Gündəm
Gənc alimlər İlham Əliyevə müraciət ünvanladı
Dekabrın 15-də AMEA, Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan gənc alimlərinin I qurultayı keçirilib. Tədbirdə gənc alimlər Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.
ABŞ Şimali Koreya ilə müharibəyə hazırdır
ABŞ Şimali Koreya ilə münaqişənin hərbi yolla həllinə hazırdır. Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.
Beynəlxalq Ərəb Dili Günü qeyd edilib
Azərbaycan Dillər Universitetində Beynəlxalq Ərəb Dili Günü keçirilib. Olaylar.az bildirir ki, 2017-ci il-“İslam Həmrəyliyi İli” çərçivəsində Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi nəzdində Xarici dillər kafedrasının baş müəllimi Ülviyyə Hüseynovanın təşkilatçılığı ilə keçirilən ərəb mədəniyyəti festivalında Fələstin dövləti, Səudiyyə Ərəbistanı, Mərakeş krallıqları, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Sudan və Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, həmçinin səfirliklərin nümayəndələri iştirak edib.
Ən sürətli operativ yaddaş dəsti təqdim olunub
“Corsair” şirkəti “DDR4” formatlı dünyanın ən sürətli operativ yaddaş qurğusu dəstini təqdim edib. “CMSX32GX4M4X4000C19” nömrəli modelin hər biri 8 giqabaytlıq 4 “SODIMM” modulundan ibarət olmasına görə ümumi yaddaş tutumu 32 giqabayt təşkil edir. 4 min MHs tezliyində fəaliyyət göstərən yeni model 1,35 Vatt cərəyan gərginliyi ilə işləyir.
Səbəbsiz susuzluq hansı xəstəliklərin xəbərçisidir?
Bəzən insan səbəbsiz güclü susuzluq hiss edir. İnsan çoxlu su içir, lakin susuzluq keçmir. Həddən artıq susuzluq çox ciddi xəstəliklərin simptomu ola bilər. Bu səbəbdən özünüzdə belə simptom müşahidə etdikdə mütləq həkimə müraciət edin.
Mobil qurğu istifadəçiləri qlobal problemlərin həllində iştirak edə biləcəklər
“SAS” şirkəti tərəfindən istifadəyə verilmiş “GatherIQ” layihəsi avtomatlaşdırılmış analitik vasitələrin köməyi ilə bəşəriyyət qarşısında duran sosial problemləri həll etməyə imkan verəcək. Mobil qurğu istifadəçiləri müvafiq mobil proqramı öz qurğularına quraşdıraraq məlumatları təhlil edə, öz hesabatlarını dərc edə və “GatherIQ” cəmiyyətinin başqa üzvlərinin nəticələrini qiymətləndirə bilərlər. Hazırda sözügedən mobil proqram “iOS” əməliyyat sistemi üçün əlçatandır, “Android” və stasionar qurğular üçün versiyalar üzərində iş aparılır.
Yeni zavod gövdə hüceyrələri yetişdirəcək
Kanada hökuməti gövdə hüceyrələrinin istehsalı üzrə avtomatlaşdırılmış zavodun yaradılmasını nəzərdə tutan layihəni istifadəyə verib. Gövdə hüceyrələrinin yetişdirilməsinin tibb sahəsində bir çox problemləri həll edəcəyi və çoxlu insan həyatını xilas edəcəyi gözlənilir. Layihə “General Electric” şirkəti və Toronto Regenerativ Tibbi Kommersiya Mərkəzi tərəfindən həyata keçiriləcək.
ŞOK: Yuxuda xoruldamaq ölümcül təhlükəlidir!
İnsanların əksər hissəsi yuxuda xoruldamanın təhlükəli olduğundan bixəbərdir. Yuxuda güclü xoruldayan insanda yuxu zamanı nəfəsalmanın müvəqqəti dayanması baş verir. Buna tibbdə "yuxunun obstruktiv apnoe sindromu" deyilir və bu ciddi xəstəlik sayılır. Yuxuda xoruldama bu xəstəliyin əsas simptomu sayılır.
Soğan qabığından faydalanmanın 6 yolu
Soğan qabıqları soğanın özü qədər faydalı bir məhsuldur. Soğan qabıqlarının gücü antiseptik, antimikrob və virus əleyhinə xüsusiyyətləri var. Soğan qabıqları dəmləməsi qanda xolesterolun səviyyəsini aşağı salır, damarları təmizləyir.
“Samsung” şirkəti “Notebook 9” yığcam kompüterlərini təqdim edib
“Samsung Electronics” korporasiyası “Notebook 9” seriyasına aid 3 ədəd portativ kompüter təqdim edib: 13 düymlük ekrana malik “Notebook 9” (2018), 15 düymlük ekrana malik “Notebook 9” (2018) və “Notebook 9 Pen”.
Siqareti tərgitdikdə orqanizmimizdə nələr baş verir?
Siqaretin zərərli xüsusiyyətləri demək olar ki hər kəsə məlumdur və hər bir ölkədə siqaret asılılığının aradan qaldırılması üçün müxtəlif tədbirlər görülür. Maarifləndirmə tədbirləri bu sırada xüsusi əhəmiyyət kəsb edir. Bu tədbirlərin nəticəsidir ki, xüsusilə inkişaf etmiş ölkələrdə siqaret çəkilən sahələrin daralması, siqaretin yaratdığı zərərli təsirlərə dair məlumatlılığın artması siqareti tərgitmə istəyini və bu yolda uğurları artırmaqdadır.
Robot Olimpiya məşəli estafetində iştirak edib
“HUBO” robotu Cənubi Koreyanın Tecon şəhərində Olimpiya məşəli estafetində iştirak edib. Qeyri-adi robot Koreya Qabaqcıl Texnologiyalar İnstitutunun mühəndisləri tərəfindən yaradılıb. Məşəli alan “HUBO” karton divaradək təxminən 100 metr hərəkət edib. O, kiçik mişarla divarda dəlik açaraq məşəli robot yaradıcısı professor O Çun-hoya ötürüb.
Özünübərpa edən şüşə yaradılıb
Tokio Universitetinin alimləri sındırıldıqdan sonra yenidən möhkəmlənə bilən şüşə yaradıblar. Alimlər əsas kimi sintetik polimerdən (polikarbonat) istifadə ediblər. Onlardan yaradılan bərk şüşə əvvəlcə iki hissəyə bölünərək sonradan birləşdirilib. Bunun üçün yarıya bölünən şüşə hissələrinin otaqda adi temperaturda birləşməsinə 2 dəqiqə lazım olub. Strukturun tam möhkəmlənməsi və ağırlıqlara dözməsi üçün 1-6 saat gözləmək tələb olunur.
Cari ilin oktyabrında ən çox bu smartfonlar satılıb
“Apple” şirkətinin yeni qurğuları smartfonlar arasında satış sayına görə ilk iki yeri tutub. “Counterpoint” analitiklərinin məlumatına görə, cari ilin oktyabrında smartfonlar arasında satışların sayına görə “iPhone 8” birinci, “iPhone 8 Plus” isə ikinci yeri tutublar.
Şəhərdə yaşayanlar üçün ən böyük problem açıqlandı
Böyük şəhərlərdə yaşayan insanların əksər hissəsində xroniki intoksikasiyanın simptomları müşahidə olunur. Bu ilk növbədə meqapolislərin pis ekoloji şəraiti ilə bağlıdır - burada hava və su müxtəlif toksiki maddələrlə olduqca zəngindir. Digər tərəfdən meqapolis sakilərin qəbul etdiyi qidanı da ekoloji təmiz hesab etmək çətindir.














