiya NATO ölkələrini internetsiz qoyacaq
Rusiya Avropa ilə ABŞ-ı bir-birinə bağlayan və internetin təminatı üçün lazım olan nəqliyyat qovşaqlarını təhlükə altında saxlayır. Bu sözləri İngiltərənin Baş Qərargah rəisi Stüart Vilyam Pic deyib. Londonun Birləşmiş Xidmətlər Universitetində çıxış edən general İngiltərə və NATO-dakı müttəfiqlərinin dənizin dərinliklərində yerləşən intenet naqillərinin təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçməsini istəyib.
Gələn ildən əkin yerlərini yandıranlar cərimə olunacaq
Bu gün Milli Məclisin plenar iclasında “Torpaqların münbitliyi haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edilib. Məlumata görə, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qanun layihəsi barədə məlumat verib.













